Məhkəmə qərarları › İş №2(090)-71/2020

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-71/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-71/2020 14.08.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X1 Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X4 xx xxxx 2020-ci ildə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ödənilməmiş 1372.22 (bir min üç yüz yetmiş iki manat, iyirmi iki qəpik) manat əsas, müqavilə müddəti üçün hesablanmış 862.78 (səkkiz yüz altmış iki manat, yetmiş səkkiz qəpik) manat faiz, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 1364.88 (bir min üç yüz altmış dörd manat, səksən səkkiz qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 199.69 (bir yüz doxsan doqquz manat, altmış doqquz qəpik) manat borc, cəmi isə 3799.57 (üç min yeddi yüz doxsan doqquz manat, əlli yeddi qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı X7 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, “Bank Technique” X12 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 1848/15 nömrəli kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2200 manat məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə görə borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdi. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası”nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabr ayının 31-də başa çatsa da, cavabdeh qeyd olunan tarixə qədər müraciət etməmişdi. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehlərə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. İş üzrə tərəflərə, yəni iddiaçı və cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X1 nümayəndəsi məhkəməyə xx xxxx 2020-ci il tarixli, **********766 nömrəli ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı X12 ilə Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixli N-1848/15 nömrəli kredit, Cavabdeh2 ilə isə eyni tarixli və nömrəli zaminlik müqavilələrinin bağlanması, kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə iddiaçının illik 27 faizlə 24 ay müddətində 2200 (iki min iki yüz) manat məbləğində kredit götürməsi barədə razılığa gəlmələri və İddiaçı X7 hazırda ləğv prosesində olması işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə və eyni zamanda mülki iş materiallarına əlavə edilmiş xx xxxx 2015ci il tarixli, N-1848/15 nömrəli kredit müqaviləsindən İddiaçı X12 ilə Cavabdeh1 arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehlə iddiaçı arasında sonuncu tərəfindən Cavabdeh1 illik 27 faizlə 24 ay müddətində 2200 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmələri; -iddia ərizəsinə və eyni zamanda mülki iş materiallarına əlavə edilmiş xx xxxx 2015ci il tarixli, N-1848/15 nömrəli zaminlik müqaviləsindən İddiaçı X12 ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin həmin müqavilədən irəli gələn öhdəliklərinin icrasının təminatı üsulu kimi Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsinin bağlanması; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin reyestr çıxarışından və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2-1 (81)-1541/2016 nömrəli qərardadından İddiaçı X7 ləğv prosesində olması, X1 isə onun ləğvedicisi təyin edilməsi aydın olur. İddiaçının cavabdehlərdən kredit və zaminlik müqavilələri üzrə yaranmış borcun ödənilməsinitələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə qismən öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş, həmçinin məhkəmə iclasında tədqiq olunmuş digər yazılı sübutlardır. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X2 üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışlardan aydın olur ki, cavabdehlər X3 rayonu, H.Əliyev prospekti mənzil 306da, Cavabdeh2 isə Bakı şəhəri, F.Yusifov küçəsi, ev 69, mənzil 212-də rəsmi qeydiyyatdadır. Məhkəmə tərəfindən xx xxxx 2020-ci il tarixli məktubla iddia ərizəsi cavabdehlərin qeyd edilən ünvanına göndərilsə də, göndərilmiş məhkəmə sənədləri Cavabdeh1 həmin ünvanda yaşamaması səbəbindən rabitə orqanı tərəfindən geri qaytarılmışdı. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsaslanmaqla məhkəmə sənədlərini Şahbuz Rayon İcra Hakimiyyətinin Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərmişdir. Cavabdeh1 nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən yuxarıda qeyd edilən sonuncu hal məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Digər Cavabdeh2 isə məhkəmə sənədləri rəsmi qaydada verilməsinə baxmayaraq onun tərəfindən iddia tələbinə qarşı hər hansı etiraz məhkəməyə göndərilməmişdi. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həllinə keçməzdən öncə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla öncə onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit və zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş İddiaçı X12 ilə Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixli, N-1848/15 nömrəli kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər; -müqavilənin 2.2 və 2.3-cü bəndlərindən aydın olur ki, iddiaçı şəxsi istehlak xərclərinin ödənilməsi üçün Cavabdeh1 2200 (iki min iki yüz) manatməbləğində kredit verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən krediti qəbul edib, müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürür; - kredit müqaviləsinin 4.1 və 4.2-ci bəndlərinə əsasən müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu Cavabdeh2 zaminliyidir və təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aidiyyəti subyektlər tərəfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə ilə tənzimlənir; - həmçinin qeyd edilən müqavilənin 5.1-5.4-cü bəndlərinə görə kredit vəsaiti müqavilənin 4-cü bəndində nəzərdə tutulan kredit öhdəliklərinin icrasının təminat üsulunu tənzimləyən müqavilə qüvvəyə mindiyi tarixdən sonra tərəflər arasındakı razılaşmaya əsasən müəyyən olunmuş müddətdə borc verən tərəfindən borc alanın bank hesabına (əmək haqqı kartına) köçürülür, kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın bank hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd)aydır və kredit vəsaitindən istifadə müddəti "16" mart 2017-ci iltarixdə 1800 saatda bitir; - müqavilənin 6.1 və 6.3-cü bəndlərdən müəyyən edilir ki, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 27 faizlə hesablanır, hər ayın 16-dan gec olmayaraq borcalan tərəfindən borcverənə ödənilir və borcalan tərəfindən kredit üzrə borcverənə çatmalı olan faizlər kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafikinə əsasən ödənilmədikdə, həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur: -müqavilənin 7.2-ci bəndinə əsasən kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin borcverənin bank hesabına daxil olduğu tarix hesab olunur; - müqavilənin 11.3-cü bəndindən görünür ki, həmin müqavilənin tələblərinin vaxtında və lazımi qaydada yerinə yetirilməsi, o cümlədən həmin müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilməsi Cavabdeh1 vəzifəsi kimi müəyyən edilib; -iddiaçının həmin müqavilə ilə müəyyən edilmiş müddətdə krediti cavabdehin hesabına köçürməməyə görə məsuliyyət daşıması müqavilənin 13.1-ci bəndində öz əksini tapıb; - müqavilənin müddəti isə 15-ci bəndlə müəyyən edilib ki, həmin bəndin mahiyyətinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliklər borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə xitam olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həm qeyd edilən maddi hüquq normasından, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehin hesabına köçürməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş hesabdan çıxarışla öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı X12 ilə Cavabdeh1 arasında xx xxxx 2015-ci il il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də, onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli, **********130 nömrəli məktubundan isə Cavabdeh1 müqavilədən irəli gələn öhdəliyini icra etməməsi və bununla bağlı ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X4 tərəfindən cavabdehlərə xəbərdarlıq göndərilməsi aydın olur. İş materiallarına əlavə edilmiş 226951 nömrəli yol qaiməsindən isə müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış bu xəbərdarlıq onun ünvan 1 yaşamaması səbəbindən geri qayırmışdı. Bununla bağlı məhkəmə Cavabdeh1 nəzərinə çatdırır ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2 və 13.2-ci bəndlərinə görə cavabdehin müqavilə ilə əlaqədar iddiaçıya verdiyi bütün məlumatlar həqiqətə uyğundur və o, müqavilənin təqdim etdiyi müvafiq sənədlərdəki məlumatların həqiqiliyinə görə tam məsuliyyət daşıyır. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh1 qarşı olan kredit borcunun tutulması dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləği, həmçinin iddiaçının cavabdehlərə qarşı olan cərimə borcu və gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində pul tələbinə hüquqi aydınlıq gətirməzdən öncə İddiaçı X7 Cavabdeh2 qarşı da iddia tələbinin yönəlməsinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı X12 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, N-1848/15 nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Belə ki, müqavilənin 2.1-ci bəndinə görə kreditorla borcalan arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli, N-1848/15 nömrəli kredit müqaviləsinin təminatı kimi zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borcalan ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürür. Həmin müqavilənin 3.1 və 3.3-cü bəndlərinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti kreditorla borcalanlar arasında Bakı şəhərində bağlanmış "16" mart 2015-ci il tarixli, 1848/15 saylı kredit müqaviləsinə əsasən verilən kredit, kredit faizlərinin və cərimələrin qaytarılmasından ibarətdir. Zaminliklə təmin edilmiş öhdəlik xx xxxx 2017-ci il tarixinədək icra edilməlidir. Həmçinin zaminlik müqaviləsinin 7.3-cü bəndi ilə müəyyən edilir ki, borcalanın zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli, N-1848/15 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Məhkəmə iddiaçının Cavabdeh1 qarşı iddia tələbini əsaslı saysa da, onun Cavabdeh2 qarşı olan tələbini əsaslı qəbul etmir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları qeyd olunub. 477.0 və 477.0.4-cü maddələrin tələbinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yuxarıda qeyd edilən maddi hüquq normasını iş materialları ilə əlaqələndirərək məhkəmə qeyd edir ki, Cavabdeh1 İddiaçı X9rşısında əsas öhdəliyinin icra edilməsinin son müddəti və eyni zamanda Cavabdeh2 zaminliyinin müddətixx xxxx 2017-ci il müəyyən edilmişdi. Bu isə o deməkdir ki, iddiaçı sonuncu qeyd edilən vaxtın tamam olmasından sonra bir il müddətində, yəni xx xxxx 2018-ci ilədək Cavabdeh2 qarşı iddia qaldıra bilərdi. Ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X4 isə cavabdehlərə qarşı iddia tələbi ilə məhkəməyə xx xxxx 2020-ci ildə müraciət etmişdi. Bu isə o deməkdir ki, iddiaçının Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxt qanunvericiliyin tələbinə əsasən zaminliyə xitam verilmiş hesab edilir və bu səbəbdən də ona qarşı iddia tələbi əsaslı sayıla bilməz. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, iddiaçının kredit üzrə yaranmış borcun ödənilməsi tələbi Cavabdeh1 münasibətdə əsasılıdır. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, borcun hesablanması xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən xx xxx 2020-ci il tarixli qərardadla məhkəməmühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirılməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 88/20 nömrəli ekspert rəyində isə İddiaçı X12 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli N-1848/15 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin iddiaçıya xx xxxx 2017-ci il tarixə, yəni müqavilə öhdəliklərinin icrası üçün nəzərdə tutulmuş müddətin bitmə tarixinə olan əsas borcunun 1368,97 (bir min üç yüz altmış səkkiz manat, doxsan yeddi qəpik) manat, faiz borcunun isə 864,38 (səkkiz yüz altmış dörd manat, otuz səkkiz qəpik) manat olmaqla ümumi borcun 2233,35 (iki min iki yüz otuz üç manat otuz beş qəpik) manat təşkil etməsi qeyd olunmuşdur. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qismən qəbulediləndir. Belə ki, iddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini tələb etsə də, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 88/20 nömrəli ekspert rəyində bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmadığından cavabdehə cərimənin hesablanmadığı qeyd edilmişdi. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 10.1-ci bəndindən isə aydın olur ki, borcalan ödənişləri həmin Müqavilənin 6.3-cü bəndinə əsasən müəyyən olunmuş gündən sonrakı 7 (yeddi) təqvim günü müddətində ödəmədikdə, hər gecikdirilən gün üçün ödənilməmiş borc məbləğinin 1 (bir) faizi miqdarında cərimə ödəməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə o da müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun xx xxxx 2015-ci il tarixli N-1848/15 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən borcun gecikdirilməsinə görə 1364.88 (bir min üç yüz altmış dörd manat, səksən səkkiz qəpik) manat məbləğində cərimə borcu tələb etməsi aydın olur. Tələbdən o da aydın olur ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək, həmçinin iddiaçı cavabdehdən müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 199.69 (bir yüz doxsan doqquz manat, altmış doqquz qəpik) manat tələb etdiyindən, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, tələb edilən cərimə borcunun10 faizi, yəni 136 (bir yüz otuz altı) manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçının cavabdehə qarşı müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 199.69 (bir yüz doxsan doqquz manat, altmış doqquz qəpik) manat tələb etməsinə hüquqi münasibət bildirən məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş üzrə cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi yuxarıda qeyd edildiyi kimi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini bu hissədə də əsaslı qəbul edir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 88/20 nömrəli ekspert rəyində isə xx xxxx 2015-ci il tarixli 1848/15 nömrəli kredit müqavilədən irəli gələn öhdəliyinin icrası üçün əsas borc üzrə xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə illik 5 faizlə hesablanmış faiz borcunun 199.96 (bir yüz doxsan doqquz manat, doxsan altı qəpik) manat olması müəyyən edilmişdi. Ekspert rəyi ilə əsas borc üzrə faiz borcunun və əsas borc üzrə hesablanmış illik 5 faiz məbləğində borcun iddiaçının tələb etdiyi məbləğdən artıq müəyyən edildiyindən bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Eyni zamanda həmin maddə ilə o da müəyyən olunur ki, hakim qanundagöstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxmaq üçün müstəsnalıq mövcud deyil. Bu səbəbdən də yuxarıda qeyd edilən məbləğlərlə bağlı iddia tələbi əsas götürülməlidir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxx 2015-ci il tarixli N-1848/15 nömrəli kredit müqaviləsinin 13-cü bəndindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat 40 (qırx) qəpik miqdarı Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - xx xxxx 2015-ci il tarixli N-1848/15 nömrəli kredit müqaviləsi üzrə 1368,97 (bir min üç yüz altmış səkkiz manat, doxsan yeddi qəpik) manat əsas borc, 862.78 (səkkiz yüz altmış iki manat, yetmiş səkkiz qəpik) manat faiz borcu, 136 (bir yüz otuz altı) manat cərimə borcu, əsas borc üzrə illik 5 faizlə hesablanmış 199.69 (bir yüz doxsan doqquz manat, altmış doqquz qəpik) manat borc olmaqla ümumilikdə 2567,44 (iki min beş yüz altmış yeddi manat, qırx dörd qəpik) manat məbləğində pul Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı X11 ödənilməli; -həmçinin 20 (iyirmi) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu da Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı X11 verilməli; -iddia digər hissədə əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin olunsun. xx xxxx 2015-ci il tarixli N-1848/15 nömrəli kredit müqaviləsi üzrə 1368,97 (bir min üç yüz altmış səkkiz manat, doxsan yeddi qəpik) manat əsas borc, 862.78 (səkkiz yüz altmış iki manat, yetmiş səkkiz qəpik) manat faiz borcu, 136,49 (bir yüz otuz altı manat qırx doqquz)) manat cərimə borcu, əsas borc üzrə illik 5 faizlə hesablanmış 199.69 (bir yüz doxsan doqquz manat, altmış doqquz qəpik) manat borc olmaqla ümumilikdə 2567,44 (iki min beş yüz altmış yeddi manat qırx dörd) manat məbləğində pul Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı X11 ödənilsin. Həmçinin 20 (iyirmi) manat, 40 (qırx) qəpik məbləğində dövlət rüsumu da Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı X11 verilsin. İddia digər hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar