Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-17/2023 24.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 216.64 manat dəyərində vəsaitin alınıb Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-435/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qərarın icrası Xəzər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə Xəzər Rayon icra və Probasiya Şöbəsinin icra məmuru A.Yadigarova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla elektron nəzarət vasitəsi (00-59PC2) mobil qurğu, mobil qurğunun enerji adaptoru, mobil qurğunun enerji toplayıcı kabeli, sadə elektron qolbaq poverbank və 03 ədəd ev siqnal ötürücüsü məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh təhvil alınmış elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin baxış nətiçəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş ev siqnal ötürücüləri əridilmişdir İD (3154) İD (1957). Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 24 yanvar 2023-cü il tarixdə İddiaçı rəisi vəzifəsini icra edən baş ədliyyə müşaviri Namiq İsmayılovun ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədə məhkəmə iclasının icra məmurunun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)- 435/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə məhkum Cavabdehbarəsində təyin olunmuş cərimə cəzasın digər cəza növü ilə əvəz edilməsi barədə Bakı şəhəri Xəzər rayon icra və Probasiya Şöbəsinin icra məmuru Aynur Yadigarovanın təqdimatı təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-411/2019 saylı 06 noyabr 2019-cu il tarixli hökmü ilə Cavabdeh təyin olunmuş 1000 (bir min) manat cərimə cəzası 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Cavabdeh yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış sahəsində fərdi evi axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, Cavabdeh üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuşdur. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2020-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh elektron nəzarət vasitəsi (00-59PC2) - mobil qurğu, mobil qurğunun enerji adaptoru, mobil qurğunun enerji toplayıcı kabeli, sadə elektron qolbaq, poverbank və 03 ədəd ev siqnal ötürücüsü təhkim olunmuş, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən, xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsi tərəfindən Cavabdeh nəzarətində olan İD (3154) İD (1957) nömrəli, ev siqnal ötürücülərinə baxış keçirilmiş və texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş ev siqnal ötürücüləri əridildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarına əsasən Cavabdeh elektron nəzarət vasitəsi (00-59PC2) mobil qurğu, mobil qurğunun enerji adaptoru, mobil qurğunun enerji toplayıcı kabeli, sadə elektron qolbaq, poverbank və 03 ədəd ev siqnal ötürücüsü təhkim edilmiş, lakin nəzarət subyektinə təhkim olunmuş 02 ədəd ev siqnal ötürücülərinin əridilərək yararsız hala düşməsi nəticəsində iddiaçıya 216.64 manat ziyan dəyməsi iş üzrə təqdim edilmiş sübutlarla müəyyən olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 216.64 manat məbləğində maddi ziyan alınaraq dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh iki ədəd siqnal ötürücüsünün dəyəri 216.64 manat məbləğində maddi ziyan alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-17/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-17/2023
24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver