Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-96/2024 12.03.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan xx.xx.2014-cü tarixdə X4 adlı bir uşaqları doğulmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra normal yaşasalar da, lakin sonradan münasibətlərinin korlanması, onunla xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında olan, xx.xx.2013-cü il tarixdə bağlanmış nikah Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozuldu. Hələ daha da əvvəllər cavabdeh uşağın saxlanmasında ona köməklik göstərmədiyi üçün 2021-ci ildə aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir və Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(094)-252/2021 saylı qərarı ilə xx.xx.2014-cü il təvəllüdlü Səbinənin yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdehdən onun xeyrinə hər ay 175,0 manat sabit pul məbləğində aliment tutulması qərara alındı. Cavabdeh hazırda tutulan 175,0 manat məbləğində aliment böyüməkdə olan Səbinənin saxlanılması üçün yetmir. Hazırda Səbinənin ehtiyaclarını ödəməyə maddi imkanı çatmır. Cavabdeh hazırda "xxxx" MMC-də işləyir və aylıq maaşı 1000,0 manatdan artıqdır. O isə iş axtarışı ilə çox ünvana, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinə də müraciət etmişdir və onu işaxtaran kimi qeydiyyata alsalar da vakansiya bankından münasib işlə təmin olunmamışdır. Odur ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(094)-252/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment, eləcə də Mediasiya təşkilatına müraciət ilə bağlı ödədiyi 60,0 manat məbləğində ödənişin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı izahatını göndərərək bildirmişdir ki, o, xx.xx.2013-cü il tarixdə X5 ilə Xəzər rayon qeydiyyat şöbəsində hər ikisinin razılığı ilə nikah bağlanmışdır. xx.xx.2014-cü il tarixdə onların bir qız övladı X4 olmuşdur. Hüseynova (Namazova) Arzu Ziyadxan qızı ilə ailə qurduqdan sonra normal yaşasalar da, lakin sonradan münasibətlərinin korlanması, onunla xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında olan, xx.xx.2013cü il tarixdə bağlanmış nikah Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozuldu. Bununla əlaqədar olaraq Hüseynova (Namazova) Arzu Ziyadxan qızı 2021-ci ildə aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin vaxtdan bu günə kimi hər ay 175,0 manat aliment İddiaçı vaxtlı vaxtında ödənilmişdir. Hüseynova (Namazova) Arzu Ziyadxan qızı xx.xx.2024-cü il iddia ərizəsi ilə yenidən məhkəməyə alimentin artırılması ilə müraciət etmişdir. Onu da bildirir ki, o, hər ay qızı X3 əlavə hər ay maddi yardım göstərmişdir. Həmçinin normal ərzaq alıb göndərmişdir. Buna şahit və sübutları vardır. O halhazırda xx.xx.2022-ci ildən etibarən "xxxx" MMC şirkətində, “VQ-nin İaşə və Mehmanxana xidmətlərinin İdarəedilməsi” müqaviləsi üzrə işləyir. Akladı 981,0 manatdır, lakin 812,0 manat nağd alır. Aldığı əmək haqqından hal-hazırdakı həyat yoldaşı İddiaçı Rasim qızına 235,0 manat aliment və 50,0 manat üç yaşa çatana qədər analıq pulu çünki o, ayın çox hissəsini işdə olduğuna görə 175,0 manat İddiaçı ödəyirdi. Kapital banka hər ay müqavilə çərçivəsində 447,0 manat ödəyir ümumi məbləğ 907,0 manatdır. Hazırki dövrdə qaynanası X6 300,0 manat təqaüd ilə yaşayırlar. Odur ki, Hüseynova (Namazova) Arzu Ziyadxan qızının qaldırdığı iddianı ərizəsini heç bir əsası yoxdur hər şeyi olduğu kimi məhkəməyə bildirmişdir. Onun əlavə gəliri yoxdur, çünki ayın çox hissəsini işdə olur. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin 2(094)-84/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış və Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 704 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X1 yanında saxlanılması qət edilmişdir. İşdə olan Pirallahı Rayon Məhkəməsinin 2(094)-252/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 175 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh anası İddiaçı olan xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı 16 saylı Mediasiya Təşkilatının mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən 60,0 manat məbləğində mediasiya xərci ödənilmişdir. İşdə olan Bakı 10 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Hüseynov Cavabdeh Arzu Rasim qızı ilə birgə nikahlarından doğulan xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat alimentin ana İddiaçı Rasim qızına ödənilməsi və uşaqla ünsiyyət vaxtlarına dair razılığa gəlmişlər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Pirallahı Rayon Məhkəməsinin Məhkəməsinin 2(094)-84/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların arasında olan rəsmi nikah qeydiyyatı pozulmuş, uşağın İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Daha sonra Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)- 252/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 175,0 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici,uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə dəuşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə uşaqların mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-252/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay onun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin iddianın hüquqi yardıma görə ödənilmiş xidmət haqqının və mediasiya ödənişinin tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 60,0 manat mediasiya xərci cavabdehdən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-252/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh onun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulsun. Cavabdeh 60,0 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-96/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-96/2024
12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver