Məhkəmə qərarları › İş №2(090)-40/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-40/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-40/2021 04.03.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat İddiaçı ASC “08” fevral 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2020-ci il tarixli kredit müqaviləsi üzrə 858.54 (səkkiz yüz əlli səkkiz manat, 54 qəpik) manat əsas, 109.59 (bir yüz doqquz manat, 59 qəpik) manat faiz, 74.51 (yetmiş dörd manat, 51 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1042.64 (bir min qırx iki manat, 64 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxx 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” X3 təşkilatından illik 35 faizlə 18 ay müddətinə 1020 manat kredit götürmüşdür. “FİNtrend” X3 təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 1001 nömrəli xx xxx 2018-ci il tarixli, 004 nömrəli müqaviləyə xx xxxx 2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” X3 təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il dekabrın 07-dək cavabdehin banka xx xxxx 2020-ci il tarixli kredit müqaviləsi üzrə 858.54 manat əsas borcu, 109.59 manat faiz borcu və 74.51 manat cərimə borcu olmaqla, ümumilikdə 1042.64 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən Cavabdeh ilə “FinTrend” X3 X2 Cəmiyyəti arasında xx xxxx 2020-ci il tarixli, 481-0***-******* nömrəli kredit müqaviləsi, xx xxxx 2020-ci ildə “FinTrend” X3 X2 Cəmiyyəti ilə “xxxx” İKB Açıq Səhmdar Cəmiyyəti arasında tələbetmə hüquqlarının güzəşt olunmasına dair 1001 nömrəli müqavilənin bağlanması, həmçinin “xxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilərək, yeni adının İddiaçı Açıq Səhmdar Cəmiyyəti olması aydın olur. Cavabdeh ilə “FinTrend” X3 X2 Cəmiyyəti arasında xx xxxx 2020-ci il tarixli, 481-0***-******* nömrəli kredit müqaviləsindən onların iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmələri müəyyən edilir: Həmin müqavilənin 1.1-1.2-ci bəndlərinin tələbinə görə kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş qaydada kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Borcalan həmin müqaviləni imzalamaqla razılaşır ki, kredit vəsaiti kreditor tərəfindən borcalanın əldə edəcəyi istehlak mal(lar)ının müqabilində həmin malların satışını həyata keçirən satıcının hesabına nağdsız qaydada köçürülməsi yolu ilə verilir. Həmin müqavilənin 2.1, 2.1.1, 2.2 - 2.5-ci bəndlərinin tələbinə görə kreditor borcalana müqavilənin 1.2-ci bəndinə nəzərdə tutulmuş qaydada 1020 (bir min iyirmi manat) məbləğində kredit verir. Kredit məbləğinin kreditor tərəfindən borcalanın ödəniş tapşırığı əsasında borcalanın əldə edəcəyi mal(llar)ın müqabilində satıcının bank hesabına köçürülür və həmin andan kredit borcalana verilmiş hesab olunur. Kredit borcalana istehlak məqsədilə, 18 (on səkkiz) ay müddətinə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 35 (otuz beş) faiz dərəcəsi ilə hesablanan məbləği ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 35 (otuz beş) faiz təşkil edir. Həmin müqavilənin 4.1 və 4.1.5-ci maddələrinin mahiyyətinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər və cərimə faizləri ilə birlikdə qaytarılmasını tələb etmək kreditorun hüququdur. İş materiallarına əlavə edilmiş nömrəli kredit müqaviləsinə əlavədən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. “FinTrend” X3 X1 Cəmiyyətinin “01” mart 2020-ci il tarixli, 481-0***-******* nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, 481-0***-*******-2 nömrəli ödəmə tapşırığı ilə sübuta yetirilir. İş üzrə cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilərək, bu borcun ödənilməsi üçün 5 gün müddət təyin edilmiş və bu xəbərdarlıq cavabdehə xx xxxxxx 2020-ci ildə təqdim edilmişdi. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxx 2020-ci il tarixli, 481-0***-******* nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh kredit xətti açılmış və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər Cavabdeh tərəfindən edilməmiş, o, yaranmış pul borcunu qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun İddiaçı ASC qarşısında 858.54 (səkkiz yüz əlli səkkiz manat, 54 qəpik) manat əsas borc, 109.59 (bir yüz doqquz manat, 59 qəpik) manat faiz borcu, 74.51 (yetmiş dörd manat, 51 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1042.64 (bir min qırx iki manat, 64 qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı təşkilat İddiaçı ASC öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh istifadə etdiyi kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə və komisyon haqlarının iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Azərbaycan respublikasının Mülki Məcəlləsinin 56.5-ci maddəsinə görə bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilatihüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək Cavabdeh 858.54 (səkkiz yüz əlli səkkiz manat, 54 qəpik) manat əsas borc, 109.59 (bir yüz doqquz manat, 59 qəpik) manat faiz borcu, 74.51 (yetmiş dörd manat, 51 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1042.64 (bir min qırx iki manat, 64 qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh 858.54 (səkkiz yüz əlli səkkiz manat, 54 qəpik) manat əsas borc, 109.59 (bir yüz doqquz manat, 59 qəpik) manat faiz borcu, 74.51 (yetmiş dörd manat, 51 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1042.64 (bir min qırx iki manat, 64 qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar