Məhkəmə qərarları › İş №2(094)-146/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-146/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-146/2025 20.05.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat borcun, 1062 (bir min altmış iki) manat faiz və ödənilmiş 139 (bir yüz otuz doqquz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən, onun tərəfindən cavabdehə 15 000 (on beş min) manat borc pul verilmiş və həmin borcu cavabdeh xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin tarixdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh borcunu ödəməmiş və hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Cavabdehin xx.xx.2023-cü ildən 13 yanvar 2025-ci ilədək ödəməni gecikdirdiyi 1 il 4 ay üçün 15 000 manat borcun illik 5 faizi 1 062 (bir min altmış iki) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək bildirdi ki, onun iddiaçıya 15000 manat borcu var. Lakin iddianı faizlə bağlı hissədə qəbul etmir. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2023-cü il tarixədək ödəmək şərti ilə 15 000 manat pul borc vermişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 15.000 manat pul borc vemişdir. Cavabdeh krediti xx.xx.2023-cü il tarixədək tam şəkildə olmaqla K.Şıxaliyevə qaytarmağı öhdəsinə götürmüş, lakin borcunu qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh iddiaçıya 15000 manat borcu olduğunu etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiası “15000 manat pulun tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2- ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 433.1 -ci maddəsinə əsasən Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442 -ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 -ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 1062 (bir min altmış iki) manat faizin tutulması hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin 3-cü bəndində qeyd edilmişdir ki, “Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər.” Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə faizin tutulması nəzərdə tutulmadığından iddia tələbi faizlə bağlı hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi “iddiaçının dövlət rüsumu kimi ödədiyi 139 manat pul cavabdehdən tutulmalıdır” hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 140 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı onun xeyrinə 139 manatın tutulmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, 139 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15000 manat pul və ödənilmiş 139 manat dövlət rüsümü alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15.000 (on beş min) manat pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 139 (bir yüz otuz doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar