Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-32/2021 23.02.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən е t d i: İddiaçı xx xxxxxx 2021-ci ildə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(090)- 67/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx xxxxxxx 2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə xx xxxxxxx 2013cü il tarixdə ailə qurub, xx xxxxxxx 2014-cü il tarixdə nikahları rəsmiləşdirmişlər. Həmin nikahdan xx xxxxxxx 2014-cü il təvəllüdlü X5 adlı bir nəfər övladları doğulubdur. Cavabdeh ilə aralarında olan nikah Şahbuz Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(090)-149/2016 saylı qətnaməsi ilə pozuluş, həmin qətnaməyə əsasən Ayxan onun yanında saxlanılmışdır. Cavabdeh övladı Ayxanın yetkinlik yaşına çatanadək saxlanılması üçün 70 (yetmiş) manat sabit pul məbləğində aliment ödəməsi qət olunsa da sonradan Şahbuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(090)-67/2019 saylı qətnaməsi dəyişdirilərək 100 (bir yüz) manat müəyyən olunmuşdur. Artıq həmin vaxtdan 2 ilə yaxın müddət ötür, cavabdehin ödədiyi 100 manat aliment hazırkı dövr üçün bütün qiymətlər qalxdığından Ayxanın yeyib-içməyini, geyimini, məktəb ləvazimatlarını və digər tələbatlarını ödəmir. Özü işi ilə əlaqədar olaraq övladı ilə birlikdə Naxçıvan şəhərində kirayə mənzil tutub orada valideynlərinin köməkliyi ilə çox çətinliklə yaşayır, o, övladını təkbaşına böyüdür, cavabdeh də bir ata kimi lazımi qayğını göstərib uşağın saxlanması üçün yetəcək məbləğdə aliment ödəməlidir. Nikahları pozulandan sonra Ayxan iki dəfə Bakı şəhər EGE hospitalında ağır əməliyyat olunub, nə Eylaz, nə də ki, valideynləri hər hansı bir maddi köməklik göstərməyib, Cavabdeh Şahbuz Rayonu Türkeş kənd tam orta məktəbində həm təsərrüfat müdiri işləyir, həm də kənd təsərrüfatı işləri ilə məşğul olub, yüksək məbləğdə qazanc əldə edir. İddiaçı məhkəmədə verdiyi izahatında bildirdi ki, iddia ərizəsində işin mahiyyəti barədə ətraflı məlumat veribdir, Cavabdeh ilə nikahları 2016-cı ildə məhkəmə qətnaməsi ilə pozulubdur, həmin qətnamə ilə oğlunun saxlanılması üçün 70 manat aliment təyin edilibdir, 2019-cu ildə həmin qətnamə dəyişdirilərək 100 manat aliment müəyyən edilibdir, uşaq “dovşan” dodaq olduğu üçün 3 dəfə əməliyyat olunubdur, oğlunun əməliyyatı zamanı Cavabdeh ona heç bir maddi köməklik etməyibdir, oğlunun əməliyyat xərclərini özü çəkibdir, Cavabdeh onlarla maraqlanmayıbdır, hazırda oğlu birinci sinifdə oxuyur, uşağın ehtiyacları çoxdur, o uşağının ehtiyaclarını tək qarşılaya bilmir, Cavabdeh işləyir və əlavə olaraq malqara saxlayıb, əkinbiçinlə məşğul olaraq yaxşı gəlir əldə edir, cavabdeh bir ata kimi uşağını saxlamağa borcludur, sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, oğlu Ayxan Əliyevə xəstəliyi ilə bağlı pensiya təyin edilməyibdir, cavabdeh oğlunu görməyə belə gəlməyibdir, onunla maraqlanmayıbdır, cavabdehin ailə və maddi vəziyyətini nəzərə alaraq 130 manat aliment ödəməsinə etirazı yoxdur, bu barədə məhkəməyə ərizə də təqdim edibdir, o hal-hazırda Naxçıvan şəhərində kirayədə yaşayır və Naxçıvan şəhər 5 nömrəli orta məktəbdə müəllimə işləyir. Cavabdeh məhkəmədə verdiyi izahatında bildirdi ki, o iddiaçı ilə 2014cü ildə ailə qurub, 2016-cı ildə isə məhkəmənin qərarı ilə rəsmi olaraq boşanıblar, onların 2014-cü ildə Ayxan adlı övladları doğulubdur, boşanmadan qabaq uşağını ailəsinin köməkliyi ilə əməliyyat etdiribdir, sonra uşağın üzərinə qaynar su tökülüb yanıbdır, buna görə də oğlunu 2015-ci ildə Bakı şəhərinə aparıb müalicə etdiribdir, həmin vaxt o oğlu Ayxanın müalicəsi üçün 4000 manat pul xərc çəkibdir, oğlunu iki dəfə əməliyyat etdiribdir, İddiaçı ilə ayrılandıqdan sonra iddiaçı onun xəbəri olmadan uşağı “sünnət” etdiribdir, o iddiaçıya bildirəndə ki, niyə onun xəbəri yoxdur, iddiaçı ona cavabında səni saymıram deyə bildiribdir. İddiaçının dediyi kimi sonrakı əməliyyatlardan onun xəbəri olmayıbdır, iddiaçı ona heç nə deməyibdir, əgər oğlunun əməliyyat olacağını bilsə idi gücü çatan köməkliyi edərdi, o hal-hazırda Şahbuz rayon Türkeş kənd tam orta məktəbində təsərrüfat müdiri vəsifəsində işləyir və aylıq 174 manat əməkhaqqı alır, iddiaçı ilə boşandıqdan sonra o yenidən ailə qurubdur, onun ikinci evliliyindən bir övladı vardır və o da anadangəlmə qüsurlu olduğu üçün əməliyyat olunmalıdır, onun isə maddi imkanı yoxdur, hal-hazırda çətinlik çəkir aldığı 174 manat əmək haqqının 100 manatını o aliment ödəyir, qalan 174 manatla isə ailəsini saxlayır, onun digər gəlirləri isə yoxdur, onun ikinci evliliyindən ikinci övladı da dünyaya gələcək, ona görə də o, 100 manatdan artıq aliment ödəyə bilmir və artıq ödəmək imkanı yoxdur, iddiaçının dediyi kimi onun mal-heyvanı yoxdur, adına olan torpaq sahəsi isə əkinə yararsız olduğu üçün əkib becərmir, sonda Cavabdeh göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(090)-67/2019 nömrəli qətnaməsi ilə xx xxxxxxx 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şahbuz Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(090)-149/2016 saylı qətnaməsi ilə təyin olunmuş 70 (yetmiş) manat aliment məbləği dəyişdirilərək X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh ayda 100 (bir yüz) manat alınıb İddiaçı verilməsinin qət edilməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, AZ-İV seriyalı, 168893 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin xx xxxxxxx 2014-cü il tarixdə X5 adlı övladlarının dünyaya gəlməsi müəyyən olunur. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını və toplanmış sübutlara tədqiq edib, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(090)-67/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, xx xxxxxxx 2014-cü il ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə Cavabdeh məhkəməyə təqdim etdiyi Şahbuz Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 53 nömrəli arayışa əsasən Cavabdeh Şahbuz rayon, Türkeş kənd ora məktəbində təsərrüfat müdiri vəzifəsində işləməsi və aylıq əmək haqqısının 174 (bir yüz yetmiş dörd manat, 60 qəpik) manat təşkil etməsinə münasibət bildirərək qeyd etmək istəyir ki, alimentin iş üzrə cavabdehin qazancından tutulması halında iş üzrə cavabdehin aylıq qazancı 174.60 manat olmaqla bu bir uşağa görə 51.70 manat (174.60/4=43.65) təşkil edəcək ki, bu məbləğ 2021-ci ildə bir uşaq üçün yaşayış minimumunun 175 manat məbləğində müəyyənləşdirildiyi halda azlıq təşkil etməklə uşağın və uşağın himayəsində olan iş üzrə iddiaçının maraqlarını əhəmiyyətli dərəcədə pozar. Ərizənin aliment tələbinə dair hissəsi qismən təmin edilərkən o da nəzərə alınmışdır ki, iş üzrə cavabdeh dövlət müəssisəsində işləməklə aylıq 174.60 manat əmək haqqı alır və iş üzrə onun digər gəlirləri sübuta yetirilməmiş, həmçinin onun himayəsində halhazırda yetkinlik yaşına çatmayan uşaq vardır. Belə olan təqdirdə iş üzrə cavabdehdən 175 manat aliment tutula bilməsi imkanı real deyil. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.13.-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İddiaçı iddia tələbində övladı X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat miqdarında aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Lakin məhkəmə 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 175 manat məbləğində müəyyənləşdirilməsi və hər iki valideynin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağını saxlamağa borclu olması nəzərə alaraq onu da qeyd edir ki, cavabdehin faktiki olaraq hər ay 100 (bir yüz) manat ödədiyi alimentin uşağın tələbatının mümkün qədər maksimal saxlanması üçün yetərli deyil. Çünki, uşaq böyüməklə tələbatları artır, bu isə uşaq himayəsində olan iş üzrə iddiaçının maddi vəziyyətinə mənfi təsir edir. İddiaçı istər iddia ərizəsində istərsə də məhkəməyə verdiyi izahatında nikahları pozulandan sonra övladı Ayxan Əliyevin Bakı şəhər EGE hospitalında ağır əməliyyat olunduğunu, uşağı əməliyyat olunan zaman Cavabdeh ona hər hansı bir maddi köməklik göstərmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. İddiaçının iddia tələbi müəyyən olunmuş alimentin miqdarının artırılması tələbi olduğundan məhkəmə iddiaçının nəzərinə çatdırır ki, uşağın əlavə xərclərinin cavabdeh tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsini tələblərinə uyğun olaraq həmin xərclərə dair sübutlar təqdim etməklə məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi maddi hüquq normaları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin bu Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin İddiaçı Cavabdeh xx xxxxxxx 2019-cu ildə doğulmuş X1 üçün 130 manat alimentin təyin edilməsinə etirazı olmamasına dair ərizəsini nəzərə almışdır. Sonda yuxarıda göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(090)-67/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, xx xxxxxxx 2019-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən, 22.30 (iyirmi iki manat, 30 qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Şahbuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(090)-67/2019 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, Cavabdeh xx xxxxxxx 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq anası İddiaçı ödənilsin. Cavabdeh 22.30 (iyirmi iki manat, 30 qəpik) miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-32/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-32/2021
23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver