Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-19/2024 27.02.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35252,0 manat borc məbləğinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 196,0 manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. Onunla Cavabdeh arasında Bakı şəhəri 8 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə “kredit müqaviləsi” bağlandı. Həmin müqaviləyə əsasən o, Cavabdeh 12402,0 manat borca pul vermişdir. Müqavilənin şərtinə əsasən Cavabdeh ondan aldığı 12402,0 manat pulu, ayda 954 manat olmaqla xx.xx.2021-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürdü. Daha sonra Cavabdeh müxtəlif vaxtlarda atasının müalicəsi, uşağının müalicəsi, atasının dəfni, anasının dəfni üçün ondan 5000,0 manat, 6500,0 manat, 700,0 manat, 350,0 manat, 2200,0 manat, 1000,0 manat, 500,0 manat, 1200,0 manat, 500,0 manat, 350,0 manat, 1000,0 manat, 700,0 manat, 250,0 manat, 400,0 manat, 1200,0 manat, 1000,0 manat olmaqla hissə-hissə 22850,0 manat da borc almışdır. Lakin sözügedən borc məbləğlərini Cavabdeh etibar edib güvəndiyi üçün yazılı surətdə borc müqaviləsi bağlamadan vermişdir. Həmin borc məbləğlərinin bir qismini Cavabdeh bank kartına köçürülmə yolu ilə, digər qismini isə nəğd şəkildə vermişdir. Borc məbləğlərinin bank kartı hesabına köçürülməsi barədə qəbzlər var. Həmçinin Cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda verdiyi izahatında və aralarında aparılan “whatsapp” yazışmalarında, göndərilən səs yazılarında ondan aldığı borc məbləğlərini və ona borclu olmasını etiraf etmişdir. Cavabdeh bu günə kimi onun borcunu qaytarmaqdan yayınır. Ona pulunu qaytarması barədə dəfələrlə müraciət etsə də, müraciətinin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məcburiyyət qarşısanda qalaraq, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh aldığı 35252,0 manat pulu geri qaytarmaqdan yayındığına görə hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında Cavabdeh tutularaq, ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Əlavə etdi ki, işdə olan və cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzlərində göstərilən şəxslər, yəni Musayeva Turanə iddiaçının həyat yoldaşı, Musayev Tural isə qaynıdır. Cavabdeh tərəfə əslində çox pul verilib, sadəcə iddiada az göstərilib, bununla bağlı da ayrıca iddia verəcəklər. Düzdür, cavabdehlə iddiaçı arasında pul alıb-verməklə bağlı münasibətləri olub. Cavabdeh pulu alıb və qaytarıb, sonra yenidən alıb. Lakin onlar qaytarılan borc münasibətinə istinad etmirlər, qaytarmadığı pulları cavabdehdən tələb edirlər. Cavabdeh etirazının əsası kimi 2020, 2021 və 2022-ci illərə aid ödəniş qəbzləri təqdim edir, amma mübahisənin predmeti 2023-cü ilin mart ayından sonrakı borcdur. Belə ki, həm onların, həm də cavabdeh tərəfin təqdim etdiyi yazışmadan görünür ki, cavabdeh haqq-hesab apararaq 2023-cü ilin mart ayında 37850 manat borcu olduğunu bildirir. Həmin tarixdən bəri cavabdeh tərəfindən 1 manat da ödəniş edilməmişdir. Ödənişləri də nəzərə alsaq ümumilikdə iddiaçı cavabdehə nə qədər pul verib mücərrəddir, amma xeyr 50000-60000 deyil. Onlar 06 mart 2023-cü il tarixində mövcud olan 37850,0 manatı mübahisələndirirlər. Əlavə etdi ki, cavabdehin atasının 1400,0 manat pensiyası var idisə nəyə görə iddiaçıdan 200-300 manat olmaqla borclar alırdı?! Cavabdeh tərəfin atasının bank kartının iddiaçıda olmasına dair heç bir sübutu yoxdur. Maşın məsələsinin isə bu mübahisəyə aidiyyəti yoxdur. Cavabdehə maşın etibarnamə ilə istifadə üçün verilib, maşın satılmış olsaydı sərəncam hüququ da verilərdi. Opel Astra maşındır və sahibindədir hal-hazırda. Tərəflərin arasında maşın alqı-satqısına dair münasibətlər olmayıb. Bundan başqa, cavabdeh tərəf etiraz ərizəsində bildirir ki, iddiaçıdan 35000,0 manat pul vəsaiti alıb. Etirazda maşın məsələsinə toxunulmur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və iddianın təmin olunmamasını xahiş etdi. Əlavə etdi ki, işdə olan yazışmalardakı sonu 7920 olan nömrə onundur. İddiaçıdan ümumilikdə 37850,0 manat borcunu göstərən yazışma ona aiddir. Yazışmanın tarixini dəqiq xatırlamır. Lakin onun atasının pensiya kartı iddiaçıda olub. Həmin mesaj yazılan vaxtı, yəni 2023-cü ilin mart ayında atası həyatda deyildi. Həmin tarixdən sonra iddiaçıdan 15400 manata aldığı maşını iddiaçı gəlib evinin qabağından apardı. O da maşını qaytarmırsansa borc da bağlandı deyib. Çünki maşının pulu və atasının pensiya kartından çıxarılan pullar və digər ödəmələr də hesablananda onun borcu bağlanmışdır. Cavabdeh həmçinin, məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, iddia tamamilə əsasız və qanunsuzdur. Hətta, ədalətdən tamamilə uzaq iddiadır. Bu səbəbdən də, iddianı etiraf etmir. Belə ki, o, iddiaçıdan ümumilikdə 35000,0 manat pul vəsaiti almışdır. Bununla yanaşı, 2019-cü ilin dekabr ayının 10-dan 05 avqust 2022-ci il tarixə qədər iddiaçıya 46000,0 manat məbləğində pul vəsaiti qaytarmışdır. ( Atası vəfat edənə qədər). Atasının kartı İddiaçı olmuşdur. 20 iyul 2021-ci il tarixdə 3000,0 manat almışdır. Elə həmin vaxt atasının pensiya kartını iddiaçıya verməyə məcbur olmuşdur. Elə həmin ilin dekabr ayına qədər ümumilikdə, 7200 manat iddiaçıya qaytarılmışdır. İkinci dəfə xx.xx.2022-ci il tarixdə 3000,0 manat borc almışdır. Əlavə 1000,0 manat da borcu qalmış, kartı yenə iddiaçıya vermişdir. İddiaçı həmin ilin avqust ayının 05-dək hər ay 1200,0 manat atasının pensiya kartından pul çıxartmışdır. Çünki, əvvəldən qalan 1000,0 manat borc 6 aydan sonra verildiyinə görə hər ay üstünə 500,0 manat faiz borcu gəlirdi. 1000,0 manat müqabilində iddiaçı ondan 4800,0 manat istəyirdi. Atası ağır xəstə olduğu üçün ona pul lazım olanda iddiaçıdan faizlə pul alırdı. Atası ağır xəstəlikdən əziyyət çəkdiyi üçün pul vəsaiti lazım olurdu. Ona görə də iddiaçıdan faizlə borc almağa məcbur idi. İddiaçı 1200,0 manat götürəndə, qalan 250,0 manatı qaytarırdı. Əlavə arada bir 500, 1000 manat lazım olanda iddiaçıdan həmin pul vəsaitlərini alsa da, 500,0 manat əvəzinə 700,0 manat, 1000,0 manat əvəzinə, 1400,0 manat qaytarırdı. İddiaçı onu hədələyirdi. Ona görə də özünə qəsd etmişdir. Onu özünü öldürmək həddinə çatdırmışdır. Onu izləyirdi. Bundan başqa, ona aid olmayan 4 avtomaşını ona etibar etdirib. O avtomaşınların cərimələri də ona gəlib. Bütün pulları iddiaçıya faizlə qaytarmışdır. İddiaçı ona vatsappla yazıb ki, “kredit bitdi, xeyirli olsun”. Buna baxmayaraq, avtomaşını evinin qarşısından apardı. Onun sənədləri, əşyaları maşında qaldı. Atası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı həmin ilin avqustun 05-də axırıncı 1200,0 manatı çıxartmışdır. Beləliklə, 2022-ci ilin yanvarından avqusta qədər 4000,0 manat alıb 9600,0 manat qaytarmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, avtomaşınla bağlı “kredit” bitib. İddiaçı özü bunu təsdiq edib. Avtomaşın xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək onda olmuşdur. O, hərbi hospitalda müalicədə olduğu zaman, avtomaşının açarının biri iddiaçıda olduğu üçün iddiaçı gəlib evinin qabağından, ondan xəbərsiz aparmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etmədi və iddianın təmin olunmamasını xahiş etdi. Etirazını onunla əsaslandırdı ki, cavabdeh iddiaçıdan həqiqətən pul alıb, lakin həmin pulu artıqlaması ilə qaytarıb. Əgər cavabdeh aldığı pulları qaytarmırdısa, iddiaçı niyə bu qədər vaxtdan sonra iddia qaldırıb?! Cavabdehin atası 1400,0 manat pensiya alırdı. Həmin pensiya kartı iddiaçıda idi. İddiaçı hər ay pensiyadan 1200,0 manat götürür, 200,09 manatını cavabdehə qaytarırdı. İddiaçı 15 ay həmin pulu çıxarıb. 15400,0 manat maşının pulu, pensiya kartından çıxarılan pullar və ödənilən ödənişləri də hesablayanda görünür ki, cavabdeh iddiaçıya artıqlaması ilə pulu qaytarıb. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 12402,0 manat pul vəsaiti xx.xx.2021-ci il tarixədək verilmişdir. İşdə olan pretenziya məktubundan görünür ki, İddiaçı kredit müqaviləsi üzrə verdiyi 12402,0 manat və müqavilə bağlamadan verdiyi 22850,0 manat borcun qaytarılması barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Təranə Musayevaya xx.xx.2020-ci il tarixdə 200+200 olmaqla cəmi 400,0 manat, xx.xx.2020-ci il tarixdə 200+100 olmaqla cəmi 300,0 manat, xx.xx.2020-ci il tarixdə 155+200 olmaqla cəmi 355,0 manat, xx.xx.2020-ci il tarixdə 155,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2021-ci il tarixdə 178+200 olmaqla cəmi 378,0 manat, xx.xx.2020-ci il tarixdə 200+155 olmaqla cəmi 355,0 manat, xx.xx.2020-ci il tarixdə 200+200 olmaqla cəmi 400,0 manat, xx.xx.2020-ci il tarixdə 155+200 olmaqla cəmi 355,0 manat, xx.xx.2020-ci il tarixdə 155+200 olmaqla cəmi 355,0 manat, xx.xx.2020-ci il tarixdə 150,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2022-ci il tarixdə 750,0 manat olmaqla ümumilikdə 4553,0 manat; İddiaçı xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.08.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200+200 olmaqla cəmi 400,0 manat, xx.xx.2020-ci il tarixdə 200+200 olmaqla cəmi 400,0 manat, xx.xx.2021-ci il tarixdə 200+200 olmaqla cəmi 400,0 manat, xx.xx.2022-ci il tarixdə 300,0 manat, xx.xx.2022-ci il tarixdə 326,0 manat, xx.xx.2022-ci il tarixdə 870,0 manat, 23.08.202-ci il tarixdə 920,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200+200+199 olmaqla cəmi 599,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 199,0 manat olmaqla ümumilikdə 6614,0 manat, X2 xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2021-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2022-ci il tarixdə 1090,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat olmaqla ümumilikdə 3490,0 manat, hər üç şəxsə cəmi 14657,0 manat pul vəsaiti ödənilmişdir. İşdə olan tərəflərin istinad etdiyi 05 mart 2023-cü il tarixli Whatsapp yazışmasında qeyd edilmişdir ki, “salam abi sabahın xeyir olsun. Necəsən? Üzrlü say telefonu evdəkilərə vermişdim məndə deyildi. 2 dəqiqəyə yazıram sənə bütün haqq-hesabı. Abi 20000,0 var idi atam dünyasını dəyişəndə + 6500 sədərəkdə verdin mənə, oldu 26500. 700+350+2200+1000+500+1200+500+350+1000+700+250+400+1200+1000=11350. Bunları da ki mən rayonda olanda evdəkilər alıblar səndən. 37850 manat edir abi. 40000 azn qaytaracam inşallah abi.” Bundan başqa, iş materiallarına iddiaçı və cavabdeh arasında pul alıb-verməklərinə dair digər Whatsapp yazışmaları da əlavə edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Musayev X4 Accent markalı avtomobili idarə etməyi xx.xx.2024-cü il tarixədək Cavabdeh etibar etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X1 Astra markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2024-cü il tarixədək Cavabdeh etibar etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X1 Astra markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2024-cü il tarixədək Cavabdeh etibar etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X1 Astra markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2024-cü il tarixədək Cavabdeh etibar etmişdir. İşin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 12402,0 manat borc pul vermişdir. Bundan sonra isə tərəflər arasında olan şifahi razılaşmalar əsasında iddiaçı tərəfindən yenidən müxtəlif məbləğlərdə pul vəsaitləri cavabdehə verilmişdir. İşin mübahisəli halları tərəflər arasında şifahi razılaşma əsasında verilən pul vəsaitinin məbləği və həmin pulların iddiaçıya qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehə 35252,0 manat pul verdiyini bildirir. Cavabdeh isə iddiaçıdan ayrı-ayrı vaxtlarda (kredit müqaviləsi və şifahi razılaşmalar da daxil olmaqla) 35000,0 manat aldığını etiraf etməklə və həmin pulu ona artıqlaması ilə qaytardığını bildirir. Bundan başqa, cavabdeh tərəf iş materiallarında olan xx.xx.2023-cü il tarixli Whatsapp yazışmasında 37850,0 manat pulun iddiaçıdan alınması barədə mesajların ona aid olmasını təsdiq etməklə bu faktın mövcudluğuna etiraz bildirməmişdir. Məhkəmə hesab edir ki, tərəflərin izahatları və iş materialları ilə iddiaçı tərəfindən 37850,0 manat pul vəsaitinin cavabdehə verilməsi öz təsdiqini tapır. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi 35252,0 manat pulun qaytarılması ilə bağlı olduğundan, məhkəmə iddiadan kənara çıxmayaraq mülki işi həmin hissədə araşdırır. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə 35252,0 manat borc pulun verilməsi barədə iddiası cavabdeh tərəfindən etiraf edildiyindən işin mübahisəsiz halıdır. İşin mübahisəli halları isə cavabdehin iddiaçıya həmin pul vəsaitini artıq şəkildə qaytarmasıdır. Məhkəmə ilk növbədə, iddiaçı tərəfindən cavabdehə 35252,0 pulun verilməsi işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, iddiaçının 35252,0 manat məbləğində pul vəsaitini cavabdehə verməsi üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, cavabdeh 35252,0 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən, iddiaçı iddia tələbini, yəni cavabdehin ona 35252,0 manat borcu olmasını sübut etmək yükündən azad olmuş, həmin məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Odur ki, məhkəmə alınan pul vəsaitinin qaytarılması halının cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Cavabdeh tərəfin öz etirazının əsası kimi məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, Turanə Musayevaya cəmi 4553,0 manat, İddiaçı cəmi 6614,0 manat, X2 cəmi 3490,0 manat olmaqla, ümumilikdə 14657,0 manat pul vəsaitinin göndərildiyi öz əksini tapmışdır. İddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, Turanə Musayeva iddiaçının həyat yoldaşı, Tural Rəsullu isə qaynıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, həmin şəxslərə məxsus bank kartlarına göndərilən pulların məhz iddiaçıya göndərildiyinə dair cavabdehin dəlilini ağlabatan hesab edir. İddiaçının nümayəndəsi cavabdehin etirazının dəlillərinə münasibətdə cavabdeh tərəfindən 37850,0 manat pul aldığını etiraf edən Whatsapp yazısının xx.xx.2023-cü il tarixdə yazıldığını, təqdim edilən qəbzlərdəki ödənişlərin isə köhnə tarixli olmaqla başqa borcun ödənişi olduğunu bildirmiş, lakin hansı borcdan söhbət getdiyini izah edə bilməmiş, tərəflər arasında iddia üzrə mübahisələndirilən borcdan başqa hər hansı borc münasibətinin olması iş üzrə müəyyən edilməmişdir. Məhkəmə göstərilən halları nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən 14657,0 manat pul vəsaitinin iddiaçıya qaytarılması öz təsdiqini tapmışdır. Bundan başqa, cavabdeh tərəf iddiaçı ilə aralarında avtomobil alqı-satqısına dair münasibətlərin olduğunu, avtomobil satışına görə iddiaçıya 15400,0 manat ödədiyini, lakin iddiaçının avtomobili ondan qanunsuz olaraq geri götürdüyünü irəli sürsə də, bununla bağlı öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə, iş materialları əsasından iddiaçı tərəfində etibarnamə ilə cavabdehin istifadəsinə 4 fərqli avtomobilin verildiyi, həmin etibarnamənin yalnız idarəetmə üçün və qısa müddətlik olduğu müəyyən edilir. Belə olan halda, məhkəmə, avtomobillərin alqı-satqı məqsədilə cavabdehə verildiyini ağlabatan hesab etmir. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, iddia edilən pul vəsaitinin cavabdeh tərəfindən ona verilməsinin etiraf edilməsindən savayı həmin məbləğin tamamilə iddiaçıya qaytarmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi 35252,0 manat pul vəsaitini cavabdehə verdiyini sübuta yetirmiş, cavabdeh isə həmin pulu iddiaçıya qaytarmasını bildirsə də, öz etirazını 14657,0 manat hissədə sübuta yetirmiş, qalan hissədə sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan 35252,0 manat məbləğində pul vəsaiti almış və həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı pul vəsaitinin 14657,0 manatını qaytararaq qalan 20595,0 manat pulu ona qaytarmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 12402,0 manat pula dair kredit müqaviləsi bağlanmış, qalan 22850,0 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin özünün yazılı və şifahi izahatları həmin məbləğlərin sonuncuya verilməsini təsdiq edir. Cavabdeh iddiaçının tələbi ilə həmin pulun qaytarılmamış 20595,0 manat məbləğini ona qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Məhkəmə həmçinin iddianın 196,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı razılaşmadan irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borcun cavabdehdən alınması ilə yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh verilmiş borca görə 20595,0 manat və ödənilmiş dövlət rüsumuna görə 196,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh verilmiş borca görə 20595,0 manat və ödənilmiş dövlət rüsumuna görə 196,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-19/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-19/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver