Məhkəmə qərarları › İş №2(094)-284/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-284/2025

23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-284/2025 23.09.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Pirallah Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarı artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlamlması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbbğində aliment tutulması qət edilmişdir. Hazırki vəziyətdə uşağı təkbaşına saxlamaq, onun bütün ehtiyaclarını ödəmək onun üçün çox çətindir. Aldığı aliment isə onun ehtiyaclarını ödəmir. Bütün bunlar isə cavabdehi maraqlandırmır. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etdiyini bildirmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan MŞB/8/2025-01450 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İMS iştirak etməmişdir. İş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin 2(094)-117/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Pirallahı Rayon Məhkəməsinin 2(094)- 586/2015 saylı, 11 noyabr 2015-ci il tarixli məhkəmə qətnaməsi ilə Cavabdeh tutulan aliment məbləği artırılması, 06 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh əmək haqqı 1631,28 manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Pirallahı Rayon Məhkəməsinin 2(094)- 586/2015 saylı, 11 noyabr 2015-ci il tarixli məhkəmə qətnaməsi ilə Cavabdeh tutulan aliment məbləği artırılmış, 06 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 160 (yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etmişdir, cavabdeh isə iddianı etiraf etmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə məhkəmə hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsində aliment İddiaçı xeyrinə tutulmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Məhkəmə hesab edir ki, ödənilməli aliment xx.xx.2025-ci il tarixdən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddian təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(094)-117/2019 saylı qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar