Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-44/2021 09.03.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ İddiaçı xx xxxxxx 2021-ci ildə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(090)-138/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx xxxx 2008-ci il tarixdə anadan olmuş X4 və xx xxxxxxxx 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşağa 130 (bir yüz otuz) manat olmaqla, bütövlükdə 260 (iki yüz altmış) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə 2007-ci ildə ailə qurub, 2015-ci ildə aralarında problemlər olduğundan rəsmi qaydada ayrılıblar, onların nikahlarından iki uşaqları xx xxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxxxxxx 2011-ci il təvəllüdlü X3 doğulubdur, 2015-ci ildən atasının evinə qayıtdığı vaxtdan cavabdeh tərəfindən heç bir maddi köməklik göstərilməyib, Atasının ailəsi böyük ailədir, onlar da özlərinin ancaq dolandırırlar, Şahbuz Rayon Məhkəməsinin qətnaməsi ilə Dərya və Yağmurun saxlanılması üçün Cavabdeh ayda hər bir uşağa görə 90 (doxsan) manat, cəmi 180 (bir yüz səksən) manat alınıb ona verilməsi qət edilibdir. O uşaqlarını təkbaşına böyüdür, özü heç bir yerdə işləmir, uşaqlarının hər ikisi də məktəblidirlər, onların yeyib-içməyini, geyimini, hazırlıqlarını və digər ləvazimatlarını çatdırıb ödəyə bilmir, ona görə də cavabdeh uşaqlarına lazımi qayğını göstərib onların saxlanılması üçün yetəcək məbləğdə aliment ödəməlidir, böyük qızı Şahbuz Şəhər orta məktəbdə təhsil alır, balaca qızı isə Kolanı kəndinə məktəbə gedir. 2016-cı ildə boşandıqdan sonra iki uşağa görə 160 manat aliment alıbdır, sonra isə 180 manat aliment alıbdır, ayrıldıqdan sonra arada barışıb sonra yenə də ayrılıblar. Uşaqlarının əlavə xərcləri var, ona görə də uşaqlarına təyin edilən alimentin artırılmasını istəyir ki, uşaqlarının əlavə xərclər barəsində iddia qaldıracağına ehtiyac qalmasın, uşaqlarının müalicəsinə ehtiyac var, o isə uşaqlarının tələbatlarını çatdıra bilmir, sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, o cavabdehin gəlirləri barədə məhkəməyə hər-hansı bir sübut təqdim edə bilmir, hər iki qızı Dərya və Yağmur məktəblidir, böyük qızı Dərya əvvəllər Naxçıvan şəhərində məktəbə gedibdir, Dərya yaxşı oxuduğu üçün dərslərindən geri qalmaması üçün onlar Şahbuz rayonuna qayıtdıqdan sonra Şahbuz şəhər orta məktəbində, kiçik qızı Yağmur isə Kolanı kənd məktəbində oxuyur, hər iki qızı müəllim yanında hazırlıq keçirlər, qızlarının oxumaları üçün o əlindən gələni edir, lakin o tək uşaqlarının tələbatlarını qarşılaya bilmir, onların məktəb ləvazimatlarını hazırda aldığı aliment ilə qarşılamaq mümkün deyil, buna görə də o məcbur qalıb alimentin artırılması üçün məhkəməyə müraciət edibdir, o cavabdehin maddi vəziyyətini nəzərə alaraq cavabdeh tərəfindən 110 manat alimentin ödənilməsinə etiraz etmir, bu barədə o məhkəməyə ərizə də veribdir. Cavabdeh məhkəmədə verdiyi izahatında bildirdi ki, o iddiaçı ilə 2007-ci ildə ailə qurub, 2016-cı ildə isə məhkəmənin qərarı ilə rəsmi olaraq boşanıblar, onların birgə nikahlarından xx xxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxxxxxx 2011-ci il təvəllüdlü X3 adlı iki övladı vardır, nikahları pozulduqdan sonra onlar barışıb bir müddət bir yerdə yaşayıblar, sonra yenə ayrılıblar, onun iddiaçının tələb etdiyi alimenti ödəmək imkanı yoxdur, o hal-hazırda qaz idarəsində işləyir və aylıq 350 manat əmək haqqı alır, iddiaçı ilə ayrıldıqdan sonra o yenidən evlənib və yaxın zamanlarda övladı olacaqdır, o uşaqlarına aliment ödəsə də uşaqları ilə görüşə bilmir, buna səbəb isə iddiaçının onunla uşaqları ilə görüşməsinə maneəçilik yaratmasıdır, onun maddi cəhətdən imkanı yoxdur ki, hər uşağa görə 130 manat aliment ödəsin, lakin uşaqlarının tələbatlarını nəzərə alaraq hər bir uşağa görə 110 manat aliment ödəyə bilər, bu barədə o məhkəməyə ərizə də veribdir, sonda Cavabdeh qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(090)-138/2019 nömrəli qətnaməsi ilə xx xxxx 2008-ci il tarixdə anadan olmuş X4 və xx xxxxxxxx 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh ayda hər bir uşağın saxlanmasına 90 (doxsan) manat, cəmi 180 (bir yüz səksən) manat aliment alınıb İddiaçı verilməsinin qət edilməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 256867 nömrəli nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx xxxxxx 2007-ci il tarixdə, Şahbuz rayon Kolanı KİN-də bağlanmış, bu barədə nikah aktı qeydləri kitabında 12 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra qadına “Nəsirova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 174143 nömrəli nikah pozulması haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə X5 arasında nikah xx xxxxxx 2016-cı il tarixdə, Şahbuz rayon Qeydiyyat şöbəsində pozulmuş, bu barədə nikahın pozulması haqqında aktı qeydləri kitabında 01 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına “Novruzova” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 335306 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxx 2008-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 664699 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(090)-138/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, xx xxxx 2008-ci il tarixdə doğulmuş X4 və xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutulması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, İddiaçı iddia tələbində övladları xx xxxx 2008-ci il tarixdə doğulmuş X4 və xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat miqdarında aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmə 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyənləşdirilməsini və hər iki valideynin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağını saxlamağa borclu olmasını, eyni zamanda uşaqların yaşlarını, onların yaşlarına görə olan tələbatlarını, hər iki uşağın məktəbli olmalarını və onların məktəb ləvazimatlarına tələbatlarının artdığını, bunun isə uşaqların maddi vəziyyətinə təsirini nəzərə alaraq onu da qeyd edir ki, cavabdehin faktiki olaraq hər ay hər uşaq üçün ödədiyi 90 (doxsan) manat alimentin uşaqların tələbatının mümkün qədər maksimal saxlanması üçün yetərli deyil. Çünki, uşaq böyüməklə tələbatları artır, bu isə uşaq himayəsində olan iş üzrə iddiaçının maddi vəziyyətinə mənfi təsir edir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(090)-138/2019 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən xx xxxx 2008-ci il tarixdə anadan olmuş X4 və xx xxxxxxxx 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh ayda hər bir uşağın saxlanmasına 90 (doxsan) manat, cəmi 180 (bir yüz səksən) manat alimentin alınıb İddiaçı verilməsinin qət olunması müəyyən olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi maddi hüquq normaları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin bu Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin İddiaçı xx xxxx 2008-ci il tarixdə doğulmuş X4 və xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh hər uşaq üçün 110 manat alimentin təyin edilməsinə etirazı olmamasına dair, eyni zamanda Cavabdeh hər uşaq üçün 110 manat aliment ödəməyə razılıq verməsi barədə ərizələrini nəzərə almışdır. Sonda yuxarıda göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(090)-138/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, xx xxxx 2008-ci il tarixdə doğulmuş X4 və xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən, 25.40 (iyirmi beş manat, 40 qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia qismən təmin olunsun. Şahbuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(090)- 138/2019 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, Cavabdeh xx xxxx 2008-ci il tarixdə doğulmuş X4 və xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğdə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 25.40 (iyirmi beş manat, 40 qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-44/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-44/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver