Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(094)-422/2024 12.12.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı X2 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli 12 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə yaranmış 450 manat əsas borc və 225 manat cərimə borcu olmaqla cəmi 675 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10 dekabr 2024-cü il tarixdə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Goranboy rayonu Qaradağlı ə/d Qaradağlı kəndində qeydiyyatdadır. Ona görə də mülki işin ərazi aidiyyatı üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə Cavabdeh qeydiyyatda olduğu yer üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Eyyublu X3 rayonu Qaradağlı ə/d Qaradağlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 32.3cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə qeyd edir ki, cavabdeh Eyyublu X3 rayonu Qaradağlı ə/d Qaradağlı kəndində qeydiyyatda olduğundan, hazırki mülki işə Pirallahı Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, mülki iş Cavabdeh qeydiyyatda olduğu yer üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün ərzində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-422/2024
Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №2(094)-422/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver