Məhkəmə qərarları › İş №2(094)-314/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-314/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-314/2025 18.11.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 03 noyabr 2023-cü il tarixli, Fİ-007 saylı fərdi kredit müqaviləsi üzrə 18 avqust 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 3755,76 manat, faiz borcu üzrə 1066,59 manat, cərimə borcu üzrə 470,30 manat olmaqla, cəmi 5292,65 manat məbləğin tam kredit borcu və ödənilmiş 72,93 manat dövlət rüsumu tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı" Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Fİ-007 saylı fərdi kredit müqaviləsinə əsasən, təşkilat tərəfindən cavabdehə 60 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 4200,0 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Fİ-007 saylı fərdi kredit müqaviləsi üzrə ümumilikdə 1155,0 manat məbləğində ödənişlər olmuşdur. Cavabdeh tərəfimizdən dəfələrlə şifahi və rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq sonuncu kredit müqaviləsi üzrə öhdəliklərini icra etməkdən müxtəlif bəhanələr qətirərək aylıq ödənişləri etməkdən boyun qaçırır, nəticədə Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Fİ-007 saylı fərdi kredit müqaviləsi üzrə ödənişlərdə gecikmələr əmələ gəlmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, Fİ-007 saylı fərdi kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 3755,76 manat, faiz borcu üzrə 1066,59 manat, cərimə borcu üzrə 470,30 manat olmaqla, cəmi 5292,65 manat məbləğində kredit borcu mövcuddur. Bundan başqa diqqətinizə çatdırıq ki, "İddiaçı" Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Fİ-007 saylı fərdi kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən Borcalan əsas borc və ya faizlərin ödənilməsini ardıcıl 2 dəfə gecikdirdikdə, Kreditor bütün borcu vaxtı keçmiş borc hesablarına ata, müqaviləyə xitam verə və bütün borcun vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən əgər Kreditor krediti vaxtından əvvəl qaytarmağı Borcalandan tələb edərsə, Borcalan 10 (on) gün ərzində borcu qeydşərtsiz, heç bir iddia irəli sürmədən qaytarmağı öz öhdəsinə götürür. Hal hazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, Fİ-007 saylı fərdi kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 3755,76 manat, faiz borcu üzrə 1066,59 manat, cərimə borcu üzrə 470,30 manat olmaqla, cəmi 5292,65 manat məbləğində kredit borcu mövcuddur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Fİ-007 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə ilik 27% ödəmək şərtilə 4200,0 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qrafikindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə cəmi 4200,0 manat əsas borc, 3494,78 manat faiz borcu ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, kredit razılaşması üzrə 3755,76 manat əsas kredit borcu, 1066,59 manat faiz borcu, 470,30 manat cərimə borcu olmaqla, cəmi 5292,65 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 5 iş günü müddətində borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC hazırkı iddia üzrə 72,93 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli Fİ-007 saylı kredit müqaviləsi bağlanmış, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC 4200,0 manat krediti illik 27 % olmaqla 60 ay müddətinə cavabdehin mülkiyyətinə vermişdir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin banka borcu yaranmışdır. İş üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 470,30 manat məbləğində deyil, 50,0 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 72,93 manat məbləğində dövlət rüsumu cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı təşkilat tərəfindən iddia verilən zaman ödənilmiş 72,93 manat dövlət rüsumunun 4,21 manat hissəsi iddiaçıya aid edilməli, 68,72 manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə Cavabdehdan 3755,76 manat əsas borc, 1066,59 manat məbləğində faiz borcu, 50,0 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 68,72 manat olmaqla, cəmi 4941,07 (dörd min doqquz yüz qırx bir manat yeddi qəpik) manat məbləğində pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 4,21 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar