Məhkəmə qərarları › İş №2(090)-56/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-56/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-56/2021 29.03.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti “02” mart 2021-ci il tarixdə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə 1107,40 (bir min bir yüz yeddi manat, 40 qəpik) manat əsas borc, 35,04 (otuz beş manat, 04 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1142,44 (bir min bir yüz qırx iki manat, 44 qəpik) manat kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx) qəpik bank xidmət haqqının Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx" ASC-nin Naxçıvan filialı ilə borclu Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018ci il tarixli, BPM**********32 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 27% faiz dərəcəsi ilə 1800 (bir min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan ödəməlidir. Lakin cavabdeh kredit borcunu və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. “22” oktyabr 2018-ci il tarixli, BPM**********32 nömrəli kredit müqaviləsinə əsasən “05” fevral 2021-ci il tarixinə cavabdehin əsas borc üzrə 1107,40 (bir min bir yüz yeddi manat, 40 qəpik) manat, faiz borcu üzrə 35,04 (otuz beş manat, 04 qəpik) manat, ümumilikdə isə 1142,44 (bir min bir yüz qırx iki manat, 44 qəpik) manat borcu mövcuddur. Məhkəmə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəfin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “22” oktyabr 2018-ci il tarixli, BPM**********32 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı təşkilat “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 1-ci bəndinə əsasən borc verənin borc alana şəxsi istehlak məqsədləri üçün 36 (otuz altı) ay müddətində (xx xxxxxxx 2021-ci il tarixədək) 1800 (bir min səkkiz yüz) manat məbləğində, kreditdən istifadəyə görə illik 27 (iyirmi yeddi) faiz ödəmək şərti ilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1 və 3.2-ci bəndlərinə görə borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və borc verənin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin borc verənə təqdim edilməsindən 10 (on) iş günü ərzində borc alanın borc verəndə açılmış ******************** nömrəli hesabına köçürülməklə verilir. Kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu Müqaviləyə 1 nömrəli əlavədə əks olunan Annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin 3.9-cu bəndinə əsasən borc verən borc alan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi həyata keçirilmədikdə və ya müvafiq ödənişlər 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildiyi halda kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini borc alandan tələb edə bilər. Müqavilənin 4.4.2-ci və 4.4.5-ci bəndlərinə görə borc alan kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi üzrə öhdəliklərini bu müqavilədə müəyyən olunmuş qaydada və müddətlərdə icra etməyi və bu müqavilədən irəli gələn öhdəliklərin vaxtında lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə müəyyən olunmuş dəbbə pulunun (cərimə, penya) borc verənə ödənilməsini təmin etməyi öhdəsinə götürür. Faizlərin ödənilməsi və əsas borcun qaytarılması üzrə borc alanın öhdəlikləri müvafiq məbləğdə pul vəsaitlərinin borc alanın cari hesabına daxil edilməsi üçün borc verənin kassasına mədaxil olunduqdan və ya müxbir hesabına daxil edildikdən sonra icra edilmiş hesab edilir. Müqavilənin müddəti adlanan 7-ci bəndinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri həmin müddət qurtarana qədər yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etmir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, BPM**********32 nömrəli məxaric orderindən surətindən məlum olur ki, iş üzrə Cavabdeh 1780 (bir min yeddi yüz səksən) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Həmçinin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh “22” noyabr 2018-ci ildən başlamaqla “xxxx” Açıq Səhmdar Cəmiyyətinə “22” sentyabr 2021-ci il tarixədək hər ay 73,5 (yetmiş üç manat, 50 qəpik) manat və sonuncu ay isə, yəni 2020-ci ilin oktyabr ayının 22-dək 72,73 (yetmiş iki manat, 73 qəpik) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış “15” yanvar 2021-ci il tarixli, 22-556/2021 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş “05” fevral 2021-ci il tarixli maliyyə arayışından Cavabdeh həmin tarixə “xxxx” ASCnə 1107,40 (bir min bir yüz yeddi manat, 40 qəpik) manat əsas, 35,04 (otuz beş manat, 04 qəpik) manat faiz, 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) xidmət haqqı olmaqla, ümumilikdə 1172,84 (bir min bir yüz yetmiş iki manat, 84 qəpik) manat borcunun olması aydın olur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Kükü kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC ilə Cavabdeh arasında “22” oktyabr 2018-ci il tarixli, BPM**********32 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, “xxxx” ASC tərəfindən Cavabdeha 1800 (bir min səkkiz yüz) manat məbləğində kredit verilmiş və müqavilənin şərtlərinə borclu Cavabdeh tərəfindən əməl edilməmiş, o, yaranmış pul borcu və həmin borca hesablanmış faizi qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun “xxxx” ASC-nə 1107,40 (bir min bir yüz yeddi manat, 40 qəpik) manat əsas və 35,04 (otuz beş manat, 04 qəpik) manat faiz, cəmi 1142,44 (bir min bir yüz qırx iki manat, 44 qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı “xxxx” ASC öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı “xxxx” ASCdən aldığı kredit üzrə əsas, faiz və cərimə borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, tərəflər arasında bağlanmış “22” oktyabr 2018-ci il tarixli, BPM**********32 nömrəli kredit müqaviləsi üzrə 1107,40 (bir min bir yüz yeddi manat, 40 qəpik) manat əsas və 35,04 (otuz beş manat, 04 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1142,44 (bir min bir yüz qırx iki manat, 44 qəpik) manat məbləğində borc Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı olan məhkəmə xərcləri cavabdehdən tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış “22” oktyabr 2018-ci il tarixli, BPM**********32 nömrəli kredit müqaviləsi üzrə 1107,40 (bir min bir yüz yeddi manat, 40 qəpik) manat əsas və 35,04 (otuz beş manat, 04 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1142,44 (bir min bir yüz qırx iki manat, 44 qəpik) manat məbləğində borc Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı təşkilat “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı, cəmi 30.40 (otuz manat, 40 qəpik) manat məhkəmə xərcləri cavabdehdən tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar