Məhkəmə qərarları › İş №2(094)-152/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-152/2025

24.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-152/2025 24.06.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X17 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüquqnun tanınması barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları 23 iyul 2012-ci təvəllüdlü X5 və 15 sentyabr 2016-cı il təvəllüdlü X9 ünvan 1 ünvanda yerləşən mənzildə istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 11 aprel 2011-ci ildə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahlarından iki qız övladları, 23 iyul 20212-ci təvəllüdlü X10 və 15 sentyabr 2016-cı il təvəllüdlü X12 anadan olmuşdur. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1379/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. xx.xx.2023-cü ilə qədər birgə yaşadıqları dövrdə ünvan 1 ünvanında 4 sot həyətyanı sahədə 4 otaqlı ev tikmişdirlər. Evin təməlinin qoyulmasından tikilib qurtarmasına qədər bütün tikinti işlərində onun köməkliyi ilə əldə olunmuşdur. 2023-cü ilə qədər cavabdehlə birgə yaşadıqları dövürdə həmin evdə yaşamışdırlar. Hal-hazırda 2023-cü ildən faktiki ayrılmışdırlar, iki övladı ilə Beyləqan rayonunun Dünyamallar kəndində kirayədə qalır. Hal-hazıra kimi cavabdeh mübahisəli mənzildə yaşayır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbini etiraf etmədi və iddianın təmin olunmamasını xahiş etdi. 11 aprel 2025-ci il tarixdə Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı X6 ilə o, Cavabdeh oglu xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmuşlar. İddiaçı Gülnar Əsədova Beyləqan rayon Dünyamalılar kəndində yerləşən evlərinə gəlin gəlmiş və cehiz əşyalarını da gətirmişdir. Dünyamalılar kəndində valideynlərinə məxsus həmin evdə birgə yaşayıb, təsərrüfat aparmışlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Rahilə və xx.xx.2016-cı il təvəllüdlü Ayan adlı uşaqları var. X6 o, Cavabdeh oglu və anası X7 qarşı “uşaqları ilə birlikdə Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən X7 məxsus evə yaşayış hüququ verilməklə köçürülmə, evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadədə saxlanılması” tələbinə dair iddia ərizəsi ilə Beyləqan rayon Məhkəməsinə müraciət etmişdir. Bu barədə Beyləqan rayon Məhkəməsində 2(020)817/2024 saylı iş var. Hazırda iddiaçı PİRALLAHİ rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq uşaqlarla ünvan 2 ünvanda yerləşən mənzildə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın “xx.xx.2023-cü ilə qədər birgə yaşadıqları dövrdə ünvan 2 ünvanda 4 sot həyətyanı sahədə 4 otaqlı ev tikmişlər. Evin təməlinin qoyulmasından tikilib qurtarmasına qədər bütün tikinti işlərində onun köməkliyilə əldə olunmuşdur. 2023-cü ilə qədər cavabdehlə birgə yaşadıqları dövürdə həmin evdə yaşamışlar, 2023-cü ildə faktiki ayrılmışlar” məzmunda olan dəlilləri həqiqətləri əks etdirmir, uydurma dəlillərdən ibarətdir. İddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçının mübahisələndirdiyi ev iddiaçının yaşayış yeri sayıla bilməz. Hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı X6 onunla və valideynlərilə etibarlı ailə münsibətlərində olmamışdır.Valideynlərinə qarşı qərəzli münasibətdə olmaqla onlarla birlikdə yaşamaq istəmirdi. Mütəmadi olaraq atası evinə gedirdi. Hətta qızı Rəhilə 7 aylıq olardı, uşagı da götürüb atası evinə getdi və bir ildən sonra Dünyamalılar kəndində yaşadıqları evə qayıtsa da günlərin çoxunu atası evində olurdu. 2018-cı il olardı valideynlərinin xeyir -duasını almadan iddiaçı ilə Dünyamallar kəndində yaşadıqları evdən Bakı şəhəri PİRALLAHİ qəsəbəsinə gəlib orada X1 evində qalmışlar. Məsləhətlərərinə, tövsiyyələrinə əməl etməyib, iddiaçı ilə Dünyamallar kəndində yaşadıqları evdən Bakı şəhərinə gəldiklərinə görə atası və anası onlardan incikli, küskün idilər. X1 evindən sonra X14 oglunun evində kirayədə yaşamağa başlamışlar. Sonradan isə bibisi oğlu X3 oglunun PİRALLAHİ qəsəbəsində dayanacağın yanındakı evində qalmışlar. İddiaçı bu evdən atası evinə küsülü getdi. Gedib onu gətirmiş, PİRALLAHİ qəsəbəsində əmisi X19 oglunun evində yaşamağa başlamışlar. PİRALLAHİ qəsəbəsində valideynlərinə məxsus evə də gedib-gəlirdilər. O, fəhlə işləyir. Aldıgı məvaciblə və kirayədə yaşamaq çətin idi. Beyləqan rayonu Dünyamalılar kəndinə yaşadıqları evə qayıtmışlar. Sonra Ailə münasibətlərində soyuqluq yarandı və iddiaçı uşaqlarılə birlikdə yaşamaq üçün Beyləqan rayonu Dünyamallar kəndinə öz atası evinə getdi, hansı ki, onun Dünyamallar kəndində onun atası evində yaşamasına mane olmamışdır. Sonradan da iddiaçı özü müraciət edərək nikahlarını məhkəmə qaydasında pozdurmuş-aralarında bağlanmış nikaha Beyləqan Rayon Məhkəməsinin 2(020)-1379/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xitam verilmiş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqları anaları Gülnar Əsədovanın yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində alimentin ondan iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçının qısqanclıq zəmnində yaratdığı mübahisələr nəticəsində zatən ailə münasibətləri 2021-ci ildən pozulmuşdur. İddiaçının mübahisələndirdiyi ev iddiaçının yaşayış yeri sayıla bilməz. Belə ki, həmin ev iddiaçı ilə onun tərəfindən birgə nikah dövründə və onların pul vəsaitilə yox, valideynlərinin vəsaiti hesabına nikahıdan əvvəlki vaxtlarda tikilmiş və onlara məxsusdur. Ev və onun yerləşdiyi torpaq sahəsi anasina məxsusdur. Bu barədə sənədləri məhkəməyə təqdim edəcək. İddiaçı ilə onun ev tikməyə heç bir maddi imkanları olmamışdir. X20 Həsrət oglu xx.xx.2022-ci ildə vəfat edib və həmin ev anasının sahibliyində və istifadəsindədir. İddia tələbində hüququn əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinad edilmişdir. Həmin normada mülkiyyətçi və onun ailə üzvlərinin hüquqlarından bəhs olunur. Lakin, nə o, nə də ki iddiaçı mübahisəli evin mülkiyyətçisi deyillər. İddiaçı mübahisələndirdiyi evə hüquq əldə etməmişdir. İddiaçı ilə onların ailə münasibətləri çoxdan pozulmuşdur, onun və anasının ailə üzvü deyildir. İddiaçının mübahisələndirdiyi evdən istifadə edilməsi ilə bağlı anası X11 ilə bağlanan heç bir razılaşma da mövcud deyildir. İddiaçının mübahisələndirdiyi evə istifadə hüququnun tanınması üçün heç bir əsas yoxdur. Etirazın dəlillərini nəzərə alınmasını, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-vi il tarixli arayışından görünür ki, Cavabdeh İMS-da iştirak etməmişdir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh arasında 11 aprel 2011-ci ildə Beyləqan rayon Dünyamalılar kənd inzibati ərazi nümayəndəliyində 26 N-li qeydlə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından 23 iyul 2012-ci ildə anadan olan Rahilə və 15 sentyabr 2016-cı ildə anadan olan Ayanın anaları X2 yanında qalmaları müəyyən edilmiş, Cavabdeh 07 iyul 2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşağa görə sabit pul məbləğində 85 (səksən beş) manat və qazancının (başqa gəlirlər) 1/3 hissəsi miqdarında aliment tutularaq 23 iyul 2012-ci ildə anadan olan Rahilə və 15 sentyabr 2016-cı ildə anadan olan Ayanın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X4 verilməlidir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli hesabat cədvəlinin surətindən görünür ki, ünvan 3 ünvanının tikinti sahibi X8r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 10N-li arayışın surətindən görünür ki, 2016-cı il təvəllüdlü X12 həqiqətən, xx.xx.2023-cü il tarixdən Beyləqan rayonu, Dünyamalılar kəndi Ə.Şirinov adına 1 N - li tam orta ümumtəhsil məktəbində oxuyur. Hal hazırda məktəbin 3-cü sinfində təhsil alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 11N-li arayışın surətindən görünür ki, 2012-cı il təvəllüdlü X10 həqiqətən, xx.xx.2023-cü il tarixdən Beyləqan rayonu, Dünyamalılar kəndi Ə.Şirinov adına 1 N - li tam orta ümumtəhsil məktəbində oxuyur. Hal hazırda məktəbin 7-ci sinfində təhsil alır. Məhkəm qeyd edir ki, iddiaçı onun və övladları 23 iyul 2012-ci təvəllüdlü X5 və 15 sentyabr 2016-cı il təvəllüdlü X9 ünvan 1 ünvanda yerləşən evə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianın təmin olunmasına etiraz etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi əmlakın tikinti sahibi X11 olmaqla həmin daşınmaz əmlak özbaşına tikilidir. Məhkəmə araşdırması zamanı təsdiq olunduğu kimi qanunvericiliklə bunun üçün müəyyən olunmuş razılaşdırmalar və icazələr alınmadan inşa edildiyindən, eləcə də daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyatdan keçmədiyindən iddiaçının yaşayış sahəsinə istifadə hüququnun tanınmasını tələb etyi ev hal-hazırda özbaşına tikili hesab olunur. Mübahisəli ev özbaşına tikili olduğundan həmin evə dair iddiaçının qanunla qorunan yaşayış sahəsindən istifadə hüququ yaranmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan ev özbaşına tikinti olduğundan və həmin tikiliyə iddiaçının hüquqları yaranmadığından, iddiaçı qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsilə mübahisəli evə ümumiyyətlə hər hansı istifadə hüququnun tanınmasını sübut edə bilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı onun və övladları 23 iyul 2012-ci təvəllüdlü X5 və 15 sentyabr 2016-cı il təvəllüdlü X9 ünvan 1 ünvanda yerləşən mənzildə istifadə hüququnun tanınması barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar