Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1004/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. ## ###### 2022-ci il tarixli sadə yazılı borc müqaviləsi ilə Iddiaçı Cavabdeh 2 il müddətinə qaytarmaq şərti ilə 25.000 manat məbləğində pul vəsaitini borca vermişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, 2022-ci ilin avqust ayında əvvəllər tanıdığı cavabdeh iddiaçıya yaxınlaşaraq, pula ehtiyacı olduğunu və yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Onu əvvəllər tanıdığından və inandığından iddiaçı razılaşmışdır. ## ###### 2022ci ildə tərəflər arasında borc müqaviləsi bağlanaraq, iddiaçı cavabdehə 25.000 manat borc vermişdir. Müqavilə bağlayarkən aralarında razılaşmışlar ki, həmin pulu cavabdeh iddiaçıya 2 ilə, yəni ## ###### 2024-cü ilə kimi qaytaracaqdır. Lakin, cavabdeh ondan aldığı pulu həmin tarixə geri qaytarmamışdır. Müqavilə üzrə götürmüş öhdəliklərini cavabdeh pozduğundan bir neçə dəfə telefon danışıqları olmuş, lakin heç bir nəticəsi çıxmamışdır.
4. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi XXX izahat verərək bildirmişdir ki, iddiaçı onun arvadıdır. Həyat yoldaşı cavabdehə 25.000 manat məbləğində borc pul vermiş, aralarındakı borc müqaviləsi yazılı müqavilə ilə rəsmiləşdirilmişdir. Müqavilə cavabdeh tərəfindən imzalanmışdır. Səs və görüntü barədə disk təqdim etmişdir. Görüntüdə başında papaq olan və avtomobili idarə edən odur. Görüntü isə həyat yoldaşı olan iddiaçı tərəfindən çəkilmişdir. Həmin görüntüdə cavabdehin səsi düşmüşdür, o özü pulun qaytarılmasını cavabdehdən tələb etmişdir. Bu təsdiq edir ki, cavabdeh onun yoldaşını tanıyır. Cavabdehin anası ona yaxınlaşaraq, köməklik göstərilməsini xahiş etmiş, o da yazığı gələrək demişdir ki, 6.000 manat verin mübahisəni bitirək. Anası isə bununla razılaşmamışdır. Bir müddətdən sonra isə cavabdehin anası və bacısı yenə də ona yaxınlaşmış, o da, 10.000 manat verəcəkləri halda iddiasından imtina edəcəyini bildirmişdir. Həmin 10.000 manatdan 6.000 manatını dərhal verilməsini, qalan 4.000 manatının isə sonra ödənilməsini tələb etmişdir. Cavabdehə borc verdiyi 25.000 manat məbləğində pul vəsaiti onun şəxsi puludur, 6.000 manat da istəyə bilər, 10.000 manat da istəyə bilər, qalan hissəsini isə bağışlaya bilər. Bununla bağlı kimsə ona irad bildirə bilməz. Cavabdehin təqdim etdiyi DVD diskdə olan səs yazıları ona məxsusdur. Cavabdehin şahid qismində dindirilməsini tələb etdiyi HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Şahid adlı şəxsin məhkəmədə dindirilməsinə qəti olaraq etiraz edir. Belə ki, HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Şahid bu işdə maraqlı şəxsdir, sonuncunun əvvəllər ona borcu olmuş və borcunu ödəmədiyinə görə onu məhkəməyə vermişdir. Bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi də vardır. Cavabdeh iddianın rədd edilməli olmasının əsasını təşkil edən sübut növü kimi oğlunun “Tik-Tok” sosial şəbəkəsində paylaşdığı video materiallara istinad edir. Bu materiallar da iddianın rədd edilməsi üçün əsas deyil. Belə ki, oğlunun psixi xəstəliyi vardır. O, öz hərəkətlərinin mənasını başa düşmür. Həyat yoldaşı xəstə olduğunu üçün məhkəməyə gələ bilməmişdir.
5. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, o, iddiaçını tanımır, iddiaçıdan heç bir məbləğdə borc pul almamışdır. O, yalnız iddiaçının əri, hazırda onun nümayəndəsi kimi məhkəmədə iştirak edən HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Hüseynov HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Bəxtiyar HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Ədalət HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h oğlundan 1.500 manat məbləğində pul borc almışdır. Həmin pulu 2024-cü ilin avqust ayında almışdır. O, Masallı bazarında lotereya satmaqla dolanışığını təmin edir. Ona pul lazım olduğu üçün tanışı HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Tağıyev HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Nazim HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Tağı oğluna müraciət etmiş və HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Tağıyev HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Nazim HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Tağı oğlu da onun Masallıda yaşayan nümayəndə1 adlı şəxslə tanış etmişdir. O, nümayəndə1 1.500 manat məbləğində borc pul almış, aralarında olan razılaşmaya əsasən həmin pul 10 ay müddətində üzərində əlavə olaraq 1.000 manat olmaqla, hər ay 250 manat ödəmək şərti ilə, sonda nümayəndə1 2.500 manat məbləğində pul qaytarmalı idi. Bununla bağlı aralarında yazılı müqavilə tərtib olunmuş və yalnız müqavilənin sonuna ad və soyadının olduğu yerə imza atmış və yazı xətti də ona məxsusdur. Bir neçə dəfə özü və HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Tağıyev HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Nazim HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Tağı oğlu vasitəsilə nümayəndə1 hər ay 250 manat pul vermişdir. O, nümayəndə1 və onun arvadı iddiaçıdan ümumiyyətlə 25.000 manat borc almamışdır. O, gündəlik 10-15 manat qazanmaqla dolanışığını təmin edir. Sonradan ona məlum olmuşdur ki, nümayəndə1 müqavilədə 2.500 manat əvəzinə, 25.000 manat yazmışdır. Müqavilənin borc məbləği ilə bağlı hissəsindəki yazı ona məxsus deyildir. O, ümumiyyətlə müqaviləni imzalayarkən həmin hissədə hər hansı yazının olmasını görməmişdir. nümayəndə1 o yazıları, guya 25.000 manat borc verilməsi ilə bağlı yazıları özü yazmışdır. Bundan sonra anası məhkəmə bildirişindən məlumat aldıqdan sonra nümayəndə1 ilə danışmağa getmiş, nümayəndə1 ona 6.000 manat verəcəyi təqdirdə iddiasından imtina edəcəyini bildirmişdir. Anası da bu qədər pulunun olmadığını bildirmişdir. Daha sonra isə anası və bacısı HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Babaşova HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Yağmur HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Feyruz HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h qızı da nümayəndə1 ilə görüşmüş, onların təşvişə düşdüyünü görən nümayəndə1 məbləği 10.000 manata qaldırmışdır. Bununla bağlı səs yazıları da mövcuddur. Səs yazısında nümayəndə1 ona anası və bacısına əgər 6.000 manat indi, 4.000 manatı isə sonra gətirsələr, məhkəməyə ərizə yazıb iddiasından imtina edəcəyini bildirmişdir. 1.500 manat məbləğində pulu nümayəndə1 aldığı zaman onun yanında şahid1 olmuşdur. O, HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Tağıyev HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Nazim HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3536549" \h Tağı oğlunun yanında pulu sayıb götürmüşdür. nümayəndə1 Masallıda sələmə pul verməklə tanınır. nümayəndə1 onun kimi onlarla, yüzlərlə şəxsin başına belə oyunlar gətirmişdir. Hətta onun oğlu da atasının belə hərəkətlərindən bezərək, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar etmiş, atası nümayəndə1 haqsız qazanc əldə etməsindən danışmışdır.
6. Iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş DVD diskdə olan videogörüntülərdən görünmüşdür ki, nümayəndə1 idarə etdiyi avtomobildə əyləşmiş, avtomobilin sol yan tərəfindən pəncərəni açaraq başqa bir şəxsdən borcunun qaytarılmasını tələb etmişdir. nümayəndə1 borcun ödəyən şəxsin özünün olmasını, digər şəxsin isə hazırkı iş üzrə cavabdeh olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasında həmin digər şəxsin özü olduğunu bildirmişdir.
7. Cavabdeh tərəfindən təqdim edilmiş səs yazılarından görünmüşdür ki, cavabdeh anası və bacısı – hazırkı iş üzrə cavabdehin nümayəndəsi nümayəndə2 qardaşı cavabdehin borcunun ödənilməsi ilə bağlı iddiaçının nümayəndəsi kimi məhkəmədə iştirak edən nümayəndə1 ilə danışıqlar aparırlar. nümayəndə1 həmin səs yazılarındakı səsin ona məxsus olduğunu məhkəmə iclasında qəbul etmişdir. nümayəndə1 səsyazısında cavabdehin ona borcunun olduğunu hazırkı halda 6.000 manat veriləcəyi və sonradan da 4.000 manat veriləcəyi halda məhkəməyə verdiyi 25.000 manat pulun geri qaytarılması ilə bağlı iddiasından imtina edəcəyini, cavabdehin ondan 25.000 manat borc alması ilə bağlı onda videogörüntülərin olduğunu, həmin görüntülərin məhkəməyə təqdim etdiyini və məhkəmənin də ona narahat olmamasını bildirmişdir.
8. Yardımlı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisənin hüquqi mahiyyətindən göründüyü kimi, iddiaçı tərəflər arasında bağlanmış yazılı borc müqaviləsinə əsasən borc münasibətdən irəli gələn əsaslardan çıxış edir.
10. Məhkəmə ilk növbədə tərəflər arasında bağlanmış ## ###### 2022-ci il tarixli yazılı borc müqaviləsinin etibarlılığı məsələsinə qiymət verərək göstərmişdir ki, ## ###### 2022-ci il tarixdə borc müqaviləsinin məzmunundan fərqli olaraq həm iddiaçının, həm cavabdehin məhkəmə iclasında verdiyi izahatlarından, həm də şahid ifadəsindən belə müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh ilə arasında bağlanmış borc müqaviləsinin tərəfi olmamışdır. Belə ki, istər iddiaçının nümayəndəsinin, istərsə də cavabdehin təqdim etdiyi səs yazılarından, habelə iddiaçının nümayəndəsinin təqdim etdiyi videogörüntülərindən müəyyən olunmuşdur ki, borc hüquq münasibətləri iddiaçının özü ilə deyil, onun hazırkı halda nümayəndəsi kimi məhkəmədə çıxış edən, əri nümayəndə1 ilə cavabdeh arasında yaranmışdır. Çünki müqavilə bağlanandan sonra borcun geri qaytarılması ilə bağlı danışıqlar məhz nümayəndə1 ilə aparılmış, nümayəndə1 özü müəyyən məbləğdə pul veriləcəyi halda məhkəmədən iddianı geri götürəcəyi ilə bağlı vədlər vermişdir. Məhz qeyd olunanlara məhkəməyə bunu deməyə əsas vermişdir ki, cavabdeh borc məbləğini iddiaçıdan deyil, onun əri nümayəndə1 əldə etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc verən razılaşdırılmış borc məbləğini borc alanın mülkiyyətinə verməli, borc alan isə tərəflər arasında razılaşdırılmış vaxtda aldığı borc məbləğini borc verənə qaytarmalıdır. Borcun mövcudluğu ilk növbədə iddia edən tərəfindən sübuta yetirilməli, yəni iddia edən borcun mövcudluğu ilə bağlı sübutları təqdim etməlidir. Bu hal öz təsdiqini tapdığı halda isə borcun qaytarılması ilə bağlı sübuta yetirilmə yükü artıq iddiaçının deyil, cavabdehin üzərinə düşür.
12. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi əqd, yəni ## ###### 2022-ci il tarixli borc müqaviləsi nümayəndə1 ilə cavabdeh arasında bağlanmış borc müqaviləsini pərdələmək məqsədi daşıdığından Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbi baxımından yalan əqd hesab edildiyindən etibarsızdır.
13. Iddiaçı cavabdehdən pul tələb etməsinə baxmayaraq, sonuncu pulun ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırkı iş üzrə əsl cavabdeh deyildir.
14. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarında sərgilənmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən yanaşdıqda aydın olmuşdur ki, iddiaçı cavabdehə qarşı iddia irəli sürməli şəxs deyildir. Çünki formal olaraq yazılı borc müqaviləsi mövcud olsa da, faktiki olaraq onlar arasında ümumiyyətlə hər hansı borc müqaviləsi mövcud olmamışdır.
15. Məhkəmə hesab etmişdir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Lakin, hazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından isə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının özünün hər hansı hüququnu pozmamışdır. Sonuncu eyni zamanda özünün əsl iddiaçı ilə əvəz olunması ilə bağlı da məhkəməyə hər hansı qaydada müraciət də etməmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340, 739-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi ilə (hakim C.Imanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.Əliyev və T.Kərimov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, cavabdehdən 25.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında ## ###### 2022-ci il tarixli yazılı borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 25.000 manat məbləğində pul vəsaitini borc vermiş, cavabdeh də həmin məbləği 2 il müddətində, yəni ## ###### 2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə cavabdeh tərəfindən imzalanmış və cavabdeh imzanın ona məxsus olmasını inkar etməmiş, müqavilədə göstərilən pul məbləğini iddiaçıdan əvəzsiz olaraq almasını qeyd etmişdir. Bu hal tərəflər arasında borc öhdəliyinin mövcudluğunu təsdiq edən əsas sübutdur.
20. Cavabdeh apellyasiya kollegiyasının iclası zamanı bildirmişdir ki, pula ehtiyacı olduğundan bazarda tanışlıqla nümayəndə1 yanına getmiş və ondan 1.500 manat borca pul istəmişdir. nümayəndə1 da ona 1.500 manat verə biləcəyini 10 ay müddətində ondan 2.500 manat pul alacağını demişdir. Həmçinin nümayəndə1 ona demişdir ki, pulu yalnız yazılı müqavilə şəklində ona verə biləcək. Belə olub razılaşmışdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, müqavilənin arxa hissəsində “Borc alan” qrafasında olan bütün yazılar və imzalar onun tərəfindən yazılmış və imzalanmışdır. “Borc verən” qrafasında isə heç bir yazı olmamışdır. Həmin zaman nümayəndə1 tərəfindən “Borc verən” hissəyə heç nə yazılmamış və imzalanmamışdır. Hesab etmişdir ki, həmin hissə sonradan evdə iddiaçı tərəfindən imzalanmışdır. Daha sonra qeyd etmişdir ki, aralarında olan müqavilənin üz hissəsinə baxdıqda yuxarıda yazıların olmasını görmüşdür. Lakin, həmin hissədə “Müqavilənin predmeti” qrafası qarşısında heç bir məbləğin yazılmasını görməmişdir. Həmin vaxt nümayəndə1 qrafaya ona qaytarmalı olduğu 2.500 manat pulun yazılmasını tələb etməmişdir.
21. Göründüyü kimi işin mübahisəli halını cavabdeh tərəfindən alınmış pulun qaytarılmaması barədə iddiaçının tələbi təşkil etmişdir. Iddiaçı, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməyərək aldığı 25.000 manat pulun ona qaytarılmaması ilə bağlı tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış “Borc müqaviləsi”-nin şərtlərinə istinad etmişdir.
22. Belə olan halda qeyd edilməlidir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, cavabdeh iddia tələbini qəbul etmədiyini bildirsə də, öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
23. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı borc müqaviləsi üzrə öhdəliyini icra edərək 25.000 manat pulu cavabdehə vermiş, lakin cavabdeh pulları iddiaçıdan alsa da üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməyərək həmin pul məbləğini iddiaçıya ödəməmişdir.
24. Birinci instansiya məhkəməsi müqavilənin guya iddiaçı ilə deyil, onun həyat yoldaşı ilə bağlanması qənaətinə gəlmiş, lakin bu nəticə heç bir mötəbər sübutla təsdiqlənməmişdir. Müqavilənin mətnində borc verən şəxs açıq şəkildə iddiaçı kimi göstərilmişdir. Təkcə iddiaçının həyat yoldaşının prosesdə fəal iştirakı və danışıqlarda yer alması müqavilənin onunla bağlanması anlamına gəlmir. Mülki hüquqda əqdin tərəfi müqavilədə göstərilən və iradəsini imza ilə ifadə edən şəxsdir.
25. Apellyasiya şikayətində də göstərildiyi kimi, cavabdeh müqaviləni imzaladığı halda uzun müddət ərzində həmin əqdi nə mübahisələndirmiş, nə də onun etibarsızlığı barədə məhkəməyə müraciət etmişdir. Cavabdehin bu davranışı müqavilə üzrə öhdəliyin qəbul edildiyini göstərir. Bundan əlavə, cavabdehin pul almamasından ibarət arqumentləri onun öz davranışları və təqdim edilmiş səs yazıları ilə də təkzib olunur. Həmin səs yazılarında cavabdehin borcunun mövcudluğu dolayısı ilə etiraf edir və borcun müəyyən hissəsinin ödənilməsi müqabilində iddiadan imtina olunması müzakirə edilir.
26. Birinci instansiya məhkəməsi şahid şahid1 ifadələrini əsas sübut kimi qəbul etmişdir. Halbuki, iş materiallarından görünmüşdür ki, həmin şəxs iddiaçı ilə əvvəlki borc münasibətlərinə görə mübahisədə olmuş və barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bu hal onun qərəzli şahid olmasını ehtimal edilən edir və ifadələrinin sübut kimi qiymətləndirilməsini şübhə altına alır. Məhkəmə bu məsələyə lazımi hüquqi qiymət verməmişdir.
27. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdehin iddialarına əsaslanaraq müqaviləni yalan və ya uydurma əqd kimi qiymətləndirmiş, lakin bunun üçün qanunla tələb olunan sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsinə əsasən əqdin yalan və ya uydurma sayılması üçün onun başqa əqdi pərdələmək məqsədi ilə bağlanması və ya hüquqi nəticə yaratmaq niyyətinin olmaması sübuta yetirilməlidir. Hazırkı işdə isə belə hallar müəyyən edilməmişdir.
28. Apellyasiya kollegiyası mövqeyini Mülki Məcəllənin 6, 324, 385, 390, 425, 442, 448, 739, 740-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
29. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337, 339, 385, 427, 442, 448, 739, 740-cı, Mülki Prosessual Məcəllənin 14, 254, 376, 385, 386, 387, 388, 389, 390-cı maddələrinin tələbləri pozulmuşdur.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə heç bir araşdırma aparmamışdır. O, iddiaçını tanımır və ondan pul almamışdır. Iddiaçının əri nümayəndə1 2024cü ilin may ayında 1.500 manat sələmə pul götürmüşdür. 10 ay 250 manatdan ona ödənişlər etmişdir, ümumilikdə 1.500 manata qarşı 2.500 manat pul ödəmişdir. Aylıq ödənişlərini 2-3 gün gecikdirdiyinə görə nümayəndə1 əlavə olaraq ondan 300 manat pul almışdır. nümayəndə1 problemli adam olduğuna görə etiraz etməmiş, 300 manatı ödəmişdir. O, müqaviləni 2024-cü il tarixdə iddiaçı ilə yox, əri nümayəndə1 ilə bağlamışdır. Məlumatı olduqdan sonra dərhal müqavilənin etibarsız hesab olunması barədə Masallı Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə işi obyektiv araşdırmadığından, onun birinci instansiya məhkəməsinə verdiyi dayandırma barədə vəsatətlərini yoxlamamış və yaxud elektron sistemdən Masallı Rayon Məhkəməsinə verdiyi iddia ərizəsinə baxmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş videogörüntüyə üstünlük vermişdir. Görüntüdə nümayəndə1 ondan pulunu tələb etmişdir. Həmin adamın özünün olmağını etiraf etmişdir. O, nümayəndə1 1.500 manat sələmə götürdüyünü danmır və götürdüyü pulu da 2.800 manat faizi ilə geri qaytarmışdır. O, borc müqaviləsinə imza edərkən sənədin sonuna imza etmişdir, müqavilənin ilk səhifəsi boş olmuş və sonradan doldurulmuşdur. Məhkəmə imzasını inkar etmədiyinə görə iddia tələbini təmin etmişdir. Müqavilə əvvəldən etibarsızdır. Məhkəmə tərəfindən verilmiş səs yazılarına istinad etməmişdir. Bundan başqa şahid şahid1 ifadəsini də mötəbər sübut kimi qəbul etməmişdir.
32. Daha sonra, cavabdeh məhkəməyə vəsatət verərək, iddiaçı ilə bağlı müqavilənin etibarsızlığı barədə iddia verdiyi üçün hazırkı mülki işin icraatının dayandırılmasını xahiş etmişdir.
33. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
34. Iddiaçı kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
35. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh kassasiya şikayətini pulu verməmək, müddəti uzatmaq məqsədi ilə vermişdir. Kassasiya şikayəti əsassız və qanunsuzdur.
Kassasiya baxışının hədləri:
36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
37. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olan redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olan redaksiyada) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Ilk olaraq iş üzrə icraatın dayandırılmasına dair cavabdehin vəsatətinə münasibət bildirərək məhkəmə kollegiyası onu əsaslı hesab etmir.
42. Belə ki, cavabdeh tərəflər arasında bağlanmış və hazırkı iddianın əsasında dayanan müqavilənin etibarlılığını başqa iddia icraatında mübahisələndirdiyini əsas gətirməklə, icraatın dayandırılmasını xahiş edir. Halbuki, hazırkı iddia müqaviləyə əsaslandırıldığından, bu müqavilənin etibarlılığı məhz hazırkı icraatda apellyasiya məhkəməsi tərəfindən artıq araşdırılmışdır.
43. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## #### 2022-ci il tarixli qərardadında irəli sürülən hüquqi mövqeyə görə, ... hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir.
44. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş (bax bənd 19-28) və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara və tərəflərin izahatlarına, şahid ifadələrinə səlahiyyətləri çərçivəsində hüquqi qiymət verməklə, mübahisə predmetini təşkil edən müqavilənin etibarsız hesab olunması üçün hər hansı əsas müəyyən etməmişdir. Bu zaman sübutların mümkünlüyü və qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.
46. Işin hallarının düzgün müəyyən edilməməsi, sübutların qiymətləndirilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə dair məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*- *)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.