Məhkəmə qərarları › İş №2(090)-94/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-94/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-94/2021 12.08.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh Müşfiq oğluna qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quliyev X5 Ruhin Müşfiq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Müşfiq oğlundan 20 noyabr 2017-ci il tarixli kredit satış müqaviləsinə əsasən ödənilməli olan 400 manat, 01 may 2018-ci il tarixli kredit satış müqaviləsinə əsasən ödənilməli olan 450 manat, 16 may 2018-ci il tarixli kredit satış müqaviləsinə əsasən ödənilməli olan 370 manat, ümumilikdə 1220 manat əsas borcun, bundan əlavə 20 noyabr 2017-ci il tarixli kredit satış müqaviləsinə əsasən gecikdirilmiş penya pulu olan 1200 manat, 01 may 2018-ci il tarixli kredit satış müqaviləsinə əsasən gecikdirilmiş penya pulu olan 1200 manat və 16 may 2018-ci il tarixli kredit satış müqaviləsinə əsasən gecikdirilmiş penya pulu olan 1200 manat, ümumilikdə 3600 manat penya pulunun, əldən çıxmış fayda olan 1500 manat pulun və vəkil üçün ödənilmiş 300 manat vəkil xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun, nəticə etibarı ilə ümumilikdə 6650 (altı min altı yüz əlli) manat pulun alınaraq ona qaytarılması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin ünvanına 10 avqust 2021-ci il tarixdə daxil olmuş ərizəsində cavabdeh X4 ilə məhkəmədən kənar barışıq əldə etdiklərindən, iddia tələbindən imtina etdiyini, 2(090)-94/2021 nömrəli mülki işin məhkəmə baxışı iclaslarını onun iştirakı olmadan keçirilməsini, hazırki iş üzrə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada cavabdeh X3 məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin cavabdeh X2 məhkəmənin ünvanına 10 avqust 2021-ci il tarixdə daxil olmuş ərizəsində İddiaçı ilə məhkəmədən kənar barışıq əldə etdiklərindən, 2(090)-94/2021 nömrəli mülki işin məhkəmə baxışı iclaslarını onun iştirakı olmadan keçirilməsini, hazırki iş üzrə barışıq sazişini təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin ərizələrini, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilən və tədqiq edilərək iş materiallarına əlavə edilən iki bənddən ibarət barışıq sazişindən görünür ki, tərəflər öz aralarında aşağıdakı şərtlərlə 10 avqust 2021-ci il tarixli barışıq sazişi bağlamışdır:

1. İddiaçı Cavabdeh Müşfiq oğlunun ümumilikdə 660 (altı yüz altmış) manat pulu 20 avqust 2021-ci il tarixdən başlayaraq 7 (yeddi) ay müddətində hər ayın 20də 100 (bir yüz) manat, 7-ci ayın 20-də 60 (altmış) manat ödəməyi öhdəsinə götürdüyündən hazırkı barışıq mövqeyini qəbul edir və bu barədə ərizə verməklə tələb üzrə iddiaya xitam verilməsinə öz razılığını bildirir.

2. Cavabdeh Müşfiq oğlu sazişin qeyd olunmuş əsaslarla razılaşaraq İddiaçı borclu olduğu 660 (altı yüz altmış) manat pulu 20 avqust 2021-ci il tarixdən başlayaraq 7 (yeddi) ay müddətində hər ayın 20-də 100 (bir yüz) manat, 7-ci ayın 20-də 60 (altmış) manat ödəməyi öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. İddiaçının və cavabdehin ərizələrindən aydın oldu ki, tərəflər artıq barışmışlar, barışıq sazişinin nəticəsi onlara aydındır. Buna görə də barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Belə ki, tərəflərin barışmaları ilə əlaqədar olaraq, iddia məhkəmədə baxılması üçün müdafiə olunmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, 27.04.2021-ci il tarixdə ********* nömrəli qəbzlə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 30 (otuz) manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı Cavabdeh Müşfiq oğluna qarşı pul tələbinə dair 2(090)-94/2021 nömrəli mülki iş üzrə aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı Cavabdeh Müşfiq oğlunun ümumilikdə 660 (altı yüz altmış) manat pulu 20 avqust 2021-ci il tarixdən başlayaraq 7 (yeddi) ay müddətində hər ayın 20də 100 (bir yüz) manat, 7-ci ayın 20-də 60 (altmış) manat ödəməyi öhdəsinə götürdüyündən hazırkı barışıq mövqeyini qəbul edir və bu barədə ərizə verməklə tələb üzrə iddiaya xitam verilməsinə öz razılığını bildirir.

2. Cavabdeh Müşfiq oğlu sazişin qeyd olunmuş əsaslarla razılaşaraq İddiaçı borclu olduğu 660 (altı yüz altmış) manat pulu 20 avqust 2021-ci il tarixdən başlayaraq 7 (yeddi) ay müddətində hər ayın 20-də 100 (bir yüz) manat, 7-ci ayın 20-də 60 (altmış) manat ödəməyi öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. Mülki işin icraatına xitam verilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 27.04.2021-ci il tarixdə ********* nömrəli qəbzlə 30 (otuz) manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə verilə bilər.

Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar