Məhkəmə qərarları › İş №2(090)-37/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-37/2025

26.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-37/2025 26.02.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək X3 ona məxsus Vaz 21102 markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə dəymiş ziyan olan 1105 ( min yüz beş) manatın və ödəmiş olduğu 32 (otuz iki) manat dövlət rüsumunun alınaraq ona ödənilməi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, Vaz 21102 markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil mənə məxsusdur. xx.xx.2024-cü il tarixində avtomobili idarə edərkən X5 məxsus olan iribuynuzlu heyvan mənim avtomobilimin qarşısına çıxmış va avtomobilimə zərər dəymişdir. Daha sonra Şahbuz rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəldi va Ağalıyev Nurəlinin izahatını aldı. Nurəli izahatında da bildirir ki, onun iribuynuzlu malı mənim avtomobilimə ziyan vurmuşdur. Onun mallarını Musayev Niyaməddin açıb buraxmışdı. Polis əməkdaşları tərəfindən Niyaməddinin də izahatı alınmışdır. Həmin izahatlar da işə əlavə olunur. Şahbuz rayon Polis Şöbəsinə etdiyimiz müraciətə xx.xx.2024-cü il tarixli məktubda bildirildi ki, Şahbuz rayon Şahbuz şəhəri ərazisində xx.xx.2024-cü il tarixində Şahbuz şəhər sakini, 1960-cı il təvəllüdlü X5 məxsus olan iribuynuzlu heyvan Şahbuz rayon Qızıl Qışlaq kənd sakini, İddiaçı maxsus olan Vaz 21 102 markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə xəsarət yetirərək maddi ziyan vurmuşdur. Mənə dəyən ziyan aşağıdakı formadadır: Patbris-1 ədəd -220 (iki yüz iyimi) manat, Slikon-2 ədəd-30 (otuz) manat, Sağ fara-pavarotnik-1 ədəd – 80 (səksən) manat, Qabaq bufer-1 ədəd-110 (yüz on) manat, Sağ dumanlı bufetdə olan-1 ədəd- 25 ( iyirmi beş) manat, Şüşə silən şotka- 2 ədəd- 30 (otuz) manat, Yan güzgü sağ-1 ədəd- 35 (otuz beş) manat, təkər üstü zaşitkini – 1 ədəd - 25 (iyiri beş) manat, dəmirçi malyar işi – 1 ədəd - 550 (beş yüz əlli) manat. Mənim avtomobilimə ümumilikdə 1105 (bir min yüz beş) manat ziyan dəymişdir və həmin ziyanın ödanilməsini cavabdehdən tələb edirəm. Məhkəmə baxışı iclasında İddiaçı izahatında qanunvericilikdə heyvanın qaçmasının və ya itməsinin əhəmiyyəti olmadan heyvanın sahibinin qarşı tərəfə dəymiş zərəri ödəməsinin göstərildiyini, saat doqquza iyirmi dəqiqə işləmiş Şahbuz şəhəri Polis Şöbəsinin qarşısında maşını saxlayarkən iki iribuynuzlu malın avtomobilinə yaxınlaşdığını, ilk malın keçib getdiyini, digərinin isə ziyan vurduğunu, avtoservisdən aldığı fakturanı iddia ərizəsinə əlavə etdiyini, avtomobilin buferinə, ön şüşənin sağ hissəsinə, işıq cihazlarına sağ yan güzgüyə zərər vurulduğunu, xəsarətin əsasən sağ hissəyə vurulduğunu, hadisənin axşam, qaranlıq vaxtı olduğunu, Nurəlinin orada olmadığını, lakin malların ona məxsus olduğunu, avtomobilinin hadisə zamanı hərəkətdə olmadığını, malların gəldiyini gördükdə maşını kənara çəkərək saxladığını, ora adını bilmədiyi polis əməkdaşının Nurəlinin malları qovduğunu, hadisədən sonra isə oradan getdiyini görməsini dediyini, hadisədən sonra yol polisinin gələrək sənədlərini aldığını və ona “maşını apara bilərsən, sənin günahın yoxdur” dediyini, sabahsı gün atası ilə polis şöbəsinə getdiyini, cavabdehin isə ora gəlmədiyini, növbəti gün yenidən çağırdıqlarını, cavabdehin növbəti dəfə gəldiyini, hadisədən sonra cavabdehlə birlikdə maşın ustasına getdiklərini, ustanın maşının 700 manat xərci olduğunu bildirdiyini, növbəti gün gedib ehtiyyat hissələri almaqda razılaşdıqlarını, sonra cavabdehin Niyaməddinin də zərərə şərik olmasını bildirdiyini və razılaşmadığını, ona məhkəməyə verməsini bildirdiyini, onun da məhkəməyə müraciət etdiyini, 700 manata razılaşdıqlarını, lakin sonra cavabdehin razılaşmanı pozduğunu, polis şöbəsində də maşının düzəldilməsində cavabdehə köməklik göstərəcəyini bildirdiyini, ustanın işlənmiş ehtiyyat hissələri qoyacağını və 700 manat xərc olacağını bildirdiyini, rəsmi olmadığı üçün maşına dəyən zərəri müəyyən etmək üçün rəsmi servisə apardığını və faktura aldığını, maşın düzələrsə cavabdehlə razılaşacağını, maşını qeyri-rəsmi olaraq müayinə etdirməsinin və cavabdehin vəziyyətini nəzərə alaraq daha ucuz qiymətə maşının düzəldilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh verdiyi izahatında Söhrabın izahatında Polis Şöbəsindən aşağıda dayandığını bildirdiyini, iddia ərizəsində isə avtomobili idarə edərkən malın onu vurmasını yazdığını, zərər vuran malların ona məxsus olduğunu, xx.xx.2024-cü il tarixdə malları çayın digər tərəfinə keçirdiyini və bələdiyyənin torpağında bağlayaraq işə getdiyini, axşam yoldaşı malları gətirərkən malların ikisinin orada olmadığını, birinin isə orada olduğunu, orada üç malı olduğunu, malları Niyaməddinin açdığını, bağladığı torpaq sahəsinin bələdiyyəyə məxsus olduğunu, malları bağlı qoyduğunu, mallar açılmasaydı ziyan vurulmayacağını, yoldaşının da malların açılmasını görmədiyini, Niyaməddinin yoldaşına “yoldaşına deyərsən mənim mal bağlamasın” dediyini, malları açdığını isə demədiyini, Niyaməddinin malları axşam saat altının yarısında açdığını, malların açıldıqda qapıya gəldiyini, lakin bu dəfə gəlmədiyini, yoldaşının malların olmadığını bildirdiyini, onun isə malları axtarmağa getdiyini, malları axtarıb tapa bilmədiyini, qayıtdıqda mal səsi eşitdiyini, maşın gördüyünü, malların onun olduğunu qışqırdığı, onu oraya çağırdıqlarını, polis Anarın ona malların maşını vurduğunu dediyini, malların xəbəri olmadan açıldığını, maşının gələrək malları vurduğunu, sürücünün maşını saxlayıb malların keçməsini gözləməli olduğunu, onun günahı olmadığını, onun malları açmadığını, Niyaməddinin malları qəsdən açdığını, Niyaməddinin malları açması ilə bağlı izahatı olduğunu, hadisə yerində olmadığını, malları axtardığnı, 04 oktyabr 2024-cü il tarixdə də mallarını itin ürkütdüyünü, onu da polis şöbəsində dediyini, 10 oktyabr 2024-cü il tarixdə mallarının açıldığını saat altının yarısında öyrəndiyini, yoldaşının malların olmadığını bildirdiyini, onun da malları axtarmağa getdiyini, malların harada olmasını bilmədiyini, malların maşına o qədər ziyan vura bilməyəcəyini, Söhrabla razılaşdıqlarını, Niyaməddinin də 200 manat pul verəcəyini, sonra isə razılaşmanın yerinə yetirilmədiyini, indiki təkliflə razılaşmadığını, çünki təqsirkar olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.3.-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis Şöbəsi tərəfindən ünvanlanmış məktubda Şahbuz rayon Şahbuz şəhəri ərazisində xx.xx.2024-cü il tarixində Şahbuz şəhər sakini, 1960-cı il tavallüdlü X5 məxsus olan iribuynuzlu heyvan Şahbuz rayon Qızıl Qışlaq kand sakini, İddiaçı məxsus olan Vaz 21102 markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə xəsarət yetirərək maddi ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis Şöbəsinə cavabdeh tərəfindən verilmiş izahatda xx.xx.2024-cü il tarixdə özünə məxsus 2 baş iri buynuzlu malları ona məxsus olan yerin və qonşu yerə Musayev Niyaməddinin yeri olduğunu bilmədən ora yaxın bağladığını, Niyaməddinin gəlib malları orada görüb ona xəbər vermədən saat 7-ə işləmiş açıb aparıb qapalı saxladığını, yoldaşının gedib malları gətirəndə 2 başın olmadığını gördüyünü, Niyaməddinin orada olduğunu görüb malları görməmisən deyə soruşduğunu, Niyaməddinin isə mən açıb ötürmüşəm dediyini, yoldaşının hara ötürmüsən deyə soruşduğunu, Niyaməddinin isə bilmirəm dediyini, yoldaşının gəlib malları onun açıb ötürdüyünü dediyini, özünün fanarı götürüb malları axtarmağa getdiyini, həyətlərə baxa-baxa gəlib məhkəmənin yanına çatanda iki mühafizəçinin oturduğunu görüb onlardan soruşduğunu, onların görmədiklərini dediklərini, sonrasında aşağıdan mal səsinin gəldiyini, ora gedəndə öz malları olduğunu gördüyünü, polis əməkdaşı Anarın malın onun olduğunu soruşduğunu, özünün malı olduğunu dediyini, polisin isə malın maşına dəydiyini dediyini, maşının sahibinin kim olduğunu demədiyini, özünün malı götürüb getdiyini, səhərisi günü zərər çəkən sürücü ilə görüşdüyünü, onun malların şahmat məktəbinin yanında çıxıb ürkək vəziyyətdə üstən aşağı qaçdıqlarını dediyini, malları axtardığını, tapılacağını düşündüyü üçün polisə məlumat vermədiyini, malların boynunda zincir olduğunu, sabahkı gün Şahbuz rayon polis şöbəsinə gələrək maşına dəyən zərərə baxdığını, başqasının otlaq sahəsinə ziyan yetiribsə, bunu özünün ödəməli olduğunu, malları bağladığı yerdən açdığına görə maşına dəymiş ziyanı Niyaməddin adlı şəxsin qarşılamalı olduğunu, Niyaməddinlə maşına dəymiş ziyanın yarı-yarıya ödənilməsi barədə razılaşmağa çalışdığını, Niyaməddinin ona pulunun olmadığını bildirdiyini, özünün isə ona borc pul götürdüyünü, ona düşən pulu da özünün verə biləcəyini, Niyaməddinin ona pulu hissə-hissə ödüyə biləcəyini bildirdiyini, Niyaməddinin isə apar pulun hamısını ver, mən də otlaq sahəsinə dəyən ziyanı səndən tələb etmiyəcəm dediyini bildirmiş, izahatının düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis X1 verdiyi izahatında 07 oktyabr 2024-cü il tarixdə 17:30 radələrində Şahbuz şəhəri ərazisində yerləşən “çay aparan masifi” adlanan yerdə iri buynuzlu özünə məxsus olan malı gətirmək üçün əraziyə getdikdə Şahbuz şəhər sakini Nurəliyə məxsus malın bir baş özünə məxsus olan malın yanında gördüyünü, özünün də yerində olanı açıb buraxdığını, malların onun otlaq sahəsinə bağlanılması ilə bağlı polisə məlumat vermədiyini, heyvanları sahibsiz buraxmağın məsuliyyətə səbəb olacağını bilmədiyini, Nurəlinin həyat yoldaşının özlərinə onlara məxsus olan otlaq sahəsində sağında qalan malları gətirdikdə özünün yolda qabaqlaşaraq mallarının ikisinin getdiyini bildirdiyini, 10 oktyabr 2024-cü ildə Şahbuz Rayon Polis şöbəsində açıb buraxdığı sahibsiz qalan iribuynuzlu malların Şahbuz şəhərində İddiaçı adlı şəxsin nəqliyyat vasitəsinə maddi zərər vurduğunu bildiyini bildirmiş, izahatının düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş avtomobil və ehtiyat hissələri ilə bağlı fakturadan Patbris-1 ədəd -220 (iki yüz iyimi) manat, Slikon-2 ədəd-30 (otuz) manat, Sağ farapavarotnik-1 ədəd – 80 (səksən) manat, Qabaq bufer-1 ədəd-110 (yüz on) manat, Sağ dumanlı bufetdə olan-1 ədəd- 25 ( iyirmi beş) manat, Şüşə silən şotka- 2 ədəd- 30 (otuz) manat, Yan güzgü sağ-1 ədəd- 35 (otuz beş) manat, təkər üstü zaşitkini – 1 ədəd - 25 (iyiri beş) manat, dəmirçi malyar işi – 1 ədəd - 550 (beş yüz əlli) manat olmaqla, ümumilikdə 1105 manat məbləğində xərcin iddiaçı tərəfindən öz nəqliyyat vasitəsinin təmiri üçün çəkilməli olduğu müəyyən olunur. İş materiallarında olan Zaur adlı şəxsin imzası ilə təsdiq edilmiş siyahıdan padbris 1ədəd 120 manat, sağ ön fara və sağ “povorotnik” 1 ədəd 40 manat, bufer ön 1 ədəd 60 manat, şüşə silən şotkalar 2 ədəd 8 manat, dumanlılar 2 ədəd 25 manat, sağ kırlo altı zaşitnik 1 ədəd 10 manat, sağ qapı aynası 1 ədəd 20, şüşə kleyi 2 ədəd 18 manat, usta pulu- dəmirçi 150 manat, malyar 250 manat, elektrik 50 manat olmaqla ümumilikdə 830 (səkkiz yüz otuz) manat məbləğində xərcin iddiaçı tərəfindən öz nəqliyyat vasitəsinin təmiri üçün çəkilməli olduğu müəyyən olunur. İş materiallarına əlavə edilmiş İddiaçı məhkəməyənin ünvanında daxil olmuş xx.xx.2025-ci il tarixli ərizəsndə cavabdeh Ağəlı̇ yev Nurəlı̇ Cəfər oğluna qarşı maddi ziyanın ödənilməsi tələbi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət etməsini, "xxxx" MMcnin təklif fakturasını iddia ərizəsinəə sübut kimi əlavə edərək cavabdehdən 1105 manat dəymiş zərərin alınıb ona ödənilməsini xahiş etsə də, sonradan Şahbuz rayonunda avtomobil ustası kimi fəaliyyət göstərən Zaur usta avtomobilinə baxış keçirdiini və onunla 830 manata avtomobilini düzəldəcəyi barədə razılaşdıqlarını, buna görə də ilkin olaraq təqdim etdiyi "xxxx" MMC-nin təklif fakturası ilə deyil, Zaur usta tərəfindən təqdim edilmiş ehtiyyat hissələrinin və işçilik haqqının göstərildiyi məbləğlərin dəymiş zərər kimi nəzərə almasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, istər iş materialları, istərsə də tərələrin izahatları ilə cavabdehə məxsus iribuynuzlu malın iddiaçıya ziyan vurulması öz təsdiqini tapır. Cavabdehə məxsus iribuynuzlu heyvanın iddiaçıya məxsus nəqliyyat vasitəsinə ziyan vurululmaması üçün cavabdehin zəruri tədbirlərin görməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan maddi ziyanın ödənilməsi barədə tələbi əsaslıdır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 830 (səkkiz yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 32 (otuz iki) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 24 (iyirmi dörd) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 830 (səkkiz yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 24 (iyirmi dörd) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar