Məhkəmə qərarları › İş №2(094)-5/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-5/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-5/2023 06.06.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ziyanın ödənilməsi və nöqsanların aradan qaldırılması” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ziyanın ödənilməsi və nöqsanların aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 onun mülkiyyətindədir. Yuxarı mərtəbədə olan 8 saylı mənzil Cavabdeh1 məxsusdur. Mənzil cavabdehin həyat yoldaşı Cavabdeh2 ilə nikah dövründə alınıb, onların ümumi mülkiyyətidir. Hazırda mənzildə Cavabdeh2 ilə yaşayır. 8 saylı mənzilin sanitar qovşağında boruların nasazlığından su sızması nəticəsində mənzilində etdiyi təmir, yəni dəhliz, hamam və mətbəxinin tavan və divarları yararsız hala düşüb. Həmçinin, mətbəx mebeli də yararsız vəziyyətə düşüb. Bununla əlaqədar Mənzil-Kommunal İstismar sahəsinə müraciət etmişdir. Həmin təşkilat akt tərtib etmişdir. Cavabdehlər suyun axıdılmasının qarşısını almadığına və ona dəymiş ziyanı könüllü ödəmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, suyun axıdılmasının nəticəsində ona dəymiş 3000,0 manat məbləğində ziyanın əvəzinin ödənilməsi, həmçinin ödədiyi 50,0 manat dövlət rüsumunun cavabdehlərdən tutulub ona qaytarılması, mənzilin sanitar qovşağındakı borularda yaranmış nasazlığın öz vəsaiti hesabına aradan qaldırılmasının cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, cavabdehlər məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən MA ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı mülkiyyətindədir. İşdə olan Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, ünvana baxş keçirilərkən ünvan 1 ünvanında yaşayan Cavabdeh2 qeyri-səmimilik yaradaraq mənzilin baxışına maneə yaratmışdır. İşdə olan Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 153 saylı Mənzil- Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 10/491 saylı, xx.xx.2023-cü il tarixli rəyindən də görünür ki, ünvan 2-ə, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Q.Abbasov (Xanlar) küçəsi, ev 4 ünvanında yerləşən 8 saylı mənzildən suyun sızmadığı müəyyən edilir. Qeyd olunur ki, ünvan 2-ə pilləkən qəfəsində quraşdırılmış su xəttin 4 saylı mənzilə daxil olan hissəsində, borunun birləşmə nöqtəsindən suyun axdığı müəyyən edilir. ünvan 2-ə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 96,0 manat məbləğində müəyyən edilir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində iddiaçının yaşadığı ünvan 2-ə, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Q.Abbasov (Xanlar) küçəsi, ev 4 ünvanında yerləşən 8 saylı mənzildən suyun sızmadığı aşkar edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, ekspertizanın rəyini digər sübutlarla yanaşı qiymətləndirərək və hazırkı halda iddia predmetinin araşdırılması xüsusi bilik tələb etdiyindən, ekspert rəyini sübut kimi qəbul edərək onunla razılaşır. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı mənzilə yuxarı mərtəbədə yerləşən cavabdehlərə məxsus mənzildən su sızması müəyyən edilmədiyindən, iddianın təmin edilməsi üçün əsas yoxdur. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edilmədiyindən, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 100,0 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ziyanın ödənilməsi və nöqsanların aradan qaldırılması” barədə iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100,0 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar