Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-21/2025 25.02.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 4605 (dörd min altı yüz beş) manat məbləğində ziyanın əvəzini, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar vəkilə ödədiyi 200 manat və 66 manat dövlət rüsumunun cavabdehdən tutulub ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 iyul 2024-cü il tarixdə saat 08:58-də OPEL markalı LL338HH dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş və idarə etdiyi Kia Forte minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Göstərilən hərəkləri ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətmişdir. Bakı şəhəri Pirallahı rayon DYPŞ-si tərəfindən xx.xx.2024-cü il tarixdə TP6597901 saylı İnzibatı tənbəh vermə haqqında Qərarı ilə Cavabdeh barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbəh növü tətbiq edildi. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə 4605 (dörd min altı yüz beş) manat dəyərində ziyan dəymişdir. Cavabdeh dəymiş ziyanı könüllü ödəmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndəiddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Keçirilmiş məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan məlumatdan görünür ki, Gürcüstan vətəndaşı, xx.xx.1976-ci il təvəllüdlü Zabıl lskandarov sonuncu dəfə ünvan 1 ünvanına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İXP6383742 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş TP6597901 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyindən görünür ki, avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri ümumilikdə (ehtiyat hissələrinin cəmi 3735,00 manat+işçilik cəmi 870,00 olmaqla) 4605,00 hesablanmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8887 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan müstəqil sığorta eksperti X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Kia Forte” markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3195,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 2325,0 manat, Təmir-bərpa işlərinin qiyməti - 870,0 manat. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Qeyd: 2017-ci il buraxılışlı, “Kia Forte” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığına görə onların qiymətlərinə köhnəlmə faizi tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhəkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 05 iyul 2024-cü il tarixdə saat 08:58-də OPEL markalı LL338HH dövlət qeydiyyat nişanlı avtomobil ilə Kia Forte minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Nəticədə İddiaçı idarə etdiyi Kia Forte minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hazırda iddiaçı onun idarə etdiyi Kia Forte minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 4605 manat ödənilməli olduğunu iddia edir. İddiaçı ona 4605 manat ödənilməli oğluğunu iddia etsə də, keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası ilə müəyyən edilmişdir ki, 2017-ci il buraxılışlı “Kia Forte” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3195,0 manat (2335,0+870,0) təşkil edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 3195,0 manat məbləğində pul (yol qəza hadisəsi nəticəsində dəymiş maddi zərər) tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilən 200 manatın cavabdehdən tutularaq ona verilməsi hissəsində hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, hüquqi yardıma görə iddiaçı tərəfindən 200 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin ödənilmiş 66 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, 66 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3195,0 manat məbləğində pul (yol qəza hadisəsi nəticəsində dəymiş maddi zərər), hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 200 manat və ödənilmiş 66 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50,0 manat məbləğində təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3195,0 manat məbləğində (yol qəza hadisəsi nəticəsində dəymiş maddi zərər) pul, hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 200 manat və ödənilmiş 66 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50,0 manat Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-21/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-21/2025
25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver