Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-163/2024 09.07.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu İddiaçı cavabdeh “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” X2rşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim : İddiaçı qanuni nümayəndəsi Nümayəndə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” X3 həkim komissiyasının 24 noyabr 2023-cü il tarixli göndərişi natamam olduğundan İddiaçı hesablanaraq verilməyən sosial müavinat olaraq 220 manat və baxıcı pulu olaraq 100 manat olmaqla 31 may 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixdədək hesablanmaqla 220 manat və baxıcı pulu olaraq 100 manat olmaqla 6 ayda 1920 manat pulun və dövlət büdcəsinə ödənilmiş olan 39 manat 20 qəpik dövlət rüsumunun alınıb İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (İ). Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər (İİ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.3-ci maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanununun 2.0.1-ci maddəsinin mənasına görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarın 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddia tələbi İddiaçı hesablanaraq verilməyən sosial müavinat ilə bağlı dəymiş maddi ziyandır və onun əsasını “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” X3 həkim komissiyasının 24 noyabr 2023cü il tarixli göndərişi natamam olması səbəbindən, yəni iddianın faktiki əsasını inzibati orqanın hərəkəti təşkil edir. Həmçinin İddiaçı ilə “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” X5 arasında olan hüquq münasibətləri inzibati münasibətlərdir və hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqan olan “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” X5 yalnız ona xas olan fəaliyyəti həyata keçirməsi nəticəsində iddiaçıya maddi ziyanın vurulması iddia olunur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” X2rşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Odur ki, iddiaçıya izah olunmalıdır ki, vurulmuş maddi zərərin ödənilməsindən müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati icraat qaydasında müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.4, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” X2rşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunsun ki, vurulmuş maddi zərərin ödənilməsindən müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati icraat qaydasında müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. İddia ərizəsinin qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardaddan tərəf rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-163/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-163/2024
09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver