Məhkəmə qərarları › İş №2(094)-132/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-132/2024

02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-132/2024 02.04.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın tutulması” barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18600,0 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumuna görə ödənilmiş 146,20 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1870/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (Hakim Ş.Süleymanova) iddiaçı Cavabdeh iddiası təmin edilmiş və ondan 38.000 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Ev alındıqdan sonra evin daxilində və çardaq hissələrində, qaz və elektrik sahələrində təmir işləri aparmış,həmçinin evə mətbəx mebeli alıb quraşdırmışdır. Bütün kommunal xərcləri öz adına ödəmişdir. Lakin sonralar ona məlum oldu ki, mənzil mübahisəlidir və həmin mənzilə Arif Əliyev iddia edir və ona məxsus olması ilə bağlı cavabdehə qarşı iddia qaldırmış və iş üzrə məhkəmə qətnamələri vardır. Sonradan həmin mənzili Cavabdeh 38.000 manata satmış və bununla bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilir. Həmçinin Cavabdeh tərəfindən ona qarşı Səbail rayon Məhkəməsində pulun tutulması ilə bağlı iddia qaldırılmış və qətnamə qəbul edilmişdir. Qeyd olunan qətnamədə evin cavabdeh S.İskəndərli tərəfindən ona satılması faktı təsdiq olunmuş və bununla bağlı müvafiq şahid ifadələri vardır. Cavabdeh ailə üzvləri ilə birlikdə 2 il ərzində mübahisəli mənzildə yaşamışlar və hesab edir ki, 2 il ərzində orta bazar qiyməti 400 manat olmaqla kirayə pulu ona ödənilməlidir. Belə ki, ondan 38.000 manat məbləğində pulun tutulması barədə qətnamə mövcud olduğu üçün, 9600 manat kirayə pulu ona ödənilməlidir. Cavabdeh ailə üzvləri ilə 2 il ərzində maneəsiz şəkildə mübahisəli mənzildə yaşamış və o isə bu pulu ödəməlidir. Həmçinin 9000 manat məbləğində əsaslı təmirə tərəfindən pul xərclənmişdir ki, bu vəsaitdə cavabdehdən tutulub ona ödənilməlidir, qeyd olunan xüsusat Səbail rayon məhkəməsində baxılan işlər üzrə məhkəmə qətnamələri ilə təsdiq olunur. Səbail rayon Məhkəməsində iddiaçı Cavabdeh ona qarşı iddia tələbi ilə bağlı mülki işə baxılarkən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 ifadəsində bildirmişdir ki, Arifi və Sədaqəti tanıyır. Arif evləri tikib satmaqla məşğul olur. Arif evi Sədaqətə, Sədaqət Röyala, Röyal da İlkanəyə satmışdır. O, sadəcə vasitəçi olmuşdur, həmçinin İddiaçı tərəfindən mənzilə əsaslı vəsaitə xərc çəkilmişdir (qətnamənin surəti əlavə olunur). Məhkəmə ona dəymiş ziyanın əvəzi olaraq 18.600 manat məbləğində maddi ziyanın cavabdehlərdən tutularaq ödənilməsi barədə qətnamə qəbul etməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. O, keçmiş məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ev çoxdan Arifə verilib, Arif də evi başqa şəxsə satıb. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etdi və izahatında bildirdi ki, Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1898/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı 38000,0 manat, iddiaçı tərəfindən ödənilmiş 204 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1659/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, X1 28800,0 manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 176,4 manatının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ilk növbədə X3 tərəfindən İddiaçı satılmış, sonuncu da öz növbəsində həmin mənzili Cavabdeh satmışdır. Lakin Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X2 həmin evdən çıxarılması və yaşayış evinin boşaldılaraq X6 qaytarılması qət edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli qətnamə ilə Cavabdeh İddiaçı ona dəymiş 38000,0 manat ziyanın, xx.xx.2023-cü il tarixli qətnamə ilə isə İddiaçı Sədaqət İsgəndərlidən 28800,0 maddi ziyanın tutulmasının qət edilməsinə nail olmuşdur. Mübahisəli ev hal-hazırda qanuni sahibi tərəfindən özgəninkiləşdirilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşadığı 2 ilə görə 9600,0 (hər ay üçün 400,0 manat) kirayə pulunun, həmçinin evin əsaslı təmiri üçün xərclədiyi 9000,0 manat pulun tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı iş üzrə iddiaçının kirayə haqqı tələb etdiyi mənzilə dair hüquqlarının olmadığı müəyyən edilir. Belə ki, iş materiallarından göründüyü kimi, məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzil öz qanuni mülkiyyətçisinə (X6) qaytarılmışdır. Bundan əlavə, tərəflər arasında hər hansı kirayə müqaviləsinin olması iş üzrə müəyyən edilməmişdir. Eləcə də, məhkəmə hər iki tələb üzrə bildirir ki, Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan şəxsin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə Cavabdeh vicdanlı alıcı kimi dəyərini ödəyərək əmlak əldə etmiş, özünü qanuni sahib hesab edərək həmin mənzildən istifadə etmiş, əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi vaxtdan isə sahiblik etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı özü vicdanlı alıcı kimi məhkəməyə müraciət edərək, Sədaqət İsgəndərlidən (əmlakı ona satmış şəxsdən) dəymiş ziyanı tələb etmiş və məhkəmə qətnaməsinə əsasən iddiası qismən təmin edilmişdir. Hazırkı iş üzrə isə məhz Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan dəyməsi sübuta yetirilməmişdir. Məhkəmə ümumilikdə göstərilən halları nəzərə almaqla hesab edir ki, iddiaçının tələbi əsassızdır və buna görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə bildirir ki, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın tutulması” barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar