Məhkəmə qərarları › İş №2(094)-264/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-264/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-264/2025 18.12.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə İddiaçı, X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 (iki min dörd yüz) manat pulun ödənilməsi, məhkəməyə gəlib-getdiyinə görə ödədiyi yol pulu 50 (əlli) manat pulun ödənilməsi, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər geciukdirilmiş gün çün faizlərin ödənilməsi və ödədiyi dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 2021-ci ildən tanıyır. Cavabdeh nəvəsinin təhsilinə pul lazım olduğunu ona bildirmişdir. O da 06 mart 2022-ci il tarixdə qəbzə imza etdirməklə 500 manat, 18 aprel 2022-ci il tarixdə qəbzə imza etdirməklə 400 manat məbləğində pulu Cavabdeh vermişdir. Cavabdeh pulu alarkən borcunu qısa bir zamanda qaytaracağına söz vermişdir. Lakin sonradan ondan pulu istədikdə müxtəlif bəhanələr edərək pulu verməkdən boyun qaçırmışdır. İddiaçı da məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə iddiaçıdan 500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə isə 400 manat olmaqla, ümumilikdə 2400 manat borc pul almışdır. Həmin pulu başqa bir nəfər şəxs üçün almışdır. xx.xx.2024-cü il tarixədək 3 dəfə olmaqla iddiaçının qızına pul vermişdir. Daha sonra bankdan kredit götürdüyünə görə həm iddiaçının pulunu, həm də bankın kreditini ödəməkdə çətinlik çəkmişdir. O, götürdüyü pulun faizini iddiaçıya qaytarmış, əsas məbləği isə qaytarmamışdır və iddiaçıya bildirmişdir ki, krediti ödədikdən sonra onun pulunu qaytaracaqdır. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 400 manat borc pul almışdır. İş materiallarına əlavə edilmiş 01 ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı borcu olduğunu etiraf edir və həmin pulu qaytaracağına etiraz etmir. Lakin özünün banka 10000 manat kredit borcu olduğunu, evini satıb borclarını qaytardığını, kredit bocunu bağladıqdan sonra iddiaçının pulunu qaytaracığını bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən İddiaçı 2400 manat pulu Cavabdeh borc vermişdir. Cavabdeh borcu vaxtında qaytaracağına söz versə də, verdiyi sözə əməl etməmiş, borcunu ödəməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə gəlib-getdiyinə görə ödəyəcəyi 50 manat məbləğində yol pulu və ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərin ödənilməsini iddia etsə də, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiası qismən, yəni 2400 manat pul olmaqla təmin edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2400 manat pul alınaraq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 44 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar