Məhkəmə qərarları › İş №2(094)-6/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-6/2023

13.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-6/2023 13.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7202 manat avtomobilə dəymiş zərər, “Avto Azərbaycan Serviz Mərkəzin”dən qüsur aktının alınması üçün ödənilmiş 50 manat və 92 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6560 manat avtomobilə dəymiş zərər, “Avto Azərbaycan Serviz Mərkəzin”dən qüsur aktının alınması üçün ödənilmiş 50 manat və 92 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, “Hyundai Accent” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil onun xüsusi mülkiyyətindədir. Həmin avtomobili 26 may 2022ci il tarixdə saat 06:45 radələrində Bakı şəhəri Nizami rayonu O.Vəliyev küçəsində idarə edən zaman Cavabdeh1 idarə etdiyi “Toyota Prius” markalı **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı Nizami rayon Təhqiqat Şöbəsində araşdırma aparılmış və Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı Mehrac Niftəliyevin 17 iyun 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün material Nizami rayon Polis İdarəsinin Dövlət X3 göndərilmişdir. Cavabdeh1 yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə 7202 manat məbləğində maddi ziyan vurmuşdur. Bu barədə “Auto Azərbaycan” tərəfindən qüsur aktı tərtib edilmiş və həmin aktda dəymiş ziyanın 7202 manat olması öz təsdiqini tapmışdır. “Toyota Prius” markalı **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortasının müddəti başa çatdığından və Cavabdeh1 avtomobili idarə etmək üçün etibarnaməsi olmadığından, dəymiş ziyanın əvəzi həm hadisəni törətmiş Cavabdeh1 və avtomobilin mülkiyyətçisi Cavabdeh2 Rahim oğlundan tutularaq ona ödənilməlidir. Cavabdehlərə dəfələrlə dəymiş ziyanın ödənilməsini tələb etməyimə baxmayaraq, dəymiş ziyanı ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. X2 Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh2 mülkiyətində bir çox avtomobillər eyni zamanda “Toyota Prius” markalı **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ TŞ-nin baş təhqiqatçısı polis mayoru Mehrac Niftəliyevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 iyun 2022-ci il tarixli qərarından görünür ki, HK1-319 saylı araşdırma materialı üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan AA041/1314 nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Hyundai Accent” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Auto Azərbaycan” Servis Mərkəzində ilkin texniki baxış keçirilmiş və avtmobilə 7202 manat ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki “Hyundai Accent” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə xidmətlərin göstərilməsi və qüsur aktının verilməsinə görə 50 manat ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin 9/7399 nömrəli 30 noyabr 2022-ci il tarixli rəyinə əsasən, “Auto Azərbaycan” servis mərkəzinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Hyundai Accent” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6560 manat müəyyən edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli bildirişinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə müəyyən etdi ki, Cavabdeh2 mülkiyyətində olan “Toyota Prius” markalı **- YL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 etibarnamə əsasında idarə etmək üçün vermişdir. Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Toyota Pirus” markalı **-YL- *** dövlət nömrə nişanlı avtomobillə 26 may 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu O.Vəliyev küçəsində qəflətən idarəetməni itirərək qabaq sol hissəsi ilə İddiaçı idarə etdiyi “Hyundai Accent” markalı **-US-*** dövlət nömrə nişanlı avtomili vuraraq ümumilikdə 6560 manat ziyan vurmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertə verilməli olan məbləğ işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Məhkəmə hesab edir ki, 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən “Avto Azərbaycan Serviz Mərkəzin”dən qüsur aktının alınması üçün ödənilmiş 50 manat və 92 manat məbləğində dövlət rüsumu ödənilmişdir, məhkəmə tərəfindən isə iddiaçının ödəniləcək tələblərinin məbləği iddia tələbinin 100 %-ini təşkil edir, buna münasib olaraq 50 manat məbləğində qüsur aktı xərci və 92 manat ödənilmiş dövlət rüsumu iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6560 manat məbləğində dəymiş ziyanın, “Avto Azərbaycan Serviz Mərkəzin”dən qüsur aktının alınması üçün ödənilmiş 50 manat və 92 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar