Məhkəmə qərarları › İş №2(094)-6/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-6/2025

18.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-6/2025 18.02.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X21 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış dair hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin yenidən həmin əraziyə baxış keçirməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyvət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixində 30/144518 qeydəalma nömrəsi ilə 962 nömrəli kitabın 144518-ci səhifəsində qeyd edilmiş çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 37 kv.metr olan üç otaqlı mənzil mərhum atasının mülkiyyətində olmuşdur. Mərhum atası xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Atasının vəfatından sonra 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ondan miras qalmış əmlaka dair vərəsəlik işi açılmışdır. O, atasının vərəsəsi kimi tanınmış və mirası faktiki olaraq qəbul etmişdir. X1, X4 və Cavabdeh notariat təsdiqli ərizəsində ona düşən paydan onun xeyirinə imtina etdiyini və gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəyini bildirmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Dövlət Reyestrindən Çıxarışın verilməsinə dair ərizə ilə müraciət etmişdir. Lakin DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri qeyd olunan fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı həmin ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün gəlsələr də, qardaşı Cavabdeh DƏDRX-ın 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssilərinin həmin əraziyə baxış keçirməsinə maneə yaratmışlar. Cavabdehin bu maneələri yaratmaqda əsas məqsədi onun miras payını özəlləşdirməyinin qarşısını almaq olmuşdur. Bakı şəhəri “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış məktubundan da göründüyü kimi o, sözügedən əmlakla bağlı vərəsəlik işi üzrə vərəsə kimi tanınmışdır. Bununla da, sözügedən miras əmlaka dair vərəsəlik hüququ yaranmışdır. Lakin bu hüququnun həyata keçirilməsi cavabdehin DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərini həmin əmlaka baxış keçirməsinə maneə yaratması nəticəsində mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddianı etiraf etməyərək, tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyri-yaşayış obyektinin müayinə olunması və yerquruluşu planının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli xx.xx.2023-cü il tarixli Fərmanına əsasən qeyri-yaşayış obyektinin müayinə olunması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş elektron müraciətinizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Qeyri-yaşayış binasının müayinə olunmasına baxışa şərait yaradılmaması səbəbindən (mübahisə olduğundan) müraciətinizin icrası tərəfimizdən mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon İH-nin başcısının 854/9 saylı xx.xx.1993-cü il tarixli sərəncamının surətindən görünür ki, Pirallahı qəsəbəsi 2213 – cü kvartal ev 12 mənzil 24 –də yaşayan X5 hüquqi şəxs yaratmadan müvafiq qanunvericiliklə müəyyən olunmuş yerlərdə kommersiya fəaliyyəti (alqı-satqı) ilə məşğul olmağa icazə verilmişdir. İş materiallarında olan 5 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2019 tarixdə ölmüş X2 vərəsəsi oğlu-İddiaçıdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak BAKİ ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİ TEXNİKİ İNVENTARLAŞDİRMA VƏ MÜLKİYYƏT HÜQUQLARİNİN QEYDİYYATİ İDARƏSİ tərəfindən xx/xx/1998 tarixdə X11-na verilmiş 30/144518 qeydəalma nömrəsi ilə 962 nömrəli kitabın 144518-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən BAKİ ŞƏHƏRİ, PİRALLAHİ RAYONU, PİRALLAHİ QƏSƏBƏSİ, K.RZAYEV KÜÇƏSİ, EV 12, MƏNZİL 24 ünvanında yerləşən yaşayış sahəsi 37 kv/m olan üç otaqlı mənzildən ibarətdir. İş materiallarında olan 5 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 2385 saylı məktubunun surətindən görünür ki, notariat ofisi Azərbaycan Respublikası — Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə məktub ünvanlayaraq xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum X2 vərəsəsi olan İddiaçı ərizəsi əsasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Mərhumdan qalan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alaraq çıxarış verilməsini təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan 5 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 2539 saylı məktubunun surətindən görünür ki, notariat ofisi Azərbaycan Respublikası — Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə məktub ünvanlayaraq xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum X2 vərəsəsi olan İddiaçı ərizəsi əsasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Mərhumdan qalan hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarış verilməsini təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, X8 ona düşən payından İddiaçıxeyrinə imtina etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, X6 ona düşən payından İddiaçıxeyrinə imtina etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh Oktay oğlu ona düşən payından İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan xx.xx.1999-cu il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində yerləşən lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin texniki pasport X2 qeydiyyata alınmışdır. İş materiallarında olan 001954 saylı xx.xx.2015-ci il tarixli aktdan görünür ki, ünvan 7 ünvanına quraşdırılmış su sayğacı abonentin iştirakı ilə yoxlanılaraq istismara verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, S220036-01 nömrəli müqavilədən görünür ki, Azərsu ASC-nin Pirallahı rayon Sukanal İdarəsi ilə X11 arasında bir ədəd öncədən ödənişli smart-kart tipli “Abşeron” CSS-20K su sayğacının texniki şərtə uyğun olaraq Pirallahı qəsəbəsi 40 məhəllə ünvanına quraşdırılmışdır. İş materiallarında olan 107 nömrəli, xx.xx.2005-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, 70 kv.metr torpaq sahəsi Cavabdeh Oktay oğluna 40 illik sahibkarlıq fəaliyyəti ilə məşğul olunması üçün verilmişdir. İş materiallarında olan AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli xx.xx.2023-cü il tarixli Fərmanına əsasən qeyri-yaşayış obyektinin müayinə olunması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş elektron müraciətinizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin mübahisəli olması (Pirallahı rayon Məhkəməsinin icraatında olan məhkəmə işi mövcuddur) səbəbindən müraciətinizin icrası tərəfimizdən mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli məktubun məzmununda qeyd edilmişdir ki, Tələb olunan gücü 8 kVt olan mağazanın elektrik təchizatının təmini üçün 1016 saylı komplekt transformator məntəqəsinin 0,4 kV-luq paylayıcı qurğusundan qidalanan, “Sip” adlanan 0,4 kV-luq hava xəttindən budaqlanma yolu ilə yükə uyğun 1 kVluq kabel xətti çəkilməli. Obyektin girişində, asan görünən yerdə qapısı möhürlənmiş xüsusi metal qutuda yerləşdirilmiş giriş qurğusu, paylayıcı lövhə və sayğac komplekti quraşdırılmalı. Elektrik avadanlıqlarının metal hissələrini torpaqlanmalı. Enerji ödənişi hesabatı obyektdə quraşdırılmış sayğacla aparılmalıdır. Elektrik təchizatı cizgisini "xxxx" ASC ilə razılaşdırılmalı. Əlavə güc 35/6 kV-luq 404 saylı yarımstansiyanın 6 kV-luq şəbəkəsindən qidalanacaqdır. Obyektin razılaşdırılmış gücü 8 kVt-dır. Abonent bu güc həddini aşarsa, obyektin elektrik təchizatı dayandırılacaqdır. Bu zaman abonent yenidən texniki şərtlər almaq üçün müraciət etməlidir. Obyektin şəbəkəyə qoşulması, "xxxx" ASCnin Nəzarət Departamentindən, “Dövlət Enerjinəzarət” idarəsindən işə buraxma aktının alındıqdan və "xxxx" ASC ilə enerji alqı-satqı müqaviləsi bağlandıqdan sonra mümkün olacaqdır. Texniki şərtlər "xxxx" ASC-nin müvafiq rayon Enerji Təchizatı və Satışı İdarəsinin nəzarəti altında yüksək keyfiyyətlə, təcrübəli, səriştəli, kifayət qədər madditexniki bazaya malik personallar tərəfindən yerinə yetirilməlidir. Texniki şərtlərin müddəti xx.xx.2010-cu ilə qədərdir. İş materiallarında olan 03/064 saylı xx.xx.2012-ci il tarixli aktdan görünür ki, ünvan 9 ünvanında quraşdırılmış su sayğacı abonentin iştirakı ilə istismara buraxılmışdır. İş materiallarında olan 937 saylı xx.xx.2007 saylı məktubdan görünür ki, K.Rzayev küç. 40-cı məhəllədə yerləşən Əhmədov Oktaya məxsus olan 35 m2 sahəsində yanğından mühafizə siqnalizasiya sistemi “Kaspi-Yıldız” AzərbaycanTürkiyə MM-si tərəfindən quraşdırılmışdır. İş materiallarında olan 006766 saylı yanğından sığorta şəhadətnaməsindəm görünür ki, Pirallahı rayonu 40-cı məhəllədə yerləşən Hədiyyələr və ərzaq malları mağazası 25 000 manat dəyərində sığortalanmışdır. İş materiallarında olan 5 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 2385 saylı məktubunun surətindən görünür ki, notariat ofisi Azərbaycan Respublikası — Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə məktub ünvanlayaraq xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum X2 vərəsəsi olan İddiaçı ərizəsi əsasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Mərhumdan qalan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reystirində qeydiyyata alaraq çıxarış verilməsini təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyri-yaşayış obyektinin müayinə olunması və yerquruluşu planının hazırlanması barədə Bakı şəhəri, Pirallahı rayonu 40-cı məhəllə 1V və 13 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış obyektinin müayinə edilməsinə dair müraciətlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli xx.xx.2023-cü il tarixli Fərmanına əsasən qeyri-yaşayış obyektinin müayinə olunması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş elektron müraciətinizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Qeyri-yaşayış binasının müayinə olunmasına baxışa şərait yaradılmaması səbəbindən (mübahisə olduğundan) müraciətinizin icrası tərəfimizdən mümkün olmamışdır. İş materiallarında olan AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyri-yaşayış obyektinin müayinə olunması və yerquruluşu planının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli xx.xx.2023-cü il tarixli Fərmanına əsasən qeyri-yaşayış obyektinin müayinə olunması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş elektron müraciətinizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Qeyri-yaşayış binasının müayinə olunmasına baxışa şərait yaradılmaması səbəbindən (mübahisə olduğundan) müraciətinizin icrası tərəfimizdən mümkün olmamışdır. İş materiallarında olan “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2023cü il tarixli Layihəyə uyğunluğun yoxlanılması barədə RAZİLAŞMA 106 saylı PROTOKOLUN mətnində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı şəxsində bir tərəfdən (bundan sonra - Sıfanşçı) və Nizamnamə əsasında fəaliyyət göstərən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazırlıyı TİNDA “Azərdövlətlayihə” DBLİ-nin direktoru X3 şəxsində dıgər tərəfdən (bundan sonra -İcraçı) (hər iki tərəf birgə olaraq bundan sonra — Tərəflər) aşağıdakılar barəsində razılaşırlar.

1. Tərəflər razılaşırlar ki, Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadıyyat Nazırlıyı yanında Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq plan daxıl olduğu tarixdən Bakı şəhəri, Pirallahı rayonu 40-cı məhəllə 1V və 13 saylı binanın qarşısında yerləşən 1 mərtəbəli ümümi sahəsi 104,5 kv.metr olan qeyriyaşayış obyektinin 740,00 manat, ƏDV 18% 133,20 manat olmaqla cəmi: 873,20 (Səkkiz yüz yetmiş üç manat 20 qəpik) məbləğ dəyərində texniki müayinənin həyata keçirilməsi ilə bağlı rəsmi qaydada muqavilə bağlayacaqlar.

2. Sifarişçi təsdiq edir ki, müayinənin aparılması üçün təqdim etdiyi tikinti layihəsi hazırda mövcud olan müayinə ediləcək yuxarıda qeyd olunan qeyri-yaşayış binasına tam uyğundur.

3. Tərəflər razılaşırlar ki, Sifarişçi tərəfindən teqdim olunan tikinti layihəsinə uyğun aparılmış müayinənin nəticəsi hazırda mövcud olan qeyri-yaşayış binasına uyğun gəlmədikdə və ya binanın gücləndirilməsi tələb olunduqda, İcraçı müqavilənin dəyərini qaytarmır və Sifarişçi öz hesabına binanın real vəziyyətini əks etdirən yeni tikinti layihəsinin hazırlanmasını və ya binada gücləndirmə işlərinin həyata keçirilməsini təmin edir.

4. Sifarişçi bu Razılaşma Protokolunun 1-ci bəndində göstərilən məbləğin 75%-i avans şəklində, müqavilə bağlanılan gündən 5 (beş) iş günü ərzində, qalan məbləği isə layihəyə uyğunluq işləri sona çatdıqdan sonra texniki müayinə işlərinin nəticələrindən asılı olmayaraq İcraçının bank hesabına köçürülməsini öz öhdəsinə götürür. İş materiallarında olan 088957 saylı lisenziyanın surətindən görünür ki, qeydiyyat nömrəsi İN/c-855/2016 saylı xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Tikintisinə icazə tələb olunan və barəsində məlumatladırma icraatı tətbiq olunan bina qurğuların layihələndiriməsini həyat keçirilməsi barədə X12 icazə verilməsinə dair lisenziya verilmişdir. İş materiallarında olan 088008 saylı lisenziyanın surətindən görünür ki, qeydiyyat nömrəsi İSN/L-107/2016 saylı xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Tikintisinə icazə tələb olunan və barəsində məlumatladırma icraatı tətbiq olunan bina qurğuların layihələndiriməsini həyat keçirilməsi barədə “Məşəl Layihə - İnşaat İstehsalat MMC –yə icazə verilməsinə dair lisenziya verilmişdir. İş materiallarında olan 010702 nömrəli Bakı şəhərində ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən X5 Pirallahı qəsəbəsi 2213-cü keçid 34-40-cı məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsində yerləşən mağazada ərzaq mallarının pərakəndə satışı fəaliyyətinin həyata keçirilməsi icazə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2649 mühəndis – texniki ekspertizasının ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi Baş Dövlət Texniki invertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən tərtib edilmiş xx.xx.1999-cu il tarixli, “lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin texniki pasportu”un “Torpaq sahəsinin planı” hissəsində həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, istinad nöqtələri, istinad nöqtələrindən torpaq sahəsinə qədər olan məsafələr qeyd olunmadığından həmçinin, xx.xx.2024-cü il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (ƏMDX-nin müvafiq mütəxəssis rəyi) Mərkəzə təqdim edilmədiyindən hazırda Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsinin yuxarıda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, daşınmaz əmlaka texniki baxış keçirilməsi zamanı əmlakın mübahisəli olması məlum olmuşdur. Texniki baxış zamanı İddiaçı, vəkili və cavabdeh tərəfin vəkili Nadir adlı şəxs iştirak etmişlər. Qeyriyaşayış binasına baxış zamanı məlum olmuşdur ki, texniki pasportda göstərilən tikilinin perimetrik ölçüləri faktiki göstərilən mövcud tikilinin perimetrik ölçülərindən fərqlidir. Belə ki, texniki pasportda qeyri-yaşayış binasının ümumi sahəsi 13.7 kv.m qeyd edilsə də, faktiki olaraq 74.4 kv.m təşkil edir. Faktiki olaraq göstərilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin koordinatları əlavə olunur. XY

1. 443884.743 4477990.762

2. 443881.579 4477997.839

3. 443889.362 4478000.999

4. 443892.525 4477993.924 Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən qeyri-yaşayış binası çoxmərtəbəli yaşayış binasının qarşısında yerləşir. Qeyd olunan texniki pasportda situasiya planı olmadığından ətraflı qeyd aparmaq mümkün olmadı. Bundan əlavə əmlaka Cavabdeh Oktay oğlunun müraciəti olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 10/7775 texniki–texniki ekspertizasının ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi Baş Dövlət Texniki invertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən X7 verilmiş xx.xx.1999-cu il tarixli “lisenziya haqqının hesablanmasına daır ticarət və ictimai iaşə obyektinin texniki pasportunda göstərilmiş Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ünvanında yerləşən torpaq sahəsi ilə həmin küçədə yerləşən, hazırda Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadığından tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması tərəfimizdən mümkün olmadı. Azərbaycan Respublikası Kоnstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qеyd еtmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Müəyyən edilmiş mübahisəsiz hallar оndan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X5 məхsus оlmuş оnun ölümündən sоnra miras qalmışdır. İddiaçı tələbini cavabdеhin, оnun vərəsəlik hüququnun həyata kеçirməsi üçün zəruri olan qeyri-yaşayış obyektinin müayinə olunması və yerquruluşu planının hazırlanması işlərinə manеə törətməsi ilə əsaslandırsa da, müayinə və yerquruluşu planının hazırlanması işlərinin icra еdilməsi nəzərdə tutulan və cavabdеhin işlərinə manеə törətdiyi sahənin mərhum atasından miras qalmış sahəyə aid оlması barədə sübut təqdim еtməmişdir. Yanaşı yохlanılmış xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2649 ekspert rəyi ilə miras obyektin cavabdеhin istifadəsində olan sahə ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Yanaşı yохlanılmış mütəxəssis rəyi ilə də texniki pasportda göstərilən tikilinin ölçüləri ilə faktiki tikilinin perimetrik ölçülərinin fərqli оlduğu müəyyən еdilmişdir. Yanaşı yохlanılmış xx.xx.2024-cü il tarixli, 10/7775 ekspert rəyi ilə X7 məхsus оlmuş və оnun ölümündən sоnra miras qalmış ticarət və ictimai iaşə obyektinin texniki pasportunda göstərilmiş Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ünvanında yerləşən torpaq sahəsi ilə, həmin küçədə yerləşən və cavabdеhin istifadəsində olan qeyriyaşayış sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bеləliklə iş üzrə оlan sübutlarla mərhum X5 məхsus оlmuş və оnun ölümündən sоnra miras qalmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yеrləşdiyi tоrpaq sahəsinin, cavabdеhin istifadəsində оlan tоrpaq sahəsi ilə еyni sahə оlması, bununla da cavabdеhin ölçmə işlərinə törətdiyi manеəçiliyin iddiaçının dövlətin təminat vеrdiyi vərəsəlik hüququnu pоzması halı təsdiq еdilməmişdir. Məhkəmə iddia tələbi üzrə bеlə nəticəyə gəlir ki, cavabdеhin mərhum X5 məхsus оlmuş və оnun ölümündən sоnra miras qalmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid ərazidə ölçmə işlərinə maneələr törətməsi təsdiq təsdiq еdilmədiyindən iddia tələbi təmin еdilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi rədd olunduğundan ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 (50+50) manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq ümumilikdə 100 manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar