Məhkəmə qərarları › İş №2(090)-77/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-77/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-77/2021 19.05.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, iddiaçı təşkilat “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat “xxxx” MMC “20” aprel 2021-ci il tarixdə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, “27” avqust 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********86788 olan Samsung galaxy A10 markalı telefon üçün 162 (bir yüz altmış iki) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, “12” noyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********93616 olan Samsung galaxy A10 üçün 257 (iki yüz əlli yeddi) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, “15” fevral 2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********13220 olan Samsung galaxy A01 markalı telefon üçün 254,6 (iki yüz əlli dörd manat, altmış qəpik) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, ümumilikdə 739,6 (yeddi yüz otuz doqquz manat, altmış qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 769,6 (yeddi yüz altmış doqquz manat altmış qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı təşkilat “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat “xxxx” MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin “xxxx” MMC ilə “27” avqust 2019-cu il, “12” noyabr 2019-cu il və “15” fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********86788 olan Samsung galaxy A10 markalı telefon, İMEİ Kodu **********93616 olan Samsung galaxy A10 və İMEİ Kodu **********13220 olan Samsung galaxy A01 markalı telefon almış və nəticədə 739,6 (yeddi yüz otuz doqquz manat, altmış qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ilə “27” avqust 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (12 ay x 27 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********86788 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 178 (bir yüz yetmiş səkkiz) manat olmaqla ondan, 162 (bir yüz altmış iki) manat ödənilməmiş hissə, 48 manat cərimə (180 gün x 0.27 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə miqdarında borc yaranmışdır. “12” noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********93616 olan Samsung galaxy A10 üçün ümumilikdə, 282 (iki yüz səksən iki) manat olmaqla ondan, 257 (iki yüz əlli yeddi) manat ödənilməmiş hissə, 76 manat cərimə (240 gün x 0.32 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə; “15” fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 355,6 (üç yüz əlli beş manat, altmış qəpik) manat (14 ay x 25.4 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********13220 olan Samsung galaxy A01 markalı telefon üçün ümumilikdə, 279,6 (iki yüz yetmiş doqquz manat, altmış qəpik) manat olmaqla ondan, 254,6 (iki yüz əlli dörd manat, altmış qəpik) manat ödənilməmiş hissə, 67 manat cərimə (270 gün x 0.25 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 390 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Məhkəmə iddiaçı təşkilat “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də cavabdeh iddiaçı təşkilat “xxxx” MMC-dən 02 ədəd Samsung Galaxy A10 markalı telefon və Samsung galaxy A01 markalı telefon almış, müqavilənin şərtlərinə görə, “xxxx” MMC tərəfindən Cavabdeh əşya xidməti və “15” fevral 2020-ci il tarixli, 20105617 nömrəli müqavilə üzrə isə əşya və telefon quraşdırma xidməti göstərilmiş, Cavabdeh isə həmin müqaviləsi üzrə istifadə etdiyi əşyaların pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq “xxxx” MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə “xxxx” MMC üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və “xxxx” MMC-yə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş “27” avqust 2019-cu il tarixli, 00873289 nömrəli müqaviləsindən görünür ki, iddiaçı təşkilat “xxxx” MMC və Cavabdeh arasında Samsung galaxy A10 markalı telefon olan əşyanın alqı-satqına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti Samsung galaxy A10 markalı telefon olan əşyanın Kreditorun müştəriyə verilməsinə dair, müştəri isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada Kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2.-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan “27” avqust 2019-cu il tarixli, 00873289 nömrəli müqaviləsinə Əlavədə görünür ki, tərəflər alqı-satqı müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 324 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış peniya aşkarlanarsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%nə qədər hissəsini peniya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 33 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan “27” avqust 2019-cu il tarixli, 00873289 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, cavabdeh Əliyev X1 galaxy A10 markalı telefon olan əşyanı iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş “12” noyabr 2019-cu il tarixli, 01047069 nömrəli müqaviləsindən görünür ki, iddiaçı təşkilat “xxxx” MMC və Cavabdeh arasında Samsung galaxy A10 markalı telefon olan əşyanın alqı-satqına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti Samsung galaxy A10 markalı telefon olan əşyanın Kreditorun müştəriyə verilməsinə dair, müştəri isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada Kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2.-ci maddəsinə əsasən müqavilənin predmeti təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan “12” noyabr 2019-cu il tarixli, 01047069 nömrəli müqaviləsinə Əlavədən görünür ki, tərəflər alqı-satqı müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 384 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış peniya aşkarlanarsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 39 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan “12” noyabr 2019-cu il tarixli, 01047069 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, cavabdeh Əliyev X1 galaxy A10 markalı telefon olan əşyaları iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş “15” fevral 2020-ci il tarixli, 20105617 nömrəli müqaviləsindən görünür ki, iddiaçı təşkilat “xxxx” MMC və Cavabdeh arasında Samsung galaxy A01 markalı telefon olan əşyanın alqı-satqına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti Samsung galaxy A01 markalı telefon olan əşyanın Kreditorun müştəriyə verilməsinə dair, müştəri isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada Kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmeti təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan “15” fevral 2020-ci il tarixli, 20105617 nömrəli müqaviləsinə Əlavədən görünür ki, tərəflər alqı-satqı müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 355,6 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış peniya aşkarlanarsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 36 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan “15” fevral 2020-ci il tarixli, 20105617 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, cavabdeh Əliyev X1 galaxy A01 markalı telefon olan əşyanı iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. “13” oktyabr 2020-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş “26” mart 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh həmin tarixə iddiaçı təşkilat “xxxx” MMC-yə “27” avqust 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********86788 olan Samsung galaxy A10 markalı telefon üçün 162 (bir yüz altmış iki) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, “12” noyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********93616 olan Samsung galaxy A10 üçün 257 (iki yüz əlli yeddi) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, “15” fevral 2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********13220 olan Samsung galaxy A01 markalı telefon üçün 254,6 (iki yüz əlli dörd manat, altmış qəpik) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, ümumilikdə 739,6 (yeddi yüz otuz doqquz manat, altmış qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin verdiyi arayışdan məlum olur ki, Əliyev X2 rayonu, Şahbuz şəhəri, Nizami küçəsi, mənzil 27 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı təşkilat “xxxx” MMC öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı təşkilat “xxxx” MMC-dən aldığı əşyalar üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş dəbbə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından da göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsinə əsasən iddiaçı təşkilat “xxxx” MMC-dən 324 manat məbləğində Samsung galaxy A10 markalı telefon, 384 manat məbləğində Samsung galaxy A10 markalı telefon və 355,6 manat məbləğində Samsung galaxy A01 markalı telefon almış və imzaladığı müqaviləyə əsasən həmin məbləği və hesablanmış faiz məbləğini iddiaçı təşkilat “xxxx” MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək Cavabdeh 27” avqust 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********86788 olan Samsung galaxy A10 markalı telefon üçün 162 (bir yüz altmış iki) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, “12” noyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********93616 olan Samsung galaxy A10 üçün 257 (iki yüz əlli yeddi) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, “15” fevral 2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********13220 olan Samsung galaxy A01 markalı telefon üçün 254,6 (iki yüz əlli dörd manat, altmış qəpik) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə olmaqla, ümumilikdə 739,6 (yeddi yüz otuz doqquz manat, altmış qəpik) manat məbləğində borc tutularaq iddiaçı təşkilat “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, “xxxx” MMC tərəfindən X3 vasitəsilə “14” yanvar 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı, cəmi 30,40 (otuz manat, 40 qəpik) manat məhkəmə xərcləri Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 27” avqust 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********86788 olan Samsung galaxy A10 markalı telefon üçün 162 (bir yüz altmış iki) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, “12” noyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********93616 olan Samsung galaxy A10 üçün 257 (iki yüz əlli yeddi) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, “15” fevral 2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********13220 olan Samsung galaxy A01 markalı telefon üçün 254,6 (iki yüz əlli dörd manat, altmış qəpik) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə olmaqla, ümumilikdə 739,6 (yeddi yüz otuz doqquz manat, altmış qəpik) manat məbləğində borc tutularaq iddiaçı təşkilat “xxxx” MMC-nin xeyrinə ödənilsin. “xxxx” MMC tərəfindən X3 vasitəsilə “14” yanvar 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı, cəmi 30,40 (otuz manat, 40 qəpik) manat məhkəmə xərcləri Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar