Məhkəmə qərarları › İş №2(090)-31/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-31/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-31/2021 23.02.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun alınması” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 3900 (üç min doqquz yüz) manat pul borcunun və 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı izahatında bildirdi ki, o özünə məxsus olan heyvanları satışa qoymuşdur, 2020-ci ilin aprel ayının 29-da Şahbuz şəhər sakini Cavabdeh atası ilə birlikdə gələrək məndən 14 (on dörd) baş yanıbalalı heyvan, bir ədəd boğaz keçini satın aldı, mən cavabdehə inanaraq heyvanları ona satdım, alınan heyvanların dəyəri 3900 (üç min doqquz yüz) manat təşkil edir, qarşılıqlı razılaşmalarına əsasən cavabdeh heyvanların alınmasından ona olan borcunu 2020-ci ilin sentyabr ayının 15-dək qaytarmalı idi, lakin buna baxmayaraq cavabdehə borcunu qaytarması ilə bağlı dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh borcunu qaytarmır. Cavabdeh sonuncu dəfə 2020-ci ilin oktyabr ayının 10-a və noyabr ayının 15-ə qədər pulu qaytarmasını söz versə də yenə borcu qaytarmayıbdır. Cavabdeh ona borclu olmasını inkar etməsə də həmin pulu ona verməkdən qərəzli olaraq yayınır. Sonda İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, o cavabdehə heyvanları şifahi razılaşma əsasında satıbdır, Cavabdeh borcunun olması barədə ərizə yazıb imzalayıbdır, Cavabdeh borclu olduğu 3900 manat pulu ödəməyibdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında bildirdi ki, həqiqətən də iddiaçının qeyd etdiyi kimi İddiaçı məxsus olan heyvanları o alıbdır, nəticədə onun iddiaçıya 3900 (üç min doqquz yüz) manat borcu yaranıbdır, iddiaçıya borcunu qısa zaman çərçivəsində qaytaracağını bildiribdir, həmin heyvanları iddiaçıdan alandan sonra o da onları Əli və Fariz adlı şəxslərə nisyə satıbdır, lakin heyvanların pulunu o həmin şəxslərdən ala bilməyibdir, həmin şəxslər onu aldadaraq pulu verməyiblər, heyvanları satdığı Əli adlı şəxsi tapıbdır, o da ona çoxlu borcu olduğu üçün pulu verə bilməyəcəyini bildiribdir, digər Fariz adlı şəxsi isə heç cür tapa bilməyibdir, həmin şəxslər ona pul vermədikləri səbəbindən, o da İddiaçı olduğu 3900 manat borcunu qaytara bilməyibdir, onun maddi imkanı olmadığına görə də İddiaçı olan borcunu verə bilmir, o İddiaçı borcunu etiraf edir, həqiqətən də onun iddiaçıya 3900 (üç min doqquz yüz) manat borcu vardır, bu barədə məhkəməyə borcunun etiraf etməsi barədə ərizədə veribdir, o borcunu qısa zamanda ödəyəcəkdir, hazırda o pul tapa bilmir ona görə də borcu verməyi bu qədər yubanır, qısa zaman ərzində kredit götürüb iddiaçıya olan borcunu qaytaracaqdır. Sonda Cavabdeh iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Badamlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx xxxxxx 2020-ci il tarixli, 147 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı Şahbuz rayonunun Badamlı kəndində yaşayır. İş materiallarında olan Məhkəmə İnformasiya Sistemində olan məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh borcun alınması tələbinə dair iddia tələbi təmin olunmalıdır. Belə ki, Cavabdeh imzası ilə təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı 14 baş yanı balalı və bir ədəd “boğaz” keçi ümumi dəyəri 3900 manat pula razılaşaraq alması, həmin malların pulundan pulu iddiaçıya qaytarmaması, cavabdehin hazırda İddiaçıa heyvanların pulundan 3900 (üç min doqquz yüz) manat borcunun olmasının etiraf etməsi və qaytaracağını göstərmişdir. İddiaçının izahatı və xx xxxxxx 2021-ci il tarixli ərizə ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı 3900 (üç min doqquz yüz) manat borcunun olması işin mübahisəsiz halıdır. İddiaçı iddianın əsasını təşkil edən və qeyd edilən bu hallarla bağlı sübut təqdim etməməsinə baxmayaraq bunların işin mübahisəsiz halları olmasına əsas iddiaçının bu tələblərinin cavabdeh tərəfindən etiraf edilməsidir. Bu halların mübahisəsiz olmasının hüquqi əsası isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsidir. Belə ki, həmin maddənin tələbinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 106.4-cü maddəsinə görə isə məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Məhkəmə bu halları aşkar etmədiyindən cavabdehin etirafını qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçı aldığı heyvanlara görə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh öz öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4.-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5.-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının irəli sürdüyü tələb ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd olunan razılaşma əsasında İddiaçı Cavabdeh nisyə satdığı mallara görə 3900 manat ödənilməmiş olduğunu qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi Cavabdeh verdiyi ərizəni göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İşdə olan Cavabdeh imzası ilə təsdiq edilmiş ərizədən görünür ki, Məmmədov X1 Müşviq Möhbalı oğlundan xx xxxxx 2020-ci il tarixdə dəyəri 3900 manat olan 14 baş yanı balalı və 1 ədəd keçi olan xırdabuynuzlu heyvanları nisyə almış və həmin mallara görə 3900 manat borcu vardır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 3900 (üç min doqquz yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz filialına xx.xx.2020-cu il tarixli, TT**********07930 nömrəli qəbz ilə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh oğluna qarşı borcun alınması tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh 3900 (üç min doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar