Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-142/2023 06.06.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 5000,0 manat, eləcə də 70,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində yoldaşlıq etdiyi qəsəbə sakini Cavabdeh şahidin yanında 2500,0 manat borc pul vermişdir. Cavabdeh götürdüyü pulu 3 ay ərzində qaytaracağına söz vermiş, qəbz tərtib olunmuş, cavabdeh və şahid imza etmişlər. xx.xx.2022-ci il tarixində Cavabdeh banka borclu olduğu pulu bağlayıb kredit götürərək ona borcunu tam şəkildə qaytaracaq adı ilə yernidən 2500,0 manat borc pul götürmüşdür. O, həmin pulu cavabdehə 3 ay ərzində qaytarmaq şərti ilə verərək, qəbz tərtib etmiş, cavabdeh və şahid imza etmişlərş. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçıdan 2500,0 pul vəsaiti almışdır. Lakin qəbzi iki dəfə yazıb. İş materiallarında olan əl yazısı həqiqətən onun tərəfindən yazılıb. O, iddiaçıya hər ay 300 manat olmaqla 4 ay və 400 manat, ümumilikdə 1600,0 manat ödəyib, ödənilməmiş 1400,0 manat borcu qalıb. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında borcun qaytarılmasına dair sadə yazılı formada olan qəbzlərdən görünür ki, cavabdeh iddiaçıdan aldığı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə hər dəfə 2500,0 manat olmaqla, 5000,0 manat məbləğində pulu alaraq, 3 ay ərzində qaytaracağına söz verib və öz imzası ilə təsdiqləyib. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıya olan xx.xx.2022-ci il tarixində 2500,0 manat, xx.xx.2022-ci il tarixində 2500,0 manat olmaqla, 5000,0 manat borcunu 3 ay ərzində qaytaracağını bildirmiş və bu barədə iddiaçıya sadə yazılı formada tərtib olunmuş qəbz vermişdir. Cavabdeh iddiaya etiraz edərək, həmin qəbzlərin hər ikisinin eyni borcu ifadə etdiyini, həmçinin borcundan 1600,0 manat ödəniş etdiyini bildirsə də, bununla bağlı öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixində 2500,0 manat, xx.xx.2022-ci il tarixində 2500,0 manat olmaqla, 5000,0 manat pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2022-ci il tarixdə şifahi qaydada bağlanmış 5000,0 manat pulun borc kimi verilməsinə dair müqavilələr qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, məhkəməyə təqdim olunmuş qəbzlərdən görünür ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 5000,0 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, işin araşdırılan halları həmin məbləğlərin sonuncuya verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 70,40 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh verilmiş borca görə 5000,0 manat və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 70,40 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh verilmiş borca görə 5000,0 (beş min) manat və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 70,40 (yetmiş manat, qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-142/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-142/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver