Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-146/2023 30.05.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Pirallahı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı tarixdə rəsmi nikaha daxil olmuş. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Pirallahı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(094)-181/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış 16 oktyabr 2016-cı il tarixli nikahın ləğv edilməsi; xx.xx.2018-ci il təvəllüdlü X3 onun yanında qalması; Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər saxlanması üçün hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Pirallahı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(094)-76/2022 saylı qətnaməsi ilə,Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Övladları xx.xx.2018-ci il təvəllüdlü X3 ehtiyaclarının təmin edilməsi Cavabdeh birbaşa vəzifəsidir və buna görə də hesab edir ki, təyin edilmiş alimentin miqdarı artırılmalıdr. X6 mediatorluğunda mediasiya sessiyasında iştirak etmişlər. Lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə tam mediasiya sessiyasına keçməyə razı olmamışdır. Buna görə ona xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. O, mediasiya sessiyasında iştiraka görə Bakı 3 saylı Mediasiya Təşkilatının bank hesabına 50 (əlli) manat haqq ödəmişdir. Bu günün tələbatlarını nəzərə alsaq, 193 manata bir uşağın ehtiyaclarını ödəmək çox çətindir. Bütün uşaqlar kimi, X3 da normal geyinməyə, qidalanmağa, istirahət etməyə, təhsil almağa, sağlam böyüməyə, inkişaf etməyə hüququ vardır. Ona görə də o, aliment miqdarının artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, Cavabdeh hər ay əmək haqqının və bütün gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalıdır ki, övladının ehtiyaclarını ödəyə bilsin. Odur ki, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Pirallahı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(094)- 76/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh tutulmalı olan alimentin miqdarının artırılaraq hər ay əmək haqqının və bütün gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsi barədə; mediasiya təşkilatına ödədiyim 50 manat mediasiya xərcinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndə-vəkili iddia tələbinin artırılması barədə ərizə verərək, bildirmişdir ki, iddiaçı onunla müqavilə bağladığı zaman göstərəcəyi hüquqi yardıma görə ona 220,0 manat məbləğində xidmət haqqı ödəmişdir. Qətnamə çıxarılarkən 220,0 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsinin qət edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qismən qəbul edərək bildirdi ki, alimentin artırılaraq tələb olunan məbləğdə tutulmasına cavabdehin etirazı yoxdur. Lakin iddiaçı tərəf mediasiya sessiyasında iştirak etmədiyinə görə onlar məhkəmədən kənar razılığa gələ bilməyiblər. Halbuki belə razılıq olsaydı hazırda məhkəmə prosesinə ehtiyac olmayacaqdı. Odur ki, tələb olunan vəkil xərcinin tutulmasını ədalətli hesab etmir və iddianın həmin hissədə təmin olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin 2(094)-181/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X4 ilə Cavabdeh arasında 16 oktyabr 2016-cı il tarixdə bağlanmış və 5 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 5361 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 04 iyul 2018-ci il təvəllüdlü X5 anası X2 yanında saxlanılması, 18 may 2020-ci il tarixdən başlayaraq 04 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq Zeynalova (Hacıyeva) Nigar Eytibar qızına verilməsi qət edilmişdir. İşdə olan Pirallahı Rayon Məhkəməsinin 2(094)-76/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-181/2020 saylı, 19 sentyabr 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə Cavabdeh tutulan aliment məbləği artırılaraq, 04 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Hacıyeva (Zeynalova) Nigar Etibar qızına verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh anası İddiaçı olan xx.xx.2018-ci il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı 3 saylı Mediasiya Təşkilatının mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı nümayəndəsi mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən 50,0 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Pirallahı Rayon Məhkəməsinin Məhkəməsinin 2(094)-181/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların arasında olan rəsmi nikah qeydiyyatı pozulmuş, uşaq iddiaçının himayəsində saxlanılmış və uşağa görə aliment tutulması qət edilmişdir. Daha sonra Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-76/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək hər ay 193,0 manat müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici,uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə dəuşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220,0 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə uşaqların mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-76/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay onun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin iddianın hüquqi yardıma görə ödənilmiş xidmət haqqının və mediasiya ödənişinin tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən vəkilə ödənilmiş 220,0 manat xidmət haqqı və 50,0 manat mediasiya xərci cavabdehdən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-76/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh onun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulsun. Cavabdeh vəkilə ödənilmiş 220,0 manat xidmət haqqı və 50,0 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(094)-146/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-146/2023
30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver