Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-191/2024 04.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2310/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması və Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün onun xeyrinə uşağa görə ayda 235,0 manat cəmi 470,0 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə 26 iyun 2007-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014cü il təvəllüdlü X8 adlı iki övladları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamış lakin sonradan münasibtləri kəskinləşmiş, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2310/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh ilə aralarında olan Səadət Sarayında (Bakı nikah evi) tərəfindən bağlanmış xx.xx.2007-ci il tarixli 1825 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160,0 manat olmaqla, cəmi 320,0 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda uşaqlarının əlavə xərclərini ödəməyə imkanı çatmır. Belə ki, uşaqları əlavə məşğələrə gedir, uşaqların gündəlik tələbatları, yol pulu, yemək pulları, sağlamlığı, geyimləri, istirahətləri ilə əlaqədar digər xərclər vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin iddia ərizəsinə etiraz ərizəsində göstərilmişdir ki, o, Baş Dövlət Yol Polis İdarəsinin Avtonəqliyyat X3 operator vəzifəsində işləyir və əmək haqqı 324,0 manat təşkil edir. Əmək haqqından başqa gəlirləri yoxdur. O, aliment ödəməkdən imtina etmir, lakin 470,0 manat aliment ödəyə bilmir, buna əmək haqqı imkan vermir. İddiaçı 2022-ci il tarixdə ona qarşı nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin vaxtı alimentin hər uşağa görə 193,0 manat, cəmi 386,0 manat sabit pul məbləğində tutulmasını tələb etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2310/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə onun iddiası qismən təmin olunmuş və İddiaçına ilə Cavabdeh ilə aralarında olan Səadət Sarayı tərəfindən bağlanmış xx.xx.2007-ci il tarixli 1825 saylı akt qeydi ilə rəsmiləşmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 İddiaçı yanında saxlanılması, X5 xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160,0 manat olmaqla, cəmi 320,0 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Aliment ödəməkdən imtina etmir, lakin onun imkanı yol vermir ki, hər ay 470,0 manat pul ödəsin. 2023-cü il tarixdə məhkəmə onun maddi durumuna görə 160,0 manat aliment kəsmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən göndərilmiş arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası DİN-in Baş X13 İdarəsinin Avtonəqliyyat vasitələrinin axtarışı şöbəsinin operatoru vəzifəsində işləyir və aylıq əmək haqqı 324,73 manat təşkil edir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2310/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh ilə aralarında olan Səadət Sarayında tərəfindən bağlanmış xx.xx.2011-ci il tarixli 1825 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X8 İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160,0 manat olmaqla, cəmi 320,0 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödəniməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2095/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh apellyasiya şikayəti təmin edilməməsi, mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2310/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, cavabdeh tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2310/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 320,0 manat məbləğində pul hər ay İddiaçı hesabına ödənilmişdir. Məhkəmə elektron portalından çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsində operator vəzifəsində işləyir. Aylıq əmək haqqısı 378,0 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, İddiaçı ilə Cavabdeh faktiki nikahından iki uşaqları – xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 doğulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2310/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçıya ödəməli olduğu vəsait yetkinlik yaşına çatmayan uşağın, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün onun minimum xərclərini ödəmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2310/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən 2 uşağın saxlanması üçün ayda 235,0 manat olmaqla, cəmi 470,0 manat sabit pul məbləğində alimentin tutulması məhkəmədən xahiş olunmuş, lakin iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini əsaslandıran, yəni cavabdehin tələb edilən məbləğdə alimenti ödəmək imkanının olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqlarının mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2310/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 200,0 manat olmaqla, cəmi 400,0 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2310/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 200,0 (iki yüz) manat olmaqla, cəmi 400,0 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-191/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-191/2024
04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver