Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-193/2025 19.08.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) manat borcu və həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar ödədiyi 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun tutulub ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh o, çoxdan tanıyır və münasibəti həmişə yaxşı olmuşdur. Cavabdeh xahişi ilə 2024-cü ilin yanvar ayında özünə məxsus qızıl əşyalarını lombarda qoyaraq 10000 manat götürmüşdür və həmin məbləği cavabdehə borca vermişdir. Bu barədə cavabdeh yazılı formada qəbz vermişdir. Aralarında olan razılaşmaya görə cavabdeh hər ay 763 manat lombarda ödəməli idi və bununla 20 ay ərzində borcunu odəyib qurtarmalı idi. Lakin cavabdeh borcdan heçnə ödəməmişdirdi. Lombarda pulları o, ödəyir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmir. Borcun qaytarılması ilə əlaqədar o, ona xəbərdarlıq da etmişdir. Amma müxtəlif vədlərlə pulun qaytarılmasını süründürür. Hazırda ona məlum oldu ki, Cavabdeh başqa adamlara da borcu var. Bunu o, pulu verəndən sonra bilmişdir. Bu səbəbdən məhkəməyə müraciət edib borcu vaxtından əvvəl qaytarılmasını tələb etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək bildirdi ki, onun iddiaçıya 4500 manat borcu var. Belə ki, o, iddiaçıdan 4500 manat faizlə borc almış, həmin məbləğin faizlərini ödəmiş, əsas məbləğ olan 4500 manat borcu qaytarmamışdır. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünü ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 120 N-li, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh bina 3, mənzil 19 ünvanında yerləşən Pirallahı rayonu X1 – 300 məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən İddiaçı 4500 manat pulu Cavabdeh borc vermişdir. Cavabdeh vaxtıvaxtında borcunu ödəyəcəyinə söz versə də, verdiyi sözə əməl etməmiş, borcunu ödəməmişdir. Məhkəmə iclasında İddiaçı cavabdehin ona 10 000 manat borcunun olduğunu iddia etsə də, Cavabdeh iddiaçıya 4500 manat borcu olduğunu etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiası qismən, yəni 4500 manat pul olmaqla təmin edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4500 manat pul alınaraq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 120 manat məbləğində dövlət rüsumundan 65 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya ödənilməli, 55 manat məbləğində dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumundan 65 (altmış beş) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı ödənilsin, 55 (əlli beş) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-193/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-193/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver