Məhkəmə qərarları › İş №2(090)-183/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-183/2025

19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-183/2025 19.08.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz rayonu, Kükü kəndində "Dərə boğazında Qiblə bulağı" adlanan ərazisində yerləşən 4500 m² torpaq sahəsinin qiymətinə münasibətdə cavabdeh tərəfindən torpağın dəyəri qədər yeni torpaq sahəsinin alınıb verilməsi və ya dəymiş zərərimin ödənilməsi üçün çəkəcəyi xərc olan 22.500 manatın alınıb ona verilməsi və ödədiyi 157.50 manatın cavabdeh tərəfindən oan qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə Şahbuz Rayon Məhkəməsinin 25 iyul 2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, iddiaçı, iddiaçının nümayəndəsi və cavabdehə 19 avqust 2025-ci il tarixə saat 1100-a təyin olunmuş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində (poçt vasitəsilə) rəsmi qaydada məlumat verilsə də, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6cı və 259.0.7-ci maddələri tətbiq edilir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şahbuz filialı vasitəsilə 21 iyul 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 158 (bir yüz əlli səkkiz) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya onun nümayəndəsinin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şahbuz filialı vasitəsilə 21 iyul 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 158 (bir yüz əlli səkkiz) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar