Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-228/2023 18.09.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsilə Şahbuz Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 390 manat, hər ay üçün 10 faiz olmaqla, ödənilməmiş 5 ay üzrə 195 manat, 280 manat vəkil xərci, 20 manat marka pulu və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 915 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Bayramov X2 şəhəri, “Gənclik” adlanan ticarət mərkəzində məişət avadanlığı mağazası işlədir. İddiaçı və Cavabdeh arasında 14 iyul 2022-ci il tarixli, 12448 nömrəli kredit müqaviləsi bağlanmış, Cavabdeh 784 manat dəyərində “X4 11S” telefonu kreditə satmışdır. Kredit müqaviləsi iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. 12448 nömrəli kredit müqaviləsinə görə cavabdeh ümumi məbləği 784 manat, ilkin ödəniş məbləği 79 manat, kreditin qalıq məbləği 705 manat olmaqla 9 ay müddətində aylıq 78.34 manat olmaqla nağd və ya köçürmə yolu ilə iddiaçıya kredit borcunu qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh 12448 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödəməklə İddiaçı ilkin ödəniş daxil olmaqla 784 manat kredit borcundan cəmi 394 manat ödəniş etmiş, 390 manat pulu bu günədək iddiaçıya qaytarmamışdır. Cavabdehə bir neçə dəfə borcu qaytarması bildirilmiş, bu barədə ona yazılı pretenziya ərizəsi göndərilmiş, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə iddiaçıya ödəməli olduğu borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 12448 nömrəli kredit müqaviləsinin 3.7-ci bəndinə əsasən iddiaçı ilə aralarındakı razılığa əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun gecikdirilməsinə görə hər ay üçün malın ödənilməmiş qalmış dəyərinin 10 faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüş, bu səbəbdən də cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə 9 ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyinə görə qalmış olan dəyərinin 10 faiz olmaqla, ödənilməmiş 5 ay üzrə 195 manat da iddiaçıya ödənilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı və iddiaçının nümayəndəsi vəkili Vəkil rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət etmiş, zəruri sübutların məhkəməyə təqdim edildiyini, iştirakı olmadan sübutların araşdırlmasını və və yekun qərar çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçının və iddiaçının nümayəndəsi-vəkilinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında 14 iyul 2022-ci il tarixli, 12448 nömrəli kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən ona 784 manat dəyərində “X4 11S” telefon satılmışdır. Telefonun ümumi məbləği 784 manat olmuş, ilkin olaraq 79 manat ödəniş etmiş, qalıq 705 manatı 9 ay müddətində aylıq 78.34 manat olmaqla nağd və ya köçürmə yolu ilə iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Bir neçə dəfə az məbləğdə ödəniş etmiş, maddi imkanı olmadığından 390 manatı ödəyə bilməmişdir. İddiaçıya 390 manat əsas borc və 195 manat cərimə borcunun olmasını qəbul edir, iddianı etiraf edir, iddianın təmin edilməsinə ediraz etmir. Hazırda işləmir, əməliyyat olunmuş, maddi vəziyyəti çox pisdir. İddiaçının vəkil xərci tələbi ilə bağlı bunların nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə olunmuş 14 iyul 2022-ci il tarixli, 12448 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşlər. Müqavilənin 1-6-cı maddələrinə görə satıcı bu müqaviləyə əsasən alıcının mülkiyyətinə Not 11S mobil telefonunu kredit-satış qaydasında verir, alıcı isə aldığı malın dəyərini müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, alıcı üzərində olan borcu vaxtında ödəməyi tam öhdəsinə götürür. Hazırki Müqavilə tərəflərin imzaladığı andan qüvvəyə minir və kredit ödənilib qurtaran tarixədək qüvvədədir. Müqavilənin 2-ci maddəsi ilə alıcı müqavilənin ümumi məbləği 784 manat olan mobil telefonunu razılaşaraq 9 ay müddətinə kreditlə alır. Alınan malın 79 manat ilkin ödəniş etməklə qalan borc olan 705 manatı isə hər ay 78.34 manat ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.7-ci bəndinə əsasən alınmış mal üçün ödənilməli olan pul məbləğinin hər gecikdirilmiş ayı üçün malın ödənilmədiyinə görə qalmış olan dəyərinin 10 faizi miqdarında kompensasiya (cərimə) ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, cavabdehin izahatını dinləyib, göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, hesab edir ki, iddia əsas borc və cərimə borcuna münasibətdə təmin edilməli, cavabdehdən müqavilə üzrə 390 manat borc və 195 manat cərimə borcu alınaraq cavabdehə verilməlidir. Məhkəmə iddiaçının cavabdehdən 280 manat vəkil vərci və 20 manat marka pulu tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə iddia qismən təmin edilməli, 50 manat vəkil xərcinin əvəzi cavabdehdən alınıb iddiaçıya verilməli, qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, əsas borc olaraq 390 manat pul tələbi ilə bağlı 50 manat vəkil xərcinin müəyyən edilməsi ağlabatandır. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 22.3 manat hissəsi cavadehdən alınıb iddiaçıya verilməli, 7.7 manat hissəsi iddaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 390 manat əsas, 195 manat cərimə borcu, 50 manat vəkil xərci olmaqla, ümumilikdə 635 məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. 30 manat dövlət rüsumunun 22.3 manat hissəsi cavadehdən alınıb iddiaçıya verilsin, 7.7 manat hissəsi iddaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(090)-228/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-228/2023
18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver