Məhkəmə qərarları › İş №2(094)-75/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-75/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-75/2023 04.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 5420 manat pulun və 100 manat dövlət rüsumu tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, cavabdeh, Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Pirallahı rayonu Pirallahi qəsəbəsi S.Vurğun küçəsi ev 56A mənzil 63-də mənzilinin pəncərəsindən onun maşınının üstünə müxtəlif dəmir parçalar ataraq, ona məxsus həmin binanın həyətində dayanmış «JEEP CRAND» markalı **-BL-*** dövlət nömrəli avtomobili qəsdən zədələyərək, avtomobiliə 5420 manat maddi ziyan vurmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə cavabdeh X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2-ci maddəsi ilə təqsirli bilinərək, bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh şəxs onun maşınına dəymiş ziyanını hal-hazıra kimi ödəməmişdir. Avtomobilə dəymiş zinay məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçının tələb etdiyi məbləğ dəymiş ziyana mütənasib deyil. Bundan başqa iddiaçı ilə barışıq əldə olunmasına cəhd ediləsdə iddiaçı onların tələb etdiyi məbləğin az olduğunu bildirərək qəbul etməkdən imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə, iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-22/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökm ilə X2 CM-in 186.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, X6” markalı avtomobilə dəymiş ziyanın məbləği 5420 manatdır. Eyni zamanda zərərçəkmiş şəxs İddiaçı da ifadəsində avtomobillinə həmin məbləğdə ziyan dəyməsini göstərmişdir. Həmin hökmdən olan Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2020-ci il tarixli 9/3598 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2011-ci il buraxılışlı «JEEP CRAND» markalı 01-BL199 dövlət nömrə nişanlı avtomobilin 2020-ci ilin avqust ayına olan təmir-bərpa xərci təxminən 4070 manat müəyyən edilir. İş materiallarında olan zərər və hesablama aktından görünür ki, «JEEP CRAND» «JEEP CRAND» markalı 01-BL199 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 5420 manatdır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(094)-22/2021 saylı hökmü hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda Zeynalova X1 Şəfəq Əli qızına qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvericiliyin normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən cinayət qanuni ilə nəzərdə tutulmuş əməl törədilməklə iddiaçıya zərər vurulduğundan, iddiaçı həmin zərərin əvəzini tələb etməklə haqlıdır. Eyni zamanda iş üzrə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehdən 5420 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli və bununlada iddia bu hissədə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir, məhkəmə tərəfindən isə iddiaçının ödəniləcək tələblərinin məbləği iddia tələbinin 100 %-ini təşkil edir, buna münasib olaraq 100 manat ödənilmiş dövlət rüsumu iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 5420 manat məbləğində pul və 100 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar