Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-53/2023 11.05.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X15 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30700,0 manat məbləğində pulun və iddia qaldırılması üçün ödədiyi 182,1 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 anası olmuşdur. Anası xx.xx.2021-ci il tarixdə vəfat edib. Anasının qanuni vərəsəsi odur. Bu barədə adına Bakı şəhəri 7 saylı xüsusi notariat ofisində vərəsəlik işi açılmışdır. Cavabdeh onun mərhum anası X2 2015-ci il tarixdə 2019-cu il tarixə kimi ayrı-ayrı vaxtlarda ümumilikdə 33800,0 manat borca pul almışdır. Mərhum anası Pirallahı polis şöbəsinə şikayət etmişdir. Bundan sonra cavabdeh 2020-ci ilin sentyabr ayında 1500,0 manat pul qaytarmışdır. Daha sonra hər ay 300,0 manat olmaqla, cəmi 600,0 manat pul qaytarmışdır. Bundan sonra, o, 2021-ci ildə yenidən polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdikdə cavabdeh ümumiyyətlə borcunun olmadığını və cəmi 4200 manat olduğunu, həmin borcu da qaytarmaq istəsə də, onun razılaşmadığını bildirmişdir. Lakin bütün bunlar yalandır. Cavabdeh bu yolla borcunu ödəməkdən yayınmaq istəyir, bunu polis şöbəsində verdiyi izahatları ilə də müəyyən etmək olur. Cavabdehin ümumilikdə 30700,0 manat borcu vardır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddiaçının izahatındakı xüsusatları qeyd etdi, iddianın təmin olunmasını xahiş etdi. O, həmçinin, məhkəməyə ünvanladığı yazılı izahatda bildirmişdir ki, iddiaçı, cavabdeh X7 qarşı iddia qaldıraraq xx.xx.2021-ci ildə vəfat etmiş hüquq varisi olduğu mərhum anası X5 tərəfindən cavabdehə verilmiş 30700,0 manat məbləğində olan pulun və 182,10 manat məbləğindəki dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş materiallarında olan Pirallahı Polis İdarəsindən xx.xx.2023 tarixli məktub ilə Məhkəməyə göndərilən 49 vərəqdən ibarət 48 A saylı cinayət işinin rəddi materiallarından məlum olur ki, cavabdehin şəxsən özü və nümayəndəsi kimi göndərdiyi oğlu mərhum Fuad, cavabdehin adından və cavabdehin icazəsi ilə iddiaçının mərhum anası Kadimovadan 2015-ci ildən 2019-cu ilə qədər müxtəlif tarixlərdə cəmi 33800,0 manat pul almışdır. Həmin puldan 3100,0 manatı cavabdeh qaytarmışdır. Belə ki, o, 2020-ci ilin sentyabrında 1500 manat, oktyabrında 300 manat, noyabrında 300,0 manat, 2021-ci ilin yanvar ayında isə 1000,0 manat pul olmaqla, cəmi 3100,0 manat qaytarmışdır. Lakin hələ də onun mərhum Kadimovanın hüquq varis olan iddiaçıya 30700,0 manat borcu qalıb. Cavabdeh iddia edir ki, onun iddiaçıya qalan borcu 4200,0 manatdır. Belə ki, qalan 26 300 manat pulu o deyil, oğlu Fuad mərhum Kadimovadan alıb və onun məsuliyyəti yoxdur. Lakin iş materiallarında olan cavabdehin Pirallahı Polis İdarəsində verdiyi xx.xx.2020-ci il tarixli izahatında bildirir ki, “həmin borcun bəzi məbləğlərinin borc kimi alınmasına mən cavabdeh olaraq icazə verdim. Mənim həmin qadına olan öz borcumu, yəni 7500 manat və oğlumun borc aldığı pulun mənim cavabdeh olduğum məbləği geri qaytarmağa hazıram”. Yenə xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclasında cavabdehə verilən “siz icazə verməsəydiniz mərhum Kadimova, mərhum oğlunuza inkar etdiyiniz məbləğdə pul verərdimi?”- sualına o xeyli fikirləşəndən, sualı təkrar soruşandan sonra cavab olaraq bildirir ki, “bəlkə də verərdi”. Bundan başqa işdə olan X8 Polis idarəsində verdiyi xx.xx.2022-ci il tarixli ifadəsində bildirilir ki, mərhum Kadimova, Fuada mənim yanımda iki dəfə cəmi 14 000 manat pul verib, bir dəfə 8 000 manat, bir dəfə isə 6 000. Hər dəfə də mərhum Kadimova pul vermədən əvvəl Fuadın atası Fərzəli Məclumova zəng edib soruşub ki, oğlun sənin adında gəlib pul istəyir, ona pul verimmi? Fərzəli Məclumov icazə verəndən sonra mərhum Kadimova, Fuada pul verib”. Bütün bunlar, işdə olan digər sübutlardan məlum olur ki, mərhum Kadimova evini satandan sonra cavabdeh ona müraciət edib ona ucuz qiymətə yaxşı ev ala biləcəyi vədini verib. Bunun üçün də cavabdeh, mərhumdan 33 800 manat borc pul tələb edib, mərhum da buna razı olub. Yəni cavabdehin etirafından da məlum olduğu kimi, tərəflər arasında 2015-ci ildə şifahi formada borc müqaviləsi bağlanıb. Həmin borc müqaviləsinin icrası üçün cavabdeh həmin 33800,0 manat puldan ilkin olaraq 7500 manatı şəxsən özü alıb, qalan 26 300 manatı isə almaq üçün müxtəlif tarixlərdə oğlu Fuadı göndərib. Yəni Fuad, mərhumdan pul alarkən yeni bir borc müqaviləsi bağlanmayıb, cavabdeh ilə mərhum Kadimova arasında bağlanmış borc müqaviləsini icra edib. Məhz Sərdarovanın izahatından məlum olur ki, mərhum Kadimova, Fuada iki dəfə cəmi 14000 manat pul verəndə o, yanlarında olub və mərhum Kadimova, Fuada pul vermədən əvvəl Fərzəliyə zəng edib, bir daha onun icazəsini alandan sonra atasına verməsi üçün həmin pulu Fuada verib. Məhz Fuad da, mərhumdan pul istəyəndə onu atasının göndərdiyini bildirib. İşdə olan digər sübutlardan və Sərdarovanın izahatından məlum olur ki, cavabdeh icazə verməsəydi, mərhum Kadimova Fuada bir qəpikdə pul verməzdi. Çünki, o, uzaq qohumu olan cavabdehin oğlu Fuadı da tanıyırdı və onun düzgün həyat yaşamadığını və etibarlı adam olmadığını bilirdi. Bu səbəblə cavabdehin icazəsi olmadan o, Fuada pul verməzdi. Bütün bunlardan məlum olduğu kimi, cavabdehin oğlu Fuad, 14 000 manat pulu Sərdarovanın yanında mərhum Kadimovadan alarkən atasının göndərdiyini və onun adından bu pulu aldığını mərhum Kadimovaya bildirdiyi kimi, 12 500 manat pulu da həmin formada almış, mərhum Kadimova yenə həmin 12 500 manatı vermədən cavabdehə zəng edərək onun icazəsini alandan sonra həmin pulu atasına çatdırması üçün Fuada vermişdir. Bütün bunlar onun təsdiq edir ki, 7500 manat pul cavabdeh tərəfindən şəxsən mərhum Kadimovadan alındığı kimi, 26 300 manat pul da cavabdehin göndərdiyi oğlu Fuad, cavabdehin adından hərəkət edərək yenə cavabdehin verdiyi icazə ilə mərhum Kadimovadan almışdır. İndi cavabdehin həmin 3 pulu özünün deyil də oğlu tərəfindən alındığını iddia etməsi inandırıcı olmadığı kimi, tamamilə həmin borcu geri qaytarmaqdan yayınmağa xidmət edən bir hərəkətdir. Məhz cavabdehin Pirallahı Polis İdarəsində verdiyi xx.xx.2020-ci il tarixli izahatında bildirir ki, “həmin borcun bəzi məbləğlərinin borc kimi alınmasına mən cavabdeh olaraq icazə verdim. Mənim həmin qadına olan öz borcumu, yəni 7500 manat və oğlumun borc aldığı pulun mənim cavabdeh olduğum məbləği geri qaytarmağa hazıram”. Bu ifadə ilə cavabdeh məsuliyyətini qəbul edib, indi həmin 26300 manatdan məsul olmadığını irəli sürməsi qəbul edilən deyil. Bütün bunlardan məlum olduğu cavabdeh ilə mərhum Kadimova arasında 2015-ci il tarixində cavabdehə 33 800 manat borc pulun verilməsinə dair həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən şifahi qayadada borc Müqaviləsi bağlanıb. Həmin borc müqaviləsi, mərhum Kadimova tərəfindən icra olunub və həmin 33800,0 manat pul cavabdeh Fərzəli Məclumova özünə və onun icazəsi ilə oğlu Fuada verilib. Həmin puldan 3100,0 manatı cavabdeh geri qaytarıb. Qalan 30700,0 manatı hələ də cavabdeh geri qaytarmayıb. Bütün bunlar əsasında xahiş edir ki, iddia ərizəsi təmin edilsin borc kimi verilmiş 30700,0 manat pul və 182,10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatını onunla əsaslandırdı ki, o özü iddiaçıdan 1500,0 manat bir dəfə, daha sonra isə 6000,0 manat pul almışdır. Cəmi borcu 7500,0 manat olmuşdur. Bundan sonra, o götürdüyü puldan iddiaçıya bir dəfə 1500,0 manat, sonra isə 6 ay 300,0 manatdan olmaqla cəmi 1800,0 manat qaytarmışdır. İddiaçıya sonuncu ödənişi 2021-ci ilin aprel ayında etmişdir. Ümumilikdə 3300,0 manat pul qaytarıb. Hazırda onun iddiaçıya ümumilikdə 4200,0 manat borcu vardır. Qalan borcu isə onun mərhum oğlu götürüb. Əlavə etdi ki, oğlunun ölümü ilə bağlı vərəsəlik işi açılmayıb, ona oğlundan hər hansı miras qalmayıb. Oğlunun borcuna görə məsuliyyət daşımır. Polisdə izahat verərkən ona nə deyilibsə onu da yazıb, nə yazdığını anlamadan izahat yazıb qol çəkib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu ilə alınaraq surəti iş materiallarına əlavə olunmuş İddiaçı Bakı şəhəri Pirallahı RPŞ-nə müraciəti əsasında toplanmış 48-H/21 saylı rədd materiallarından görünür ki, Cavabdeh izahatı alınmış, o, xx.xx.2020-ci il tarixdə izahat verərək bildirmişdir ki, onun X4 7500,0 manat pul borcu var. xx.xx.2019-cu il tarixdə qəza nəticəsində vəfat etmiş kiçik oğlu Fuadın adı qeyd olunan qadına 22000,0 manat pul borcu olub. Həmin borcun bəzi məbləğlərinin borc kimi alınmasına o cavabdeh olaraq razılıq vermişdir. Onun həmin qadına olan öz borcunu, yəni 7500,0 manatı və oğlunun borc aldığı pulun onun cavabdeh olduğu hissəsini geri qaytarmağa hazırdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan Bakı şəhəri 07 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrinin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Mərhumun qanun üzrə vərəsəsi olan oğlu İddiaçı mərhumun varisi olmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş vərəsəlik işinin açılıb-açılmaması barədə məlumat verilməsi barədə Ədliyyə Nazirliyinin portal çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X9 barəsində vərəsəlik işi açılmamışdır. Məhkəmə iddianı araşdıraraq ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbi X6 tərəfindən verildiyi göstərilən pul vəsaitinin qaytarılması ilə bağlıdır. X6 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və vərəsəlik işi açılaraq İddiaçı onun qanun üzrə vərəsəsi kimi tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum anasının qanun üzrə vərəsəsi kimi onun öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının varisi kimi hazırkı iddia ilə müraciət etmək hüququ olan şəxsdir. İddianın mahiyyətindən görünür ki, iddiaçı, Cavabdeh verilmiş 33800,0 manat pul vəsaitinin ilkin olaraq 7500,0 manatının şəxsən cavabdehin özünə, qalan 26300,0 manatın isə cavabdehin oğlu Fuad vasitəsilə ona göndərdiyini bildirərək, həmin puldan 3100,0 manat qaytarıldığı nəzərə alınmaqla ödənilməmiş 30700,0 manat pulun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə, ilk növbədə, iddianın cavabdehin mərhum oğlu X12 vasitəsilə göndərildiyi bildirilən pul vəsaitinin qaytarılması hissəsini araşdıraraq qanunvericiliyin aşağıdakı normalarının tədqiqini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İşin məhkəmə tərəfindən araşdırılması zamanı iddiaçı, mərhumlar X12 ilə X6 arasında hər hansı müqavilənin bağlanması, bu müqavilənin Cavabdeh Fuad Məclumova verdiyi tapşırıq əsasında həyata keçirilməsinə dair hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı həmin hissədə öz dəlilini Cavabdeh polis idarəsində verdiyi izahatı ilə əsaslandırmış, lakin sonuncu, həmin izahatı qəbul etməyərək, onu sözlərinin mahiyyətini anlamadan yazdığını, iddianı həmin hissədə qəbul etmədiyini bildirmişdir. Məhkəmə, iş materiallarını, tərəflərin izahatlarını və işin araşdırılan digər hallarını nəzərə alaraq hesab edir ki, X6 tərəfindən X10 pul vəsaitinin verilməsi, yaxud bu pul münasibətlərinin Cavabdeh tapşırığı əsasında həyata keçirilməsi sübuta yetirilməmişdir. Məhkəmə onu da qeyd edir ki, göstərildiyi kimi Fuad Məclumovun 26300,0 manat borc öhdəliyi olsaydı belə, işdən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X9 barəsində vərəsəlik işi açılmamış, hazırkı iddia tələbi üzrə cavabdeh qismində qoyulmuş F.Maclumova vərəsəlik şəhadətnaməsi verilməmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə görə isə vərəsə miras qoyanın borcları üzrə öz payına düşən həddə kreditor qarşısında məsuliyyət daşıyır. Başqa sözlə desək, Cavabdeh konkret olaraq mirası qəbul etdiyi həddə miras qoyanın borclarına görə cavabdehlik daşıyır. Hazırkı halda isə Cavabdeh hər hansı miras qəbul etməsi müəyyən olunmur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehin vərəsə kimi miras qoyanın borc öhdəliklərinə görə məsuliyyət daşıması üçün onun miras əmlakı faktiki qəbul etməsi və yaxud mirasa dair vərəsəlik hüququnun tanınması müəyyən olunmalıdır. Cavabdehə isə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 26300,0 manat pulun qaytarılması hissəsində təmin edilə bilməz. Bundan sonra, məhkəmə iddianı qalan hissədə araşdıraraq müəyyən edir ki, kreditor Yujiriyət Kadimova ilə Cavabdeh arasında borc münasibətləri olmuş, sonuncu aldığı pul vəsaitini geri qaytarmayaraq kreditora maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının mərhum anası tərəfindən cavabdehə pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, şifahi qaydada həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada bağlanmış borc kimi pulun verilməsinə dair əqd qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Eyni zamanda məhkəmə qeyd edir, tərəflər arasında borca pulun verilməsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Göründüyü kimi iddiaçı cavabdehə ümumilikdə 33800,0 manat pul verdiyini, həmin pulun 3100,0 manat hissəsinin qaytarıldığını, ödənilməmiş borcun 30700,0 manat təşkil etdiyini bildirir. Cavabdeh isə iddiaçıdan ayrı-ayrı vaxtlarda 7500,0 manat aldığını etiraf etməklə və həmin pulun 3300,0 manat hissəsini ona qaytardığını, qalan borcunun 4200,0 manat təşkil etdiyini bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 33800,0 manat pul verildiyini bildirsə də, buna dair məhkəməyə hər-hansı sübut təqdim olunmamışdır. Həmçinin, işin yuxarıda tədqiq olunan hallarından görünür ki, iddia 26300,0 manat pulun qaytarılması hissəsində əsassız hesab edilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə 7500,0 manat borc pulun verilməsi və həmin puldan 3100,0 manat qaytarılması işin mübahisəsiz halıdır. Belə ki, həmin hal iddiaçı və cavabdeh tərəfindən etiraf edilmişdir. İşin mübahisəli halları isə iddiaçının cavabdehə ümumilikdə 33800,0 manat pul verməsinin və cavabdehin idiaçıya cəmi 3300,0 manat məbləğində pul vəsitinin qaytarılmasıdır. Məhkəmə ilk növbədə, iddiaçı tərəfindən cavabdehə 7500,0 manat pulun verilməsi və həmin puldan cavabdeh tərəfindən 3100,0 manat qaytarılması işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, iddiaçının 7500,0 manat məbləğində pul vəsaitini cavabdehə verməsi və həmin puldan 3100,0 manat qaytarılması üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, cavabdeh 7500,0 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən, iddiaçı iddia tələbinin, 7500,0 manat olan hissəsində yəni cavabdehin ona 7500,0 manat borcu olmasını sübut etmək yükündən azad olmuş, cavabdeh tərəfindən 3100,0 manat qaytarılması həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunduğundan, qalan 200,0 manat məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Odur ki, məhkəmə alınan pul vəsaitinin qaytarılması halının cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən 7500,0 manat məbləğində pul vəsaitinin ona verməsinin etiraf edilməsindən savayı həmin məbləğin tamamilə iddiaçıya qaytarmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi 30700,0 manat pul vəaitinin 7500,0 manat məbləğində olan hissəsinin cavabdehə verdiyini sübuta yetirmiş, qalan hissədə isə sübut edə bilməmiş, hər iki tərəf verilən puldan 3100,0 manat qaytarıldığını təsdiq etmiş, cavabdeh isə ümumilikdə 3300,0 manat pulu iddiaçıya qaytarması bildirsə də etirazını sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan 7500,0 manat məbləğində pul vəsaiti almış və həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin pul vəsaitindən cavabdeh tərəfindən 3100,0 manat iddiaçıya qaytarılmışdır. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı pul vəsaitinin 4400,0 manatını ona qaytarmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 7500,0 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin özünün yazılı və şifahi izahatları həmin məbləğlərin sonuncuya verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğinin ödənilməmiş 4400,0 manat məbləğini ona qaytarmalıdır. Məhkəmə, cavabdehin əvvəlki məhkəmə iclasında vermiş olduğu “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsini araşdıraraq qeyd edir ki, cavabdeh borc pul vəsaitinin 2019-cu ilə qədər verildiyini bildirərək, müqavilə tələbləri üzrə üç illik iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddia ərizəsindən, tərəflərin məhkəmədə vermiş olduğu izahatlarından isə görünür ki, cavabdeh sonuncu dəfə borcundan 2021-ci il tarixdə ödəniş etmiş, iddia müddətinin axımı həmin tarixdə başlamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh verilmiş borca görə 4400,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Bundan əlavə, iddiadan və iş materiallarından görünür ki, iddiaçı, məhkəməyə müraciət edərkən 182,1 manat dövlət rüsumu ödəmiş, həmin pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun 26,0 manat məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh verilmiş borca görə 4400,0 manat və ödənilmiş dövlət rüsumuna görə 26,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-53/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-53/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver