Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-20/2023 28.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi və nöqsanların aradan qaldırılması” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi və nöqsanların aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 2, mənzil 22 onun mülkiyyətindədir. Yuxarı mərtəbədə olan 24 saylı mənzil Cavabdeh məxsusdur. Həmin mənzildə yaşayan sakinlər tərəfindən mütəmadi olaraq mənzilinə su axıdılır. Bunun nəticəsində mənzilinə zərər vurulmuşdur. Bununla əlaqədar o, 153 saylı Mənzil-Kommunal İstismar sahəsinə müraciət etmişdir. MKİS tərəfindən akt tərtib edilmiş və qeyd edilmişdir ki, su sızması nəticəsində ona məxsus mənzilin divarlarına, elektrik xətlərinə və tavan hissəsinə ciddi ziyan dəymişdir. Cavabdeh ziyanı könüllü ödəmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, suyun axıdılmasının nəticəsində ona dəymiş 3000,0 manat məbləğində ziyanın əvəzinin ödənilməsi, həmçinin ödədiyi 50,0 manat dövlət rüsumunun cavabdehlərdən tutulub ona qaytarılması, suyun axıdılmasına səbəb olmuş nasazlığın öz vəsaiti hesabına aradan qaldırılmasının cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının iddiasında göstərdiyi su sızması həqiqətən də ona məxsus mənzildən olmuşdur. Lakin Evdə ataplena olub, o, ataplenanı çıxarmış, kranları isə üstündə olub. Kranın birinin xarab olduğundan məlumatı olmayıb. İdarədən su gələcəyi barədə bildiriş verilməyib, ona görə su axıb alt qonşuya, yəni iddiaçının evinə. Ona görə özünü günahkar hesab etmir. Evdə yaşayış olmayıb, idarə bildiriş versəydi gedib baxıb yoxlayardı. Buna görə də hesab edir ki, iddia əsassızdır və rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 2, mənzil 22 İddiaçının mülkiyyətindədir. İşdə olan Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, ünvana baxış keçirilərkən İddiaçı yaşadığı mənzilə yuxarı mərtəbədən su sızması nəticəsində mənzilin divarlarına, elektrik xətlərinə və tavan hissəsinə ciddi ziyan dəymişdir. İşdə olan Elektron Məhkəmə portalından çıxarışdan görünür ki, Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 2, mənzil 24 Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 10/739 saylı, xx.xx.2023-cü il tarixli rəyindən də görünür ki, iş üzrə cavabdeh tərəf baxışda iştirak etmədiyindən və cavabdehə məxsus mənzilə baxış keçirilməsi mümkün olmadığından su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin mülki iş materiallarında olan (səh.6) 153 saylı MKİS-in rəisi Oktay Həmzəyev, mühəndis Elşən Fərruxov və Pirallahı Rayon Polis şöbəsinin mayoru Sənan Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən ünvan 1 ünvanda yerləşən 24 saylı mənzildən su sızdığı müəyyən olunur. Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 2, mənzil 22-ə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq 3004,0 manat məbləğində müəyyən edilir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində iddiaçının yaşadığı ünvan 1 ünvanda yerləşən 24 saylı mənzildən su sızdığı, həmçinin Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 2, mənzil 22-ə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq 3004,0 manat məbləğində müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, ekspertizanın rəyini digər sübutlarla yanaşı qiymətləndirərək və hazırkı halda iddia predmetinin araşdırılması xüsusi bilik tələb etdiyindən, ekspert rəyini sübut kimi qəbul edərək onunla razılaşır. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı mənzilə yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus mənzildən su sızması müəyyən edildiyindən, suyun axıdılmasının nəticəsində ona dəymiş 3000,0 manat məbləğində ziyanın əvəzini cavabdehdən tutularaq ona ödənilməli, həmçinin suyun axıdılmasına səbəb olmuş nasazlığın öz vəsaiti hesabına aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 50,0 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh suyun axıdılması nəticəsində dəymiş ziyana görə 3000,0 manat və ödənilmiş dövlət rüsumuna görə 50,0 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 22 saylı mənzilə suyun axıdılmasına səbəb olmuş nasazlığın öz vəsaiti hesabına aradan qaldırılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-20/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-20/2023
28.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver