Məhkəmə qərarları › İş №2(094)-103/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-103/2024

09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-103/2024 09.07.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh “Hyundai Sonata” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərərə görə, 1299,0 (bir min iki yüz doxsan doqquz) manat pulun və iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində saat 09:30 radələrində Cavabdeh məxsus “Mercedes” markalı, TX-810-TX dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə Pirallahı qəsəbəsində yol nəqliyyat hadisəsi törədilmiş və İddiaçı məxsus “Hyundai Sonata” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes” markalı, TX-810-TX dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində inzibati protokol tərtib edilmiş və o hadisənin törədilməsində təqsirli bilinmişdir. Hadisə nəticəsində zərərçəkmişin “Hyundai Sonata” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilinin rəsmi servis tərəfindən həyata keçirilmiş qiymətləndirməsinə əsasən, avtomaşının təmir və bərpası üçün ehtiyat hissələri və xidmət haqqı daxil olmaqla, 1299,0 (bir min iki yüz doxsan doqquz) manat maddi zərərin dəyməsi müəyyən edilmisdir. İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə-əmtəəşünaslıq rəyində göstərilən məbləğlə razıdır. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, qeyd olunan qəza ona məxsus avtomobillə onun tərəfindən törədilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40,0 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan “Ziyan Aktı”ndan görünür ki, , avtomaşının təmir və bərpası üçün ehtiyat hissələri və xidmət haqqı daxil olmaqla, 1299,0 (bir min iki yüz doxsan doqquz) manat maddi zərərin dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan 9/2676 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təmiri rentabelli hesab edilməyən, “Hyundai Sonata" minik markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 16 dekabr 2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 1299,0 (bir min iki yüz doxsan doqquz) manat müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiasının əsası kimi istinad etdiyi “Hyundai Sonata” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilin, “Mercedes” markalı, TX-810-TX dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən vurulması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi işin materialları ilə sübut olunur. Hadisənin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Mercedes” markalı, TX-810-TX dövlət qeydiyyat nişanlı avtomobillə və həm də Cavabdeh tərəfindən idarə edilən zaman məhz onun tərəfindən vurulduğundan vurulmuş ziyan Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmçinin, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 33,0 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000,0 manatdan 10000,0 manatadək olduqda 30,0 manat + 1000,0 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 33,0 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1299,0 (bir min iki yüz doxsan doqquz) manat məbləğində dəymiş zərərin əvəzi və ödənilmiş dövlət rüsumuna görə 33,0 manat tutularaq İddiaçı, ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul vəsaiti isə dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1299,0 (bir min iki yüz doxsan doqquz) manat məbləğində dəymiş zərərin əvəzi və ödənilmiş dövlət rüsumuna görə 33,0 manat tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar