Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-87/2025 22.04.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc olaraq verdiyi 1900 (bir min doqquz yüz) manat, həmin pula görə faiz kimi ödədiyi 700 (yeddi yüz) manat, Bakı şəhərinə gedib-gəlmək üçün yola xərcləyəcəyi 100 (bir yüz) manat və dövlət rüsumu kimi ödədiyi 47 (qırx yeddi) manat olmaqla, cəmi 2747 pulun cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşının evinin təmir-tikinti işlərini aparmaq üçün Bakıdan bir qrup usta və fəhlə çağırmışlar. 27-28 aprel 2024-cü ildə qardaşının evində tikinti işləri başlamışdır. Cavabdeh da qardaşının evində elektrtik işlərini görməli idi. O, öz üzərinə düşən işi görməyə başlamamış, 3 may 2024-cü il tarixdə telefonla ondan bir günlüyünə 2000 (iki min) manat pul istəmişdir. Həmin pulu o, cavabdehin təklifi ilə tikinti işlərini aparan ustanın əlinə vermişdir. Cavabdeh 4 mayda ondan aldığı 2000 manatın 1850 manatını özünün Leokartından onun kartına köçürmüşdür. 5 mayda da qalan 150 manatını yenə də kartla ona göndərmişdir. 11 may 2024-cü ildə cavabdeh yenidən ondan 2 günlüyünə 1900 manat pul istəmişdir. O da əvvəlki sözünü tutduğuna görə ona inanıb 1900 manat pulu terminaldan onun son 6 rəqəmi 92328388 olan LeoBank kartına göndərmişdir. Həmin vaxt cavabdeh nədənsə israrla pulu onun kartına göndərməyini xahiş etmişdir. Aradan 2 gün keçməsinə baxmayaraq cavabdeh bu dəfə sözünü tutmadı və ondan aldığı pulu qaytarmamışdır. O, ondan pulu tələb etdikcə bildirdi ki, iyun ayında gəlib qardaşının evində elektrik işlərini görəndə aldığı pulla haqq-hesab edib ödəşər. Lakin o, qardaşının evində işləməyə də gəlməmişdir. O, cavabdehə bildirdi ki, ona göndərdiyi pulu o, bir tanışından 2 günlüyə borc almışdır. Lakin pulu dediyi gündə qaytarmadığı üçün pul verən şəxs ondan verdiyi pula görə bu günə qədər 700 manat faiz pulu tələb etdiyi üçün o, həmin 700 manatı ödəməyə məcbur olmuşdur. Cavabdehə bu barədə deyəndə o, bildirdi ki, narahat olma, həmin faiz pulunu da ödəyəcəkdir. Lakin 6 aydan çoxdur ki, cavabdeh onu aldadaraq etibarından suiistifadə edib aldığı pulu bu gün-sabah qaytaracağı adı vermədi və nəhayət bu günlərdə ona bildirdi ki, onun göndərtdiyi pulu o, almamışvə ona görə də ona heç bir pul qaytarası deyil. O, ondan şikayət edəcəyini bildirsədə dedi ki, get hara istəyirsən şiakayət et. O, cavabdeh barədə 102 xidmət mərkəzinə şikayət etmişdir. Şikayətilə əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən ona bildirildi ki, bu barədə məhkəməyə müraciət etsin. Odur ki, o, məhkəmə vasitəsilə cavabdehə verdiyi borcu tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən təmir işləri ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə 1900 manat pul ödənilmişdir. Lakin cavabdeh öhdəsinə götürdüyü işi təhvil verməmiş, aldığı pulu geri qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə pulun qaytarılması bildirilsə də cavabdeh pulu qaytarmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiası 1900 manat pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2- ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 433.1 -ci maddəsinə əsasən Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442 -ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 -ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, iddiaçının iddia tələbinin “həmin pula görə faiz kimi ödədiyi 700 (yeddi yüz) manat, Bakı şəhərinə gedib-gəlmək üçün yola xərcləyəcəyi 100 (bir yüz) manat pulun” tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı, onun xeyrinə cavabdehdən 1900 manat pula görə faiz kimi ödədiyi 700 (yeddi yüz) manat və Bakı şəhərinə gedib-gəlmək üçün yola xərcləyəcəyi 100 (bir yüz) manat pulu tutulmasını tələb etsə də, bu halı təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Öz təsdiqini tapmadığından məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi “iddiaçının dövlət rüsumu kimi ödədiyi 47 (qırx yeddi) manat pul cavabdehdən tutulmalıdır” hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 47 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş olan 47 manat dövlət rüsumu cavabdehdən tutularaq, İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1900 manat pul və 47 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1900 (bir min doqquz yüz) manat pul və 47 (qırx yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-87/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-87/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver