Məhkəmə qərarları › İş №2(090)-79/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-79/2023

12.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-79/2023 12.04.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Fehruz oğlundan 1.667 (bir min altı yüz altmış yeddi) manat pulun və iş üzrə ödədiyi 36,67 (otuz altı manat, altmış yeddi qəpik) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 09 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddia ərizəsində Cavabdeh adının səhvən “Cavabdeh Fehruz” oğlu kimi yazıldığını, bunu nəzərə alaraq mülki işə Cavabdeh 1.667 (bir min altı yüz altmış yeddi) manatın və iş üzrə ödədiyi 36,67 (otuz altı manat, altmış yeddi qəpik) manat miqdarında dövlət rüsumunun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(090)-79/2023 nömrəli qərardadı ilə mülki iş üzrə iddia tələbi dəyişdirilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə “Cavabdeh 1.667 (bir min altı yüz altmış yeddi) manat və iş üzrə ödədiyi 36,67 (otuz altı manat, altmış yeddi qəpik) manat miqdarında dövlət rüsumunun alınıb İddiaçı verilməsi” tələbi çərçivəsində baxılması qərara alınmışdır. İddiaçı 12 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında ərizə təqdim edərək Şahbuz Rayon Məhkəməsində Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyini, Cavabdeh ilə məhkəmədən kənar barışıq əldə etdiyindən, iddia tələbindən imtina etdiyini, 2(090)-79/2023 nömrəli mülki iş üzrə barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 12 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında ərizə təqdim edərək İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyini, İddiaçı ilə məhkəmədən kənar barışıq əldə etdiyindən, iddia tələbindən imtina etdiyini, 2(090)-79/2023 nömrəli mülki iş üzrə barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçı və cavabdehin ərizələrini, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilən və tədqiq edilərək iş materiallarına əlavə edilən üç bənddən ibarət barışıq sazişindən görünür ki, tərəflər öz aralarında aşağıdakı şərtlərlə 12 aprel 2023-cü il tarixli barışıq sazişi bağlamışlar:

1. İddiaçı Cavabdeh ümumilikdə 1.667 (bir min altı yüz altmış yeddi) manat pulu 15 may 2023-cü il tarixdən başlayaraq 8 (səkkiz) ay müddətində ilk yeddi ayın hər ayı 200 (iki yüz) manat, sonuncu ay isə 267 (iki yüz altmış yeddi) manat olmaqla ödəməyi öhdəsinə götürdüyündən hazırki barışıq mövqeyini qəbul edir və bu barədə ərizə verməklə tələb üzrə iddiaya xitam verilməsinə öz razılığını bildirir.

2. Cavabdeh sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı borclu olduğu 1.667 (bir min altı yüz altmış yeddi) manat pulu 15 may 2023-cü il tarixdən başlayaraq 8 (səkkiz) ay müddətində ilk yeddi ayın hər ayı 200 (iki yüz) manat, sonuncu ay isə 267 (iki yüz altmış yeddi) manat olmaqla ödəməyi öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. İddiaçının və cavabdehin ərizələrindən aydın olur ki, tərəflər artıq barışmışlar, barışıq sazişinin nəticəsi onlara aydındır. Buna görə də barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Belə ki, tərəflərin barışmaları ilə əlaqədar olaraq, iddia məhkəmədə baxılması üçün müdafiə olunmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 36,67 (otuz altı manat, altmış yeddi qəpik) manat miqdarında dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(090)-79/2023 nömrəli mülki iş üzrə aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı Cavabdeh ümumilikdə 1.667 (bir min altı yüz altmış yeddi) manat pulu 15 may 2023-cü il tarixdən başlayaraq 8 (səkkiz) ay müddətində ilk yeddi ayın hər ayı 200 (iki yüz) manat, sonuncu ay isə 267 (iki yüz altmış yeddi) manat olmaqla ödəməyi öhdəsinə götürdüyündən hazırki barışıq mövqeyini qəbul edir və bu barədə ərizə verməklə tələb üzrə iddiaya xitam verilməsinə öz razılığını bildirir.

2. Cavabdeh sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı borclu olduğu 1.667 (bir min altı yüz altmış yeddi) manat pulu 15 may 2023-cü il tarixdən başlayaraq 8 (səkkiz) ay müddətində ilk yeddi ayın hər ayı 200 (iki yüz) manat, sonuncu ay isə 267 (iki yüz altmış yeddi) manat olmaqla ödəməyi öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. Mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 36,67 (otuz altı manat, altmış yeddi qəpik) manat miqdarında dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar