Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-15/2023 21.02.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X19 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı1, Cavabdeh X10nın, tərcüməçi X5 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2rşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y yə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 15000 manat və 4000 manat olmaqla ümumilikdə cəmi 19000 manatın alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 30 noyabr 2018-ci il tarixdə kredit müqaviləsi əsasında lombarda on min manat pulu 5% hər ay depozit ödəməklə borc vermişdir. Bundan sonra həmin müqaviləyə əsasən 01 aprel 2019-cu il tarixdə iki min manat, 27 aprel 2019-cu il tarixdə isə daha iki min manat və 27 may 2019-cu il tarixdə bir min manat pulu həmin lombarda göstərilən şərtlərlə borc vermişdir. Bundan başqa onun gəlini (oğlunun həyat yoldaşı) İddiaçı2 27 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən dörd min manat məbləğində pulu yuxarıda adı çəkilən lombarda borc olaraq vermişdi. Həmin vaxtlarda həmin lombarda işləyən X14 öldüyündən nə lombarda qoyduqları pul məbləğlərinin faizlərini, nə də həmin məbləğlərin özlərini ala bilmədilər. Onların Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə lombarda vermiş olduqları borc məbləğlərinin və faizlərinin qaytarılması tələbi ilə X11 və X7 cavabdeh kimi cəlb etməklə verdikləri iddia ərizələri rədd olunmuşdur. Lakin yuxarıda adı çəkilən lombardın fəaliyyəti davam etdiyindən və onlar kredit müqaviləsini həmin lombardla bağladıqlarına görə verdikləri borc məbləğlərini hüququ şəxs kimi lombarddan tələb etmək barədə qərara gəlmişlər. Eyni zamanda həmin vaxtı lombardda işləyərək əhalidən əmanətləri bilavasitə qəbul edən Tairadan verdikləri pulu tələb etmək ağılarına gəlməmişdi. Axı onlar pulları Taira Zeyfatovaya vermişlər. Sonralar lombardın fəaliyyəti müvəqqəti dayandığından Taira Zeyfatova diqqətdən kənarda qalmışdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsində onların iddialarına baxılan işlərdə cəlb olunan şəxslər də onlardan pulu qəbul etmədiklərini bildirirdilər. İndi başa düşür ki, onlar düz demişdilər və onların yuxarıda göstərilən pullarını Taira xanım şəxsən qəbul etmiş və müqavilənidə o, onlara vermişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X10 iddia tələbini qəbul etmədi və göstərdi ki, onun özüdə qeyd olunan lombarda pul qoymuş və həmin lombardı işlədən X14 öldüyündən lombarda qoyduqları pul batmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbi əsasız olduğundan rədd edilməsini xahiş etdi. Digər İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 30 noyabr 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 X1 6 ay müddətinə 10000 manat borc vermişdir. İş materiallarına əlavə edilmiş 27 may 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı2 X12 12 ay müddətinə 4000 manat borc vermişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 136/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 15000 manat məbləğində pulun tutularaq İddiaçı1 verilməsi və X3 4000 manat məbləğində pulun tutularaq İddiaçı2 Qaraş qızına verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1282/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 tərəfindən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-136/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3695/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1282/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 16/2022 saylı, xx.xx.2022-ci il qətnaməsindən görünür ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X8 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı1 30 noyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən X12 6 ay müddətinə 10000 manat borc vermişdir. Digər İddiaçı2 27 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən X12 12 ay müddətinə 4000 manat borc vermişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən müxtəlif şəxsləri cavabdeh kimi cəlb etməklə, yəni 2020-ci ildə cavabdeh X7 və 2022-ci ildə cavabdeh X9 cavabadeh kimi qoymaqla onlaraq qarşı eyni tələblə, yəni “pul tələbi”nə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər, lakin məhkəmə tərəfindən iddiaçıların qaldırdıqları iddia tələbləri əsassız olduğundan rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Məhkəmə hesab edir ki, iddiaçıların hal-hazırda cavabdeh X2rşı pul tələbinə dair iddia irəli sürmələri əsassızdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən “Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir”. Həmin Məcəllənin 108.2.-ci maddəsində isə göstərilmişdir ki, “Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir”. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, iddiaçı hazırki işin məhkəmədə baxılması üçün dövlət büdcəsinə 147 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, 147 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2rşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddia rədd edildiyindən, 147 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-15/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-15/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver