Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1007/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borc tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli , ## ###### 2026cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən əl yazısı ilə yazılmış iltizamda qeyd edilmişdi ki, o, İddiaçı şəxsi biznes işi ilə əlaqədar olaraq ## ######## 2023-cü il tarixdə 30.000 manat məbləğində pulu götürmüş, hər ay qazancından gəlirin 50 faizini, yəni 1.000 manatını ona verəcəyini, qeyd olunan işi 2 il ərzində yekunlaşdırıb, sonda 30.000 manat pulu tam şəkildə geri qaytaracağını bildirmişdi.
2. Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmişdi ki, cavabdeh araşdırma zamanı vermiş olduğu izahatında həqiqətən də İddiaçı 30.000 manatı avtomobil alqı-satqısı məqsədilə almış, lakin sonradan hissə-hissə olmaqla təxminən 10.000 manatını qaytarsa da, qalan məbləği qaytara bilməmişdir.
3. “E-Manat” ödəniş sistemi vasitəsilə edilmiş elektron ödəniş qəbzlərinə əsasən cavabdeh ## ####### 2023-cü il tarixdə 1000 manat, ## ###### 2023-cü il tarixdə 1000 manat, ## ###### 2023-cü il tarixdə 1000 manat, ## ###### 2024-cü il tarixdə 500 manat, ## ###### 2024-cü il tarixdə 500 manat, ## ###### 2024-cü il tarixdə 400 manat, ## #### 2024-cü il tarixdə 400 manat, ## #### 2024-cü il tarixdə 400 manat, ## ##### 2024-cü il tarixdə 100 manat, ## ##### 2024-cü il tarixdə 200 manat yenidən 300 manat və 400 manat, ## ### 2024cü il tarixdə 400 manat, ## ### 2024-cü il tarixdə 500 manat, ## ### 2024-cü il tarixdə 500 manat, ## #### 2024-cü il tarixdə 200 manat, ## #### 2024-cü il tarixdə 400 manat, ## #### 2024-cü il tarixdə 100 manat, ## ###### 2024-cü il tarixdə 450 manat və 1000 manat olmaqla ümumilikdə 9750 manat məbləğində ödənişlər etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş borca görə 30.000 manat, mənəvi ziyana görə 5.000 manat və dövlət rüsumu kimi ödədiyi 180 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, cavabdeh ilə orta məktəbi bir sinifdə oxumuşdur. Onun həyat yoldaşı vəfat etdikdən sonra yaşadığı evi 177.000 manata satıb, 140.000 manata başqa ev almışdır. Bütün bu proseslər isə cavabdehin iştirakı ilə icra edildiyinə görə o, bütün baş verənlərdən məlumatlı olmuşdur. Daha sonra cavabdeh ondan mənzilin satışından qalan pulları nə edəcəyi haqqında ondan soruşduqda ona bildirmişdir ki, qalan pulları banka depoizitə qoymaq qərarına gəlmişdir. Lakin, cavabdeh Cavabdeh pulu banka depozitə qoymağa imkan verməyib, ona avtomobillərin alqısatqısı ilə məşğul olduğunu və kifayət qədər pul qazandığını deyərək qalan 30.000 manat pulu ona verəcəyi təqdirdə hər ay 1000 (bir min) manat ona qazanc verə biləcəyini, eyni zamanda pul lazım olacağı halda 30,000 manatı tam qaytaracağına söz vermişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri icra etmədikdən sonra iddiaçının stres və həyəcan yaşamasına səbəb olmuşdur ki, bununla da ona mənəvi zərər dəymişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.
6. Beyləqan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Səbuhi Səfərov) iddianın qismən təmin edilməsi, cavabdehdən 20.250 manatın alınaraq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
7. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 30.000 manat məbləğində pulu vermiş və cavabdeh həmin puldan 9750 manatını qaytarsa da 20250 manatını qaytarmamış və bununla da razılaşdıqları kimi, öz üzərinə düşən öhdəliyi tam icra etməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmış, məbləğ üç min manatdan çox olduğundan iddiaçı tərəfindən cavabdehə borc pulun verilməsi yazılı müqavilə ilə rəsmiləşdirilmiş, cavabdeh aldığı pulu müqavilədə qeyd edilən tarixdə iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, indiyədək öhdəliyini icra etməmiş və nəticədə müqavilənin və qanunvericiliyin tələblərini pozmuşdur. Bunun da nəticəsində iddiaçı haqlı olaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi cavabdehdən 20.250 manat məbləğində pulun tutularaq iddiaçıya qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir.
10. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçıya vurulmuş 5.000 manat məbləğində mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
11. Məhkəmə qeyd etmişdir ki, məhkəmə xərci kimi iddiaçı tərəfindən ödənilən 180 manat məbləğində dövlət rüsumunun əvəzi də iddia tələbi qismən təmin edildiyindən cavabdehdən yalnız 150.75 manat pul (dövlət rüsumu kimi) iddiaçının xeyrinə tutulmalıdır.
12. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 20.250 manat borc pul və ödənilmiş 150.75 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir.
13. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 445.2, 448.1, 739.1, 739.2-ci, habelə MPM-nin 14.2, 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 17.000 manat pul borclu olduğu, hələ işin məhkəməyə daxil olmamasından xeyli əvvəl, yəni Bakı şəhəri Binəqədi RPİnin 4-cü PŞ-də toplanmış material üzrə qəbul edilmiş ## #### 2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarda öz əksini tapmışdı. Lakin buna baxmayaraq, iddiaçı yenə də məhkəmədə 30.000 manat pul tələb etmişdi. Məhkəmədə iştirakı təmin olunmadığından həmin sübutları məhkəməyə təqdim edə bilməmişdi. Bundan başqa, iddiaçı mobil telefon vasitəsilə onun kartına 1000 manat pul və onun adına “Kontakt Home”a olan kredit borcuna görə üç dəfəyə 630 manat da ödəmişdi. Əvvəlki mobil telefonu yandığından aralarında olmuş yazışmaları əldə edə bilməmişdi. İddiaçının adına qeyd etdiklərindən daha çox ödənişlər etmişdi. Əslində, bu gün iddiaçıya 13.000 manat borcu qalmışdı. Əlavə olaraq, qeyd etmişdi ki, polis şöbəsinin rədd qərarında göstərilən 17.000 manatı qəbul edirlər. İddiaçı Binəqədi rayon polis şöbəsinə müraciət etdiyi zaman cavabdeh 17.000 manat borcun mövcudluğunu etiraf etmişdi. Buna baxmayaraq, iddiaçı ödənişlər almasına baxmayaraq məhkəmədə 30.000 manat məbləğində iddia qaldırmışdı. Məhkəmə baxışı zamanı qəbzlərin yalnız bir hissəsi təqdim edilmişdi. Cavabdehin mobil telefonunun sıradan çıxması səbəbindən bəzi ödəniş qəbzlərinin çıxarılması mümkün olmamışdı. Apellyasiya instansiyasına təqdim etdiyi sübutlar birinci instansiya məhkəməsində iştirak etmədikləri üçün təqdim olunmamışdı, lakin bu ödənişlər iddiaçıya məlum olmuşdu. Ödəniş qəbzlərinin bir qismi iddiaçı tərəfindən də təqdim edilmişdi. Belə ki, 633 manat məbləğində “Kontakt Home”a, 1000 manat isə iddiaçı tərəfindən təqdim edilmiş bank kartı hesabına köçürülmüşdü. Təqdim edilən 1633 manat məbləğində ödəniş hesablama zamanı nəzərə alınmışdı. Cavabdeh hazırda 13000 manat məbləğdə borcu qalmışdı. Bu səbəbdən qətnamədə borc məbləğinin 13000 manata qədər azaldılmalıydı. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.”
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən, məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Beyləqan Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdi ki, “E-Manat” ödəniş sistemi vasitəsilə edilmiş elektron ödəniş qəbzlərinə əsasən cavabdeh müxtəlif zamanlarda ümumilikdə 9750 manat məbləğində ödənişlər etmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qalıq borc məbləğini mübahisələndirərək cavabdehin iddiaçıya hal-hazırda 13.000 manat məbləğdə borcunun qaldığını bildirmişdi, lakin bu fakt iş üzrə mötəbər sübutlarla təsdiqini tapmamışdı. Vəkil Yelmar Vəkil oğlu tərəfindən təqdim edilmiş ödəniş sənədlərinə gəldikdə, məhkəmə tərkibi qeyd etmişdi ki, bu ödənişlər İddiaçı tərəfindən etiraf edilmir. Habelə onlar yalnız apellyasiya instansiyası məhkəməsində icraat zamanı təqdim edilmiş, birinci instansiya məhkəməsində isə təqdim edilməməsinin üzrlü səbəbləri əsaslandırılmamışdı.
18. Beləliklə, tərəflərə birinci instansiya məhkəməsində icraat zamanı qanunla müəyyən edilmiş prosessual müddətlər çərçivəsində özlərinin mötəbər sübutlarını məhkəməyə təqdim etmək üçün kifayət qədər vaxt ayrılmış və zəruri şərait yaradılmışdı. İş materiallarına əlavə edilmiş xəbərnamədən də görünür ki, cavabdeh birinci instansiya məhkəməsində keçirilmiş iclasların vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdi ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.
20. Məhkəmə qeyd etmişdi ki, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edirdi ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 385.1,425, 445.2.1, 739.1, 881.1, 881.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkili Vəkil ) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kasasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
29. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Madə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
39. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
40. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
41. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
43. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehə 30.000 manat borc vermiş və cavabdeh həmin borcdan 9750 manatı qaytarsa da, 20.250 manatı qaytarmamış və bununla da cavabdeh razılaşdıqları kimi öz üzərinə götürdüyü öhdəliyini tam icra etməmişdir. Belə ki, “E-Manat” ödəniş sistemi vasitəsilə edilmiş elektron ödəniş qəbzlərinə əsasən cavabdeh müxtəlif zamanlarda ümumilikdə 9.750 manat məbləğində ödənişlər etmişdir.
44. Bundan başqa, cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində qalıq borc məbləğini mübahisələndirərək iddiaçıya hazırda 13.000 manat borcunun qaldığını bildirmiş, lakin bu fakt iş üzrə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
45. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.