Məhkəmə qərarları › İş №2(094)-181/2025

Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №2(094)-181/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(094)-181/2025 22.04.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 1995 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materialını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. İddiaçı tərəfindən verilmiş ərizəyə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçının təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar