Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-5/2024 30.01.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi və nöqsanların aradan qaldırılması” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi və nöqsanların aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 onun mülkiyyətindədir. Yuxarı mərtəbədə olan 15 saylı mənzil Cavabdeh məxsusdur. Həmin mənzildə yaşayan sakinlər tərəfindən mənzilin su axıdılır. Bununla əlaqədar 159 saylı Mənzil-Kommunal İstismar sahəsinə müraciət etmişdir. Həmin təşkilat akt tərtib etmişdir. Aktda qeyd olunmuşdur ki, Cavabdeh mənzilinin sanitar qovşağında nasazlıq səbəbindən mənzilinə çoxlu sayda su axıntıları aşkar olunub. Su sızması nəticəsində ona məxsus mənzilin hamam və dəhlizinin tavan hissəsinə ciddi ziyan dəymişdir. Cavabdeh dəymiş ziyanı könüllü ödəmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, suyun axıdılmasının nəticəsində ona dəymiş 1000,0 manat məbləğində ziyanın əvəzinin ödənilməsi, həmçinin ödədiyi 30,0 manat dövlət rüsumunun cavabdehdən tutulub ona qaytarılması, suyun axıdılmasına səbəb olmuş nasazlığın öz vəsaiti hesabına aradan qaldırılmasının cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının evinə su onların mənzilindən sızmır. Buna görə də hesab edir ki, iddia əsassızdır və rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, İddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. İşdə olan Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, ünvan 1 ünvanına baxış keçirilərkən mənzilin sanitar qovşağının tavanında çoxlu sayda su axıntıları aşkar olunmuşdur. Su axıntıları 15 saylı mənzilin sahibi Cavabdeh mənzilinin sanitar qovşağında nasazlıq səbəbindən baş vermişdir. Axıntı zamanı İddiaçı maddi ziyan dəymişdir. İşdə olan Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 159 saylı Mənzil- Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında çıxarışa əsasən qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 10/492 saylı, xx.xx.2023-cü il tarixli rəyindən də görünür ki, ünvan 3 ünvanında yerləşən 15 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xətləri) gizli (malaaltı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyə vaxt keçəndən sonra iddiaçının mənzilinə baxış keçirilərkən mənzilin konstruktiv elementlərio üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 13 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin 13 sayl mənzilin tavanındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan Pirallahı rayon 159 saylı MKİS-in işçiləri tərəfindən 13 saylı mənzilə baxış keçirmiş və aktın məlumatlarını nəzərə alaraq 13 saylı mənzilin üst mərtəbəsində yerləşən 15 saylı mənzildən suyun sızması müəyyən olunur. ünvan 3 ünvanında yerləşən 13 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 56,0 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 06 qərardadı əsasında təyin edilmiş əlavə məhkəmə-tikinti-texniki ekspertizasının 3-16-16/2-10/5124 saylı, xx.xx.2023-cü il tarixli rəyindən də görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 13 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin ekspertiza baxışı zamanı aparılmış eksperimentlərin nəticəsini nəzərə alaraq, ünvan 1-ə həmin mənzilin yerləşdiyi binanın 4-cü mərtəbəsində yerləşən 18 saylı mənzilin kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən su axıdıldığı və nəticədə 13 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. ünvan 1-ə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin orta bazar qiymətlərinə uyğun olaraq dəyəri 636,0 manat məbləğində müəyyən edilir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində iddiaçının yaşadığı ünvan 1-ə, Bakı şəhəri, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 2 ünvanında yerləşən 15 saylı mənzildən suyun sızmadığı aşkar edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, ekspertizanın rəyini digər sübutlarla yanaşı qiymətləndirərək və hazırkı halda iddia predmetinin araşdırılması xüsusi bilik tələb etdiyindən, ekspert rəyini sübut kimi qəbul edərək onunla razılaşır. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı mənzilə yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus 15 saylı mənzildən su sızması müəyyən edilmədiyindən, iddianın təmin edilməsi üçün əsas yoxdur. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edilmədiyindən, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ekspert rəylərindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri hər biri 100,0 manat olmaqla, cəmi 200,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 200,0 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi və nöqsanların aradan qaldırılması” barədə iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200,0 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-5/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-5/2024
30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver