Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-56/2023 28.03.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan elektron nəzarət qurğusunun dəyəri 2277.40 manat alınıb dövlət nəfinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkumun üzərinə cəza çəkdiyi müddət ərzində saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə şöbənin icra məmuru müvafiq protokol tərtib etmiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla “attenti” markalı bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor və bir ədəd mobil qurğu üçün kabro hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli yoxlama zamanı Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitələri onun üzərində aşkar edilməmişdir. Araşdırma zamanı elektron nəzarət vasitəsinin Cavabdeh tərəfindən itirildiyi müəyyən edilmişdir. Hadisə ilə bağlı dərhal məhkumun izahatı alınmışdır. Cavabdehin günahından, yəni lazımi məsuliyyəti olmadığından elektron nəzarət vasitəsi itmiş və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən verilmiş maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 27 fevral 2023-cü il tarixdə İddiaçı rəisi vəzifəsini icra edən baş ədliyyə müşaviri Namiq İsmayılovun ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədə məhkəmə iclasının icra məmurunun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh məhkəməyə ərizə göndərərək, iddianı qəbul etdiyini, dəymiş ziyanı cəza müddəti bitdikdən sonra hissə-hissə ödəyəcəyini bildirmiş və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)- 8/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CMnin 256.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Cavabdeh 25 yanvar 2022-ci il tarixdən 22 aprel 2022- ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılması və üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cavabdeh yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi və kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuşdur. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh elektron nəzarət vasitəsi “Attenti” markalı bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor və bir ədəd mobil qurğu üçün kabro təhkim olunmuş, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzasının icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh üzərinə baxış keçirilərkən “Attenti” markalı, 35654209 saylı elektron nəzarət vasitəsi aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin ED-M-96-21 nömrəli, 29 iyul 2021-ci il tarixli arayışına əsasən, bir ədəd sadə elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektrik adaptoru və bir ədəd proqram lisenziyası olmaqla ümumilikdə dəyəri 2277,40 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarına əsasən Cavabdeh elektron nəzarət vasitəsi “Attenti” markalı bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor və bir ədəd mobil qurğu üçün kabro təhkim edilmiş, lakin nəzarət subyektinə təhkim olunmuş elekton nəzarət qurğusunu itirməsi nəticəsində iddiaçıya 2277.40 manat ziyan dəyməsi iş üzrə təqdim edilmiş sübutlarla müəyyən olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh 2277.40 manat məbləğində maddi ziyan alınaraq dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277.40 manat məbləğində maddi ziyan alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-56/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-56/2023
28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver