Məhkəmə qərarları › İş №2(090)-281/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-281/2023

22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-281/2023 22.11.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Şahbuz Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(090)-62/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 09 aprel 2006-cı ildə doğulmuş X4 və 11 oktyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə hər ay 200 (iki yüz) manat olmaqla, ümumilikdə sabit pul məbləğində 400 (dörd yüz) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi qeydiyyatdan keçərək nikaha daxil olmaqla evləniblər, aralarındakı nikah Şahbuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(090)-62/2021 nömrəli qətnaməsi ilə pozulubdur. Birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 onun yanında saxlanılmaqla onların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün sabit məbləğdə 90 manat olmaqla, ümumilikdə 270 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilibdir. Haliyədə qızları Xədicə 18 yaşını tamam etdiyindən ona ödənilən aliment kəsilibdir. Qızları Aytac NDU-nin hüquq fakültəsinin İ kursuna daxil olub. Onun illik təhsil haqqı 2.000 manat təşkil edir. Oğlu Ayhan da 8-ci sinifdə oxuyur, onun xərcləri artıb, ödənilən alimentlə onların tələbatlarını qarşılmaq mümkün olmur. Bu səbəbdən də ödənilən alimentin miqdarının dəyişdirilərək artırılmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək izahatında iddia ərizəsində işin halları barədə ətraflı göstərildiyini, cavabdehdən hər bir uşaq üçün hər ay 90 manat olmaqla üç uşağa görə 270 manat alimentin tutularaq ona verildiyini, lakin qızları Xədicənin yetkinlik yaşına çatdığı üçün cavabdehin hal-hazırda iki uşağa aliment ödədiyini, lakin cavabdehin ailə vəziyyətini nəzərə alaraq hər uşaq üçün 50 manat aliment az istədiyini, bu görə də hər bir uşaq üçün 150 manat olmaqla, iki uşağa görə 300 manat alimentin təyin edilməsinə etiraz etmədiyini, bu barədə məhkəməyə ərizədə təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, fəhlə işlədiyini və 414 manat əmək haqqı aldığını, aliment ödədiyi uşaqlarından əlavə iki nəfərin öhdəsində olduğunu, alimentin onun əmək haqqısının 33% faizinin, yəni üçdə bir hissəsi miqdarında tutulmasını istədiyini bildirmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” 28 sentyabr 2023-cü il tarixli, M-1363 nömrəli arayışa əsasən İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(090)-62/2021 nömrəli qətnaməsi ilə Cavabdeh 07 yanvar 2005-ci ildə doğulmuş X3, 09 aprel 2006-cı ildə doğulmuş X4 və 11 oktyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 90 (doxsan) manat olmaqla, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilibdir. İş materiallarında olan Kükü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən AZ-İ seriyalı, 789747 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 09 aprel 2006-cı il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Kükü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən AZ-İİ seriyalı, 333734 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 11 oktyabr 2009-cu il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Təhsil şöbəsi tərəfindən verilən 14 noyabr 2023-cü il tarixli, 236 nömrəli arayışdan görünür ki, 11 il iş stajına malik Cavabdeh Şahbuz rayon Kükü kənd tam orta məktəbində fəhlə işləyir və onun aylı xalis əmək haqqısı 414,53 (dörd yüz on dörd manat, əlli üç qəpik) manat təşkil edir. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Şahbuz rayonu, Kükü kəndində qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(090)-62/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 09 aprel 2006-cı ildə doğulmuş X4 və 11 oktyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.1-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Həmin Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment miqdarını müəyyən edərkən məhkəmə onu nəzərə almışdır ki, İddiaçı iddia tələbində övladları 09 aprel 2006-cı ildə doğulmuş X4 və 11 oktyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat miqdarında aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Lakin məhkəmə 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyənləşdirilməsini və hər iki valideynin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağını saxlamağa borclu olmasını, eyni zamanda uşaqların yaşlarını, onların yaşlarına görə olan tələbatlarını, zəruri maddi ehtiyaclarının olduğunu, uşaqların məktəbli olmalarını və onların məktəbli ləvazimatlarına tələbatlarının artdığını, ümumiyyətlə uşaqlar böyüdükdə tələbatlarının artmasını bunun isə uşaqların maddi vəziyyətinə təsirini nəzərə alaraq onu da qeyd edir ki, cavabdehin faktiki olaraq hər ay hər uşaq üçün 90 (doxsan) manat ödədiyi alimentin uşaqların tələbatının mümkün qədər maksimal saxlanması üçün yetərli deyil. Çünki, uşaq böyüməklə tələbatları artır, bu isə uşaq himayəsində olan iş üzrə iddiaçının onun maddi vəziyyətinə mənfi təsir edir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(090)-62/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh 07 yanvar 2005-ci ildə doğulmuş X3, 09 aprel 2006-cı ildə doğulmuş X4 və 11 oktyabr 2009cu ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 90 (doxsan) manat olmaqla, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi maddi hüquq normaları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin bu Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsi qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli, 09 aprel 2006-cı ildə doğulmuş X4 və 11 oktyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən İddiaçı Cavabdeh bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağın saxlanılmasına görə 300 (üç yüz) manat alimentin tutularaq ona verilməsinə etirazının olmaması barədə ərizəsini də nəzərə almışdır. Yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutulması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Təhsil şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 236 nömrəli arayışa əsasən Cavabdeh Şahbuz rayon Kükü kənd orta məktəbində fəhlə işləyir və onun aylıq xalis əmək haqqısı 414.53 (dörd yüz on dörd manat, 53 qəpik) manat təşkil edir. Alimentin iş üzrə cavabdehin qazancından tutulması halında iş üzrə cavabdehin aylıq qazancı 414.53 manat olmaqla bu bir uşağa görə 69 manat (414.53/3=138/2=69) təşkil edəcək ki, bu məbləğ 2023-cü ildə bir uşaq üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyənlədirildiyi halda azlıq təşkil etməklə uşaqların və uşaqlar himayəsində olan iş üzrə iddiaçının maraqlarını əhəmiyyətli dərəcədə pozar. Ərizənin aliment tələbinə dair hissəsi qismən təmin edilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdeh dövlət müəssisəsində işləməklə aylıq 414 manat əmək haqqı alır və iş üzrə onun digər gəlirləri sübuta yetirilməmişdir. Belə olan təqdirdə iş üzrə cavabdehdən 400 manat aliment tutula bilməsi imkanı real deyil. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o da nəzərə alınmışdır ki, uşağın saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Məhkəmə həmçinin onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddiaçı iddia tələbində 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tələbi olduğundan, məhkəmə tərəfindən iddianın qiyməti 4.800 manat müəyyən edilmişdir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq, iddianın 4.800 manat tələbin təmin edilmiş hissəsinə, yəni tutulmalı olan 68 manat dövlət rüsumuna mütənasib olan 51 (əlli bir) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(090)-62/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 09 aprel 2006-cı ildə doğulmuş X4 və 11 oktyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit məbləğdə aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 51 (əlli bir) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar