Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-102/2023 04.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat məbləğlərində pul vəsaitlərinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində çoxdan tanıdığı yaxın dostunun qardaşı Cavabdeh ona yaxınlaşaraq nəvəsinin əməliyyat olunması üçün ondan 3500 manat borc pul istəmişdir. Həmin məbləği ona dörd ay ərzində hissə-hissə qaytaracağına söz vermişdir. O, ondan bu pulu hansı gəlirdən qaytaracağını soruşduqda Aqarza yüksək pensiya aldığını, hardasa 1850 manat olduğu barədə maaşından çıxarış vərəqəsini ona göstərmişdir. Ondan çox xahiş etdiyini və alacağı pulu nəvəsi üçün lazım olduğunu nəzərə alaraq o, ona 3500 manat pulu verməyə razılaşmış və ona bildirmişdi ki, aralarında borc müqaviləsi yazılı surətdə bağlanacaqdır. Onlar razılaşdıqdan sonra borc müqaviləsi yazılı surətdə bağlanaraq hər ikisi müqaviləni imzaları ilə təsdiq etmişdilər. Bundan sona o, cavabdehə 3500 manat vermişdir. Üzərindən təqribən 20 gün keçdikdən sonra cavabdeh ona yaxşınlaşaraq yenə 5000 manat istəmiş və o da razılaşmışdır. Beləki cavabdeh ondan aldığı puldan bir manatda qaytarmamışdır. Dəfələrlə ona yaxınlaşaraq ondan aldığı pulu istəsə də cavabdeh dörd ay ərzində verəcəyini bildirmişdir. Səbəbini isə başqa adamlara da borcu olduğunu bildirmişdir. O, cavabdehin ona olan borcu qaytarmaq niyyətində olmadığını bildiyindən dostu borclunun qardaşı Albert Tahirova yaxınlaşaraq vəziyyəti başa salmışdır. O, isə cavabında qardaşının ondan 14000 dollar və Alirza Tahirov qardaşından 20000 manat borc alaraq qaytarmadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə aralarında 3500 manat məbləğində borc müqaviləsi bağlansa da, o, iddiaçıdan 1400 ABŞ dolları məbləğində borc almışdır. Qeyd olunanları nəzərə alaraq, iddianın qismət təmin olunmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan borc müqaviəsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 3500 manat məbləğində borc müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən Cavabdeh pulu 3 ay 250 manat 1 ay isə 2750 manat ödəmək şərti ilə öhdəlik götürmüşdür. İş materiallarında olan ödəniş qəbzindən göründüyü kimi, iddiaçı tərəfindən 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh iddiaçıya 3500 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, borc məbləğini ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cavabdehdən 3500 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir, məhkəmə tərəfindən isə iddiaçının ödəniləcək tələblərinin məbləği iddia tələbinin 100 %-ini təşkil edir, buna münasib olaraq 31 manat ödənilmiş dövlət rüsumu iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 3500 manat məbləğində pul və 31 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-102/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-102/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver