Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-168/2021 14.10.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi əvəzi X1 iddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” ASC “13” sentyabr 2021-ci il tarixdə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 399,62 manat əsas və 84,15 manat faiz borcu olmaqla, ümumilikdə 487,77 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” ASC ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə 400 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.7-ci maddəsinə əsasən borcverən bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinə görə isə müqaviləyə əsasən borcverən müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə borcalana kredit xətti ayırır, ona bank hesabı (cari, ssuda) açır və plastik kart təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Məhkəmə iddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəfin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh ilə iddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” ASC arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli, 7635sMDK/20 nömrəli kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bank borcalana illik 29 (iyirmi doqquz) faiz olmaq şərtilə 60 (altmış) ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) 17 noyabr 2025-ci il tarixinədək 400 (bir yüz) manatadək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, ssuda) açır və ödəniş kartı təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xətti yalnız borcalanın kartda olan şəxsi vəsaitindən sonra istifadə olunur. Bu zaman istifadə olunmuş kredit xəttindən istifadəyə görə maksimum 2 faiz (minimum 1 (bir) manat olmaqla) komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Plastik kartdan POS terminal vasitəsilə istifadə zamanı borcalan taksitli (hissələrlə) və ya adi alış-veriş etmək barədə seçim edir və bu zaman seçimə görə borcalan şəxsən məsuliyyət daşıyır. Taksitli alış-veriş üçün komissiya haqqı tətbiq edilə bilər. Taksitli alış-veriş zamanı plastik kartda olan şəxsi vəsaitə də komissiya hesablanır. - müqavilənin 3.8 və 3.8.1-ci bəndlərinin mahiyyətindən aydın olur ki, borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozulduqda bank birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər; - müqavilənin qüvvədə olma müddəti isə 9.1-ci bəndlə müəyyən edilir ki, müqavilənin həmin şərtinə görə o tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının cavabdehə müqavilədə nəzərdə tutulmuş kredit limiti ayırması, bank hesabı açması, plastik kart təqdim etməsi, cavabdehin isə həmin müqavilə üzrə ona verilmiş krediti müqavilə şərtlərinə uyğun olaraq “X4” Açıq Səhmdar Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. İddiaçının 17 noyabr 2020-ci il tarixli, 7635sMDK/20 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməsi ona bank hesabı açması və kredit limiti ayırması ilə, Cavabdeh həmin kreditdən istifadə edərək borcunun yaranması aydın olur. 16 iyun 2021-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 02 sentyabr 2021-ci il tarixli maliyyə arayışından Cavabdeh həmin tarixə “Unibank” Kommersiya Bankı” ASC-nə 399,62 (üç yüz doxsan doqquz manat, altmış iki qəpik) manat əsas, 84,15 (səksən dörd manat, on beş qəpik) manat faiz, 4 (dörd) manat komisyon haqqı borcunun olması aydın olur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” ASC və Cavabdeh arasında 17 noyabr 2020-ci il tarixli, 7635sMDK/20 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, “Unibank” Kommersiya Bankı” ASC tərəfindən Cavabdeh 60 ay müddətinə 400 (dörd yüz) manat məbləğində kredit limiti ayrılmış və kredit müqaviləsi şərtlərinə Cavabdeh tərəfindən əməl edilməmiş, o, yaranmış pul borcu və həmin borca hesablanmış faiz və komisyon haqqının qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun “Unibank” Kommersiya Bankı” ASC qarşısında 399,62 manat əsas və 84,15 manat faiz borcu olmaqla, ümumilikdə 487,77 manat borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı təşkilat “X4” Açıq Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” ASC-dən aldığı kredit üzrə əsas və faiz borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Nursu kəndində qeydiyyatdadır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 399,62 (üç yüz doxsan doqquz manat, altmış iki qəpik) manat əsas, 84,15 (səksən dörd manat, on beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 487,77 (dörd yüz səksən yeddi manat, yetmiş yeddi qəpik) manat borc tutularaq iddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” X6 Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddiaçı təşkilat iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, “Unibank” Kommersiya Bankı” X6 Səhmdar Cəmiyyəti tərəfindən X5 vasitəsilə 10 avqust 2021-ci il tarixli, ********* nömrəli qəbz ilə ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 399,62 (üç yüz doxsan doqquz manat, altmış iki qəpik) manat əsas, 84,15 (səksən dörd manat, on beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 487,77 (dörd yüz səksən yeddi manat, yetmiş yeddi qəpik) manat borc tutularaq iddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” X6 Səhmdar Cəmiyyətinə ödənilsin. “Unibank” Kommersiya Bankı” X6 Səhmdar Cəmiyyəti tərəfindən X5 vasitəsilə 10 avqust 2021-ci il tarixli, ********* nömrəli qəbz ilə ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim əvəzi: Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №2(090)-168/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-168/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver