Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-54/2023 04.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y yə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat məbləğində pulun və iddia qaldırılması üçün ödədiyi 135 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, X1 anası olmuşdur. Anası Yujiriyət xx.xx.2021-ci il tarixdə vəfat edib. Anasının qanuni vərəsəsi odur. Bu barədə adına Bakı şəhəri 7 saylı xüsusi notariat ofisində vərəsəlik işi açılmışdır. Mərhum anası X5 ilə Cavabdeh arasında Bakı şəhəri 15 saylı notariat ofisində xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdehə xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 15000 manat məbləğində borca pul vermişdir. Anası sonradan ağır yataq xəstəti olmuşdur. Lakin, cavabdeh bu günə kimi borcunu ödəməmişdir. Cavabdehdən pulunu istəyəndə müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq onun pulunu ödəməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə edilən müraciətləri nəticəsiz qaldığından məhkəməyə müraciət etməli olur. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi təqdim edərək göstərdi ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Pirallahı Rayon Məhkəməsində iddia qaldıraraq mərhum X5 ilə Cavabdeh Süleyman oğlu arasında bağlanmış xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə 15000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə etiraz edərək bildirdi ki, ilk öncə nəzərə alınmalıdır ki, iddiaçı qüvvədə olma müddəti 2016-cı il tarixində bitmiş kredit müqaviləsi üzrə cavabdehdən borc məbləğinin qaytarılmasını tələb edir ki, həmin kredit müqaviləsinin qüvvədə olmasından 7 il müddət keçmişdir ki, nəticədə iddiaçı faktiki olaraq tələbetmə hüququnu ötürmüşdür. Bununla bağlı iddia müddətinin tətbiqinə dair ərizə məhkəməyə təqdim edilmişdir. Mövcud praktikada tələbetmə müddəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalşamış qərarlarında öz əksini tapmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Göstərilənlərə əsasən bildirilir ki, faktiki olaraq iddiaçı ümumiyyətlə tələb etmək hüququnu ötürmüşdür ki, buna əsasən hazırki mərhələdə borcun ödənilməməsinə istinad edərək cavabdeh borcun tələb edilməsi yol verilməzdir. Digər tərəfdən iddiaçının ümumiyyətlə subyektiv hüququnun olub-olmaması halıdır. Bununla bağlı iddiaçı Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021 il tarixli 1013 saylı arayışa istinad etmişdir. Qeyd edilən arayışda xx.xx.2021-ci il tarixində vəfat etmiş X4 varisi kimi iddiaçı qeyd edilsə də, həmin varis yeganə varis olması müəyyən olunmur. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa borclu şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququ digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnu yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının yeganə hüquqi varis olması halı müəyyən edilmədiyindən hazırki iddia üzrə iddia müddəti keçdikdən sonra yeganə varis kimi müraciət etməsi, habelə bu halı vərəsəlik işi açıldıqdan sonra 2 il sonra həyata keçirməsi qeyri-müəyyəndir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 15000 manat məbləğində vəsait cavabdeh tərəfindən ümumiyyətlə ödənilməmişdir. Lakin bu halın iddiaçıya hardan bəlli olması müəyyən olunmur. Faktiki olaraq kredit müqaviləsinin mövcudluğu həmin kredit müqaviləsi üzrə cavabdehin ümumiyyətlə borcun ödəməməsi kimi xarakterizə oluna bilməz. Əksinə mərhum kredit müqaviləsinin müddətin bitməsindən yənin xx.xx.2016-cı il tarixindən etibarən borcun ödənilməməsi halında məhkəməyə müraciət etmək hüququna malik olmuşdur ki, həmin müddət ərzində, habelə vəfat etməsi anına qədər borcun ödənilməməsi ilə bağlı cavabdehə hər-hansı pretenziyası mövcud olmamış, bunun üçün heç bir hüquqi müdafiə imkanlarından istifadə etməmişdir. Mərhumun belə bir addım atmaması cavabdehə münasibətdə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə hər-hansı pretenziyasının olmaması ilə xarakterizə olunmaqdadır. Bu hal faktiki olaraq cavabdehin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun olmaması ilə xarakterizə olunmaqdadır. Hazırki iddiaçı mərhumun xəstə olması ilə bağlı çıxarışları iş materillarına əlavə etsə də, həmin çıxarışlar mərhumun tələb etmək üçün öz hüququndan istifadə etməməsini məhdudlaşdırmamaqda, hətta belə bir hal olsaydı belə bunun üçün öz hüquqlarından istifadə imkanının öz yaxın qohumlarından birinə və ya qanunvericiliklə nəzərdə tutulmuş digər şəxslərə ötürülməsi imkanından istifadə edə bilərdi. Lakin bunlar baş verməmiş, mərhumun sağ olduğu müddətdə cavabdehə qarşı borcun qaytarılması ilə bağlı tələbi mövcud olmamış, bu tələbin həyata keçirilməsi istiqamətində hər-hansı addım atılmamışdır. Əksinə mərhumun vəfatından sonra varis kimi hazırki iddiaçı məhkəmədə iddia qaldırmışdır. Halubuki hazırki iddiaçı qeyd edilən iddianı xx.xx.2021-ci il tarixindən etibarən məhkəmədə irəli sürə bilərdi ki, bu hal da baş verməmiş yalnız 2 il sonra məhkəmədə hazırki iddia qaldırılmışdır. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia müddətinin tətbiqinə dair ərizə verərək göstərdi ki, iş materiallarına əlavə edilmiş kredit müqaviləsinin məzmunundan bəlli olur ki, mərhum X5 ilə Cavabdeh arasında xx.xx.2014cü il tarixində kredit müqaviləsi imzalanmış, kredit müqaviləsinin isə qüvvədə olma müddəti xx.xx.2016-cı il tarixi müəyyən edilmişdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qeyd edilməlidir ki, hazırki iş üzrə müqavilə tələblərindən irəli gələrək borcun tələb edilməsinin başlanğıcı xx.xx.2016-cı il tarixindən başlasa da, həmin müddət ərzində borcluya qarşı tələb irəli sürülməmiş, yalnız sonuncu icra müddətinin üzərindən 7 il keçdikdən sonra məhkəməyə müraciət edilmişdir ki, bununla qanunvericiliklə nəzərdə tutulmuş tələbetmə müddəti ötürülmüşdür. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, X5 Cavabdeh xx.xx.2016-cı il tarixədək 15000 manat məbləğində pul vermişdir. İş materiallarında olan AZ-İİ seriyalı 160422 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu barədə Xəzər rayon Qeydiyyat şöbəsi Zirə qəsəbə bölməsində akt qeydləri kitabında 129 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin notariusu X7 tərəfindən verilmiş 1013 nönrəli, 06 dekabr 2021-ci il tarixli arayışına əsasən X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X3 xx.xx.2021-cı il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrinin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Qanunvericiliyin tələbinə əsasən mərhumun qanun üzrə vərəqsəsi olan oğlu İddiaçı mərhumun varisi olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulatort kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X5 2017-2019-cu il tarixlərində insult keçirmiş və xəstənin vəzyətinin orta ağır olması qeyd edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən göründüyü kimi, iddiaçı tərəfindən 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, Konstitusiyanın həmin maddəsinin (25-ci) İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşin faktiki hallarından görünür ki, iddia müddətinin axımı 09 avqust 2014-cü il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 06 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, hazırki iddia müddəti ötürülmüş sayılıb iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 135 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 135 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası, iddia müddəti tətbiq edilməklə rədd edilsin. İddia rədd edildiyindən, 135 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-54/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-54/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver