Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1042/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “zərərin (əldən çıxmış fayda) ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ünvan 5 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmuşdur. Daha sonra sözügedən qeyri-yaşayış sahəsinə tərəflərin ½ hissədə payları tanınmışdır. Bakı Apellyasiya Məhkəməsi 2(103)- **/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə "Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(**l)-***/**** saylı iş üzrə qəbul etdiyi ## ###### 2018-ci il tarixli qətnamə ləğv olunmuş, yeni qətnamə çıxarılmışdır. Belə ki, iddiaçının cavabdeh2 qarşı "birgə mülkiyyətdə olan əmlakın icarəyə verilməsindən əldə edilən gəlirin 2/3 hissəsinin xeyrinə tutulması" tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh2 tərəfindən icarəyə verilməsindən 2010-2020-ci illər ərzində əldə olunmuş gəlirin 1/2 hissəsi, yəni 3835,79 manat, dövlət rüsumlarının əvəzi qismində 35,80 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən 701,4 (faktiki 1200) kv.m-dən ibarət əmlak kompleksinin (##.##.2023-cü il tarixli ekspert mütəxəssis rəyində nəzərdə tutulmuş 2010-2022-ci illər ərzində hesablanmış 444.000 manata uyğun olaraq) müəyyənləşdirilmiş icarə dəyərinin ½ hissəsinin (yarısının) cavabdehlər cavabdeh2 və cavabdeh1 tutularaq (cavabdehlərdən əldən çıxmış faydanın, zərərin əvəzi kimi tutulma həyata keçirilərkən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə 3.835,79 manat İddiaçı verilməsi nəzərə alınaraq bu məbləğin tutulacaq məbləğdən çıxılmasına və geri qalan məbləğin) iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddiaçı tələbini belə əsaslandırmışlar ki, ünvan 5 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmuşdur. cavabdeh2 ilə aramızda olan nikah pozulduqdan sonra iddiaçı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin ##.##.2014-ciı il tarixli 2(006)- ***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının ünvan 8 (indiki ünvan 7) ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin yarı, 1/2 payına mülkiyyət hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli 2(103)- ***/**** saylı qətnaməsi ilə və AR Ali Məhkəməsinin MK-nın ##.##.2020-ci il tarixli *(***)****/**** saylı Qərarı ilə Nəsimi Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli və *(***)-***/**** saylı Qətnaməsini dəyişdirmədən qüvvədə saxlanılmışdır. 2012-ci il tarixdə cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2010-cu il tarixdən cavabdehlə faktiki ayrıldığını və ər evindən çıxdığı vaxtdan etibarən birgə nikahları dövründə ünvan 8 ünvanında yerləşən sahəsi 701,4 m2 olan qeyri-yaşayış sahəsini əldə etdiklərini gəlirin yarı hissəsinin alınıb iddiaçıya verilməsi ilə bağlı iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsi *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə "Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(**l)-***/**** saylı iş üzrə qəbul etdiyi ## ###### 2018-ci il tarixli qətnamə ləğv olunmuş, yeni qətnamə çıxarılmışdır. Belə ki, iddiaçının cavabdeh2 qarşı "birgə mülkiyyətdə olan əmlakın icarəyə verilməsindən əldə edilən gəlirin 2/3 hissəsinin xeyrinə tutulması" tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh2 tərəfindən icarəyə verilməsindən 2010-2020-ci illər ərzində əldə olunmuş gəlirin 1/2 hissəsi, yəni 3835,79 manat, dövlət rüsumlarının əvəzi qismində 35,80 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin iş üzrə Məhkəmə Kollegiyası həmçinin qeyd etmişdir ki, "Iddiaçı iddia tələbində əmlakın icarəyə verilməsinə görə ##.##.2010-cu il tarixdən etibarən 28 ay ərzində əldə edilən gəlirdən pay istəməsinə baxmayaraq, onun xeyrinə 2010-2020-ci illər üçün hesablanmış gəlir məbləğinin müvafiq hissəsinin tutulması iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir; çünki, iddiaçı iddia tələbini ##.##.2012-ci il tarixdə irəli sürmüş, məhkəmə prosesi isə ondan asılı olmayan səbəblərdən hazırkı dövrə qədər davam etmişdir. Həmçinin qeyd olunmalıdır ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür və iddiaçının iddia tələbinin predmeti mahiyyət etibarilə nikah dövründə əldə olunmuş əmlakla bağlı hüququnun bərpası barədə olmaqla bu hüququn həcmi (miqdarı, ölçüsü və s.) bilavasitə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin iş üzrə Apellyasiya Məhkəməsində məhkəmə tərəfindən (təkrar) məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Təyin edilmiş ekspertiza tədqiqatına Azərbaycan Respublikasının Auditorlar Palatasının auditorları da cəlb olunmuş, audit rəyi və onun əsasında verilmiş ekspert rəyi ilə 2010-2020-ci illər ərzində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov (keçmiş Tağızadə küçəsi) 19/1 ünvanında yerləşən 701,4 m2- dən ibarət qeyriyaşayış sahəsindən əldə olunan xalis gəlirin 7671,58 manat təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi öz qərarını çıxararkən ancaq gələn gəliri bölgüsünü aparmış və bu qətnaməsini audit rəyi əsasında çıxarmışdır. Məhkəməyə təqdim edilmiş "Next Audit-Konsaltinq MMC-nin direktoru X4 tərəfindən ## ###### 2020-ci il tarixli audit rəyində qeyd olunanları nəzərə alsaq 2010-2020-ci illər üzrə cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən sahəsi 701,4 kv.m olan qeyri-yaşayış sahəsindən xərclər çıxıldıqdan sonra qazanc 7671,58 manat təşkil edir. 2010-2020-ci il tarixləri əhatə edən 10 illik dövr ərzində Bakı şəhərinin mərkəz yerlərindən birində 701 kv-lik (həmin qeyri-yaşayış sahəsi hündür olduğundan müəyyən hissəsi iki mərtəbəli hala salınmışdır ki, bu da faktiki olaraq 1500 kv.m-dən çox sahə edir) sahənin 7671,58 manat gəlir təşkil etməsi heç cür ağlabatan və reallığa uyğun deyil. Belə ki, 10 (120 ayı) ili aylara bölsək (120 ay edir ki, 7671,58 manatı 120 aya bölsək (7672,58 :120 =63,92 (altmış üç manat doxsan iki qəpik) sözügedən qeyri-yaşayış sahəsinin aylıq gəliri cəmi 64 manatdan az təşkil edir. Bu da o deməkdir ki, iddiaçıya o böyüklükdə icarə sahəsindən hər ay üçün cəmi 32 manat qazanc düşür). Nəzərə almaq lazımdır ki, həmin 701 kv-lik (faktiki olaraq 1500 kv.m-dən çox) sahədə mebel sexi, avto servis və.s kimi çoxsaylı istehsalat və xidmət sahələri hazırda da fəaliyyət göstərir. Bu sahələrin fəaliyyət göstərdiyi Bakı şəhərinin mərkəz yerlərindən birində yerləşən sahəsi 701 kv olan (faktiki sahəsi 1500 kv-dan çox olan) bir qeyri-yaşayış sahəsinin aylıq gəlirinin 64 manatdan az»olması, ağlabatan olmadığı kimi qeyri-ciddi, faktiki bazar qiymətini əks etdirməyən bir göstəricidir. Nəzərə alınmalıdır ki, ünvan 5 ünvanında yerləşən və birgə nikah dövründə əldə edilmiş qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsini 2010-cu ildən istəsə də cavabdeh həmin əmlakı iddiaçıya verməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı keçən illər ərzində əmlakından istifadə edə bilməmişdir. Əgər cavabdehin mənə qarşı süni maneələri olmasa idi, iddiaçı keçən 12 il ərzində qeyri-yaşayış tipli əmlakından hər ay 32 manat deyil, daha çox gəlir əldə edərdi. Görünən odur ki, cavabdeh hər hansı məcburi ödəmələrdən yayınmaq üçün təhrif edilmiş hesabatlar vermiş və nəticədə rəsmi sənədlərdə gəlir məbləği 32 manat müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, Bakı şəhəri, Nəsimi Rayonu, Ceyhun Səlimov (keçmiş Tağızadə) küçəsi olan ərazidən 1 otaqlı, 30-35 kv.m-lik sahəsi olan mənzilin kirayə haqqı 300 (üç yüz) manat civarındadır. Belə olan halda çıxarışda sahəsi 701 kv.m olan tex pasportda və faktiki vəziyyətdə 1500 kv.mdən artıq sahəsi qeyri-yaşayış obyektinin ümumi qazancının 64 manat olması heç də ağlabatan deyildir. Odur ki, cavabdeh X2 (mənə) iddiaçıya məxsus əmlakı illərlə verməməklə, icarə dəyəri belə minlərlə manat olan əmlakı formal dəyər göstərək istifadə edərək, hüquqlardan sui-istifadə hallarına yol vermiş, nəticədə məni əldə edə biləcəyi gəlirdən məhrum etmişdir. Hesab edir ki, müvafiq ekspertiza və sahəsinin istifadəsi (icarəsi) ilə bağlı bazar dəyəri müəyyən edilməklə bu illər ərzində iddiaçı kimi mənə dəymiş zərər (ziyan) hesablanaraq ödənilməlidir.
4. “xxxx” MMC tərəfindən verilmiş sözügedən obyektin 2010- 2022-ci illər üzrə aylıq icarə dəyərinin əks olunduğu ekspert-mütəxəssis rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin icarə dəyəri 2010-2022-ci illər ərzində orta bazar qiymətinə uyğun olaraq cəmi 444.000 manat təşkil edir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia tələbi təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 218.164,21 manat maddi zərər, ödənilmiş 100 manat dövlət rüsumu və keçirilmiş qiymətləndirmənin dəyəri olan 400 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə "Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(**l)-***/**** saylı iş üzrə qəbul etdiyi ## ###### 2018-ci il tarixli qətnamə ləğv olunmuş, yeni qətnamə çıxarılmışdır. Belə ki, iddiaçının cavabdeh2 qarşı "birgə mülkiyyətdə olan əmlakın icarəyə verilməsindən əldə edilən gəlirin 2/3 hissəsinin xeyrinə tutulması" tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh2 tərəfindən icarəyə verilməsindən 2010-2020-ci illər ərzində əldə olunmuş gəlirin 1/2 hissəsi, yəni 3835,79 manat, dövlət rüsumlarının əvəzi qismində 35,80 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Belə olan təqdirdə ilk öncə məhkəmə hesab edir ki, sözügedən icarə haqqı tərəflərin paylarına uyğun olaraq bölünməli, daha sonra Bakı Apellyasiya Məhkəməsi *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğ məhkəmə araşdırması zamanı müəyyən edilmiş zərərdən çıxılmalı, yəni 222.000 manatdan 3.835,79 manat çıxılmalı, qalan 218.164,21 manat məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88, 107, 119.1. 119.4, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, əvvəla iddiaçının oğlu da cavabdeh1dur və qətnamə ilə pulun tutulmasının kimə yönəldilməsi müəyyən olunmur. cavabdeh2 nikahda olmasına baxmayaraq o mülkiyyət sahibi deyildir və subyekt qismində olmalı deyildir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspertizanın rəyi də əsassızdır. Belə ki, rəqəmlər şişirdilərək məhkəməyə təqdim edilmişdir. Mübahisəli əraziyə baxış keçirilərkən tərəflərin iştirakı təmin edilməmiş və ümumiyyətlə ekspertin əraziyə baxışa gəlməsi müəyyən deyildir. Mübahisəli obyekt icarədə olmamışdır. Işlədiyi müddət ərzində əldə olunan gəlirlərin bölünməsi barədə iddia icraatı olmuş və bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı iş materiallarına əlavə olunmuşdur. Bundan əlavə iddiaçıya cavabdehlər tərəfindən hər hansı maneələr yaradılmamış, cavabdehlərin hərəkətlərində hər-hansı qanun pozuntusu olmamışdır. Mülki iş birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli, obyektiv, tam araşdırılmamışdır. Çünki iddiaçıya dəyən ziyanla bağlı hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamış, bununla bağlı olan halları araşdırmamış, ona görə də düzgün qiymət verilməmiş, ümumiyyətlə formal qətnamə qəbul edilmişdir.
10. Azərbaycan Respublikasının Auditorlar Palatasının ## #### 2024-cü il tarixli rəyinə əsasən audit zamanı müəyyən etdiyi və "xxxx" MMC-nin (VÖEN**********) ##.##.2024-cü il tarixli **-**/**MY/** nömrəli qiymətləndirmə hesabatı ilə bağlı rəyinə əsasən İddiaçı və cavabdeh1 məxsus ünvan 2 ünvanında 0.079540 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 701.4 kv.m sahədən (obyektin faktiki sahəsi 1200 lev.m təşkil edir) ibarət qeyri-yaşayış obyektinin ##.##.2010-cu il tarixindən ##.##.2022-ci il tarixinə kimi icarə haqqı cəmi 324047.00 manat olmuşdur.
11. Azərbaycan Respublikasının Auditorlar Palatasının **/P/**-** nömrəli ## ###### 2025ci il tarixli rəyinə əsasən audit zamanı müəyyən edilmişdir ki, əmlak kompleksinin icarəyə yararlı olan hissələri A tikilisinin 1-ci mərtəbəsi (370.7 kvadrat metr), A tikilisinin 2-ci mərtəbəsi (66.8 kvadrat metr), B tikilisi (124.3 kvadrat metr), C tikilisinin 1-ci mərtəbəsi (206.4 kvadrat metr), C tikilisinin 2-ci mərtəbəsinin zal hissəsinin 136.4 kvadrat metr hissəsi və B və C tikilisinin arasında yerləşən hissəsinin (40.3 kvadrat metr) 2010-2022-ci illər üzrə icarə haqlarının cəmi 331091.06 manatdır.
12. Azərbaycan Respublikasının “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli, QXM/*** nömrəli qiymətləndirmə hesabatı ilə bağlı rəyinə əsasən aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən çıxarışda 701,4 kv.m-dən (faktiki istifadəyə yararlı 1200 kv.m) ibarət əmlak kompleksinin ##.##.2010-cu il tarixindən ##.##.2022-ci illər üzrə hər il ayrıca qeyd edilməklə 13 illik müddət üçün orta icarə haqqının dəyəri 676800 manatdır.
13. Azərbaycan Respublikasının “xxxx” MMC-nin ## ####### 2025- ci il tarixli, MB-**/**** nömrəli qiymətləndirmə hesabatı ilə bağlı rəyinə əsasən ünvan 4 ünvanında yerləşən 701,4 kv.mdən (faktiki 1500) kv.m-dən ibarət əmlak kompleksinin 2010-2022-ci illər üzrə icarə haqları (qeyriyaşayış sahəsi kimi fəaliyyət göstərməsi və ya göstərəcəyi halda 2020-ci ilin mart ayında koronavirus COVID-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması nəzərə alınaraq) (qeyri-yaşayış sahəsi kimi əmlak kompleksinin faktiki sahəsinə daxil olan hissələr də nəzərə alınmaqla) 13 illik müddət üçün orta icarə haqqının dəyəri 724320 manatdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qərardadı ilə (hakimlər S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), R.Səlimov və X.Mərdanova) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsinin iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı 2010-2021-ci illər üzrə pulun tutulması tələbi ilə bağlı hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), R.Səlimov və X.Mərdanova) Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilMIŞ, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsinin 2022-ci il üçün pulun tutulması hissəsində tamamilə ləğv edilməklə, yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, hüquqi varis1, hüquqi varis4, hüquqi varis2, hüquqi varis3 və cavabdeh2 3.835,79 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatora aid edilməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsi cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmuşdur. Daha sonra sözügedən qeyri-yaşayış sahəsinə tərəflərin ½ hissədə payları tanınmışdır. Bakı Apellyasiya Məhkəməsi *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə "Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(**l)-***/**** saylı iş üzrə qəbul etdiyi ## ###### 2018-ci il tarixli qətnamə ləğv olunmuş, yeni qətnamə çıxarılmışdır. Belə ki, iddiaçının cavabdeh2 qarşı "birgə mülkiyyətdə olan əmlakın icarəyə verilməsindən əldə edilən gəlirin 2/3 hissəsinin xeyrinə tutulması" tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh2 tərəfindən icarəyə verilməsindən 2010-2020-ci illər ərzində əldə olunmuş gəlirin 1/2 hissəsi, yəni 3835,79 manat, dövlət rüsumlarının əvəzi qismində 35,80 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən mülkiyyətindən qanunsuz olaraq məhrum edilməsi nəticəsində ona dəymiş zərərin (əldən çıxmış faydanın) əvəzinin ödənilməsini xahiş edir.
17. Məhkəmə kollegiyası ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 2010-2022ci illər ərzindəki icarə dəyərinin müəyyənləşdirilməsi məqsədilə apellyasiya icraatı zamanı bir neçə mütəxəssis rəyləri əldə edilmişdir.
18. Azərbaycan Respublikasının Auditorlar Palatasının ## #### 2024-cü il tarixli rəyinə əsasən audit zamanı müəyyən etdiyi və "xxxx" MMC-nin (VÖEN**********) ##.##.2024-cü il tarixli **-**/**MY/** nömrəli qiymətləndirmə hesabatı ilə bağlı rəyinə əsasən İddiaçı və cavabdeh1 məxsus ünvan 2 ünvanında 0.079540 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 701.4 kv.m sahədən (obyektin faktiki sahəsi 1200 lev.m təşkil edir) ibarət qeyri-yaşayış obyektinin ##.##.2010-cu il tarixindən ##.##.2022-ci il tarixinə kimi icarə haqqı cəmi 324047.00 manat olmuşdur.
19. Azərbaycan Respublikasının Auditorlar Palatasının **/P/**-** nömrəli ## ###### 2025ci il tarixli rəyinə əsasən audit zamanı müəyyən edilmişdir ki, əmlak kompleksinin icarəyə yararlı olan hissələri A tikilisinin 1-ci mərtəbəsi (370.7 kvadrat metr), A tikilisinin 2-ci mərtəbəsi (66.8 kvadrat metr), B tikilisi (124.3 kvadrat metr), C tikilisinin 1-ci mərtəbəsi (206.4 kvadrat metr), C tikilisinin 2-ci mərtəbəsinin zal hissəsinin 136.4 kvadrat metr hissəsi və B və C tikilisinin arasında yerləşən hissəsinin (40.3 kvadrat metr) 2010-2022-ci illər üzrə icarə haqlarının cəmi 331091.06 manatdır. Icarə haqlarının hesabat cədvəlinə baxış keçirilən zaman iki məqam nəzərə alınmalıdır ki, birinci məqam ondan ibarətdir ki, əmlak kompleksinin 2010-2022-ci illər üzrə icarə haqları əmlakın fasiləsiz icarəyə verilməsi nəzərdə tutulmaqla hesablama aparılmışdır.
20. Azərbaycan Respublikasının “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli, QXM/*** nömrəli qiymətləndirmə hesabatı ilə bağlı rəyinə əsasən aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən çıxarışda 701,4 kv.mdən (faktiki istifadəyə yararlı 1200 kv.m) ibarət əmlak kompleksinin ##.##.2010-cu il tarixindən ##.##.2022-ci illər üzrə hər il ayrıca qeyd edilməklə 13 illik müddət üçün orta icarə haqqının dəyəri 676800 manatdır.
21. Azərbaycan Respublikasının “xxxx” MMC-nin ## ####### 2025- ci il tarixli, MB-**/**** nömrəli qiymətləndirmə hesabatı ilə bağlı rəyinə əsasən ünvan 4 ünvanında yerləşən 701,4 kv.mdən (faktiki 1500) kv.m-dən ibarət əmlak kompleksinin 2010-2022-ci illər üzrə icarə haqları (qeyriyaşayış sahəsi kimi fəaliyyət göstərməsi və ya göstərəcəyi halda 2020-ci ilin mart ayında koronavirus COVID-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması nəzərə alınaraq) (qeyri-yaşayış sahəsi kimi əmlak kompleksinin faktiki sahəsinə daxil olan hissələr də nəzərə alınmaqla) 13 illik müddət üçün orta icarə haqqının dəyəri 724320 manatdır.
22. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, əldə edilmiş ekspert mütəxəssis rəyinə əsasən ünvan 5 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin icarə dəyəri 2010-2022-ci illər ərzində orta bazar qiymətinə uyğun olaraq cəmi 444.000 manat təşkil etdiyindən və həmin məbləğdən icarə haqqı tərəflərin paylarına uyğun olaraq bölünməklə, daha sonra Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğ məhkəmə araşdırması zamanı müəyyən edilmiş zərərdən çıxılmaqla, yəni 222.000 manatdan 3.835,79 manat çıxaraq, qalan 218.164,21 manat məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. 23.
24. Hazırda Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı 2010-2021-ci illər üzrə pulun tutulması tələbi ilə bağlı hissəsinə qiymət verildiyindən, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sonuncu mütəxəssis rəyi ilə də əldə olunan hesabatda 2022-ci il üzrə ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən istifadə edilməsi nəticəsində əldə edilən icarə dəyərinin qüvvədə olan qətnamə ilə müəyyən edilmiş məbləğə münasibətdə nəzərə alaraq, həmin məbləğin yarısı qismində 3.835,79 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Eyni zamanda kollegiya qeyd edir ki, 10 illik müddət üçün icarə haqqının məbləği 3.835,79 manat müəyyənləşdirildiyi təqdirdə qalan 2022-ci il üzrə qeyri-yaşayış sahəsindən istifadə edilməsi nəticəsində əldə edilən icarə haqqının həmin məbləğdə qəbul edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsi üzərində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı və cavabdeh1 ½ hissədə mülkiyyət hüquqları qeydiyyata alındığından hazırkı iş üzrə tutulmalı olan məbləğ cavabdeh cavabdeh1 tutulmalıdır. Lakin cavabdeh1 məhkəmə mübahisəsi gedən zaman öldüyündən hazırkı iş üzrə prossesual hüquqi varisləri qismində hüquqi varis1, hüquqi varis4, hüquqi varis2, hüquqi varis3 və cavabdeh2 cəlb edilmişdir. Kollegiya hesab etmişdir ki, tutulmalı olan məbləğ müştərək qaydada hüquqi varis1, hüquqi varis4, hüquqi varis2, hüquqi varis3 və cavabdeh2 tutulmalıdır.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci, MPM-in 14.2, 77.1, 82.3, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 21, 152.6, 157.5-
27. 14.1, 14.2, 76.1, 76.2, 88, 217.1, 217.3 və 217.4-cü maddələrinə istinad edilməklə ci, MPM-in onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi AR Konstitusiyasının 125-ci maddəsinin VII bəndinin tələblərini pozaraq iş üzrə həqiqətin müəyyən edilməsini təmin etməmiş, işə formal yanaşmış və aşağıdakı pozuntulara yol verərək maddi hüquq normalarını yanlış tətbiq etmişdir. İddiaçı əmlak bölgüsü tələbinə dair 2010-cu ildə iddia qaldırmışdır. Tərəflər arasında ümumilikdə 15 il məhkəmə çəkişməsi olmuşdur. Bu müddət uzanması cavabdeh1 (İddiaçı qaynatası) və cavabdeh2 (İddiaçı keçmiş həyat yoldaşı) tərəfindən məqsədli şəkildə bilərəkdən edilmişdir. Nəticədə İddiaçı 15 ilə yaxın öz mülkiyyət hüququnu realizə edə bilməmiş, əmlakından məhrum olmuşdur. Bununla bağlıməhkəməyə qısa xülasə təqdim edirəm: 1. İddiaçı cavabdeh2 ilə ## ###### 1997-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahlarından 2 övladları doğulmuşdur. Tərəflərin nikahları Bakı şəhəri Xətai rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. 2. Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, 19/1 (hal-hazırda ünvan 2) ünvanında yerləşən qeyri-yaşayış sahəsi birgə nikah dövründə əldə edilmişdir. İddiaçı tərəfindən ##.##.2010-cu il tarixində “Əmlak bölgüsü” tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Bundan sonra İddiaçı qaynatası cavabdeh1 əmlakı İddiaçı verməmək üçün ona qarşı əsassız iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınmasını və oğlu Hüseynin adına verilmiş mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Bu məqsədlə İddiaçı əmlak bölgüsü üzrə icraatı dayandırılmışdır. Bu şəkildə iddia tələbinin süni uzadılması məqsədilə şəhadətnamənin ləğvi tələbi Ali Məhkəməyədək davam etmişdir. Illərlə, aylarla boş-boşuna məhkəmələr olmuş, işin uzadılması üçün onlarla əsassız məhkəmə qərar və qərardadları qəbul edilmişdir. Nəhayət 2013-cü ildə bu əsassız uzatmaların birinci mərhələsi bitmişdir. Burada onu da qeyd edim ki, bu uzatmanın məqsədi İddiaçı onkoloji xəstə olmağından istifadə edərək, işi yubadaraq vəfat etməyini gözləmək və onu əmlak hüquqlarından məhrum etmək olmuşdur. Nəhayət, böyük çətinliklə 4 il sonra Nəsimi Rayon Məhkəməsinin (Hakim Emin Mehdiyev) ##.##.2014-cü il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, yuxarıda qeyd edilən qeyriyaşayış sahəsi üzərində bərabər paylarla mülkiyyət hüququ tanınmışdır. Icra mərhələsində məlum olmuşdur ki, İddiaçı məxsus əmlak artıq cavabdeh2 adında deyildir. Belə ki, cavabdeh1 oğlu cavabdeh2 qarşı təkrar formal əsaslarla məhkəməyə müraciət edərək səhnə yaratmışlar ki, guya birgə nikah dövründə əldə edilmiş və İddiaçı bölünməsini istədiyi əmlaka görə cavabdeh1, cavabdeh2 296.244,5 (iki yüz doxsan altı min) manat pul vəsaitini borc vermişdir. cavabdeh2 da hazırlanmış səhnə üzrə dərhal iddianı “etiraf edir” ki, guya atasına borcu varmış. Nəsimi Rayon Məhkəməsi ##.##.2013-cü il tarixli qanunsuz qətnaməsi ilə tam qanunsuz iddia təmin edilmişdir. Həmin qətnamə ##.##.2013-cü il tarixdə qüvvəyə minmiş icra vərəqəsi ilə ##.##.2014-cü il tarixdə Nəsimi rayon Icra Şöbəsinin icra məmuru Ramiz Quliyevin icraatına verilmişdir. Icra məmuru qanunsuz çıxarılmış qətnamə əsasında icra sənədini icra etmək məqsədilə guya borclu cavabdeh2 adına qeyri-yaşayış sahəsinin olduğunu müəyyən etmiş, daha sonra icra məmurunun ##.##.2014-cü il tarixli qanunsuz qərarı ilə milyonlarla qiyməti olan hazırkı iş üzrə mübahisə predmeti olan əmlak kompleksi - qeyri-yaşayış sahəsi cəmi 296.244,5 (iki yüz doxsan altı min) manat müqabilində “borc əvəzi” olaraq cavabdeh1 verilmişdir. Bütün bunların qanunsuz olduğunu anlayan cavabdeh1 “izi itirmək üçün” əmlakı ##.##.2014-cü il tarixdə formal alqı-satqı yolu ilə kürəkəni X1 adına keçirmişdir. Bundan sonra İddiaçı pay kimi veriləsi əmlak qalmamış və yuxarda qeyd edilən qanunsuz və əsassız iddialardan (onun əsasında çıxarılmış qətnamələrdən) ilhamlanan Vəliyevlər İddiaçı verilmiş pay hüququnun tanınması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli qətnaməsinin ləğvi üçün yenə formal və qanunsuz qətnamələrlə yuxarı instansiyalara müraciət etmişlər. Lakin Bakı Apellyasiya Məhkəməsi ##.##.2014-cü il tarixli qətnaməsi ilə cavabdeh2 apellyasiya şikayətini təmin etməmişdir. Tərəf, qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün müddəti ötürdüyündən müddətin bərpasına dair vəsatət vermiş, Bakı Apellyasiya Məhkəməsi müddəti bərpa etməyərək kassasiya şikayətini geri qaytarmışdır. AR Ali Məhkəməsi ##.##.2016-cı il tarixli qərarı ilə (hakim Gündüz Quliyev) kassasiya şikayəti təmin edilmiş, iş yenidən məhkəmə baxışına qaytarılmışdır. BakıApellyasiya Məhkəməsinin MK-nın ##.##.2016-cı il tarixli (hakim Ilham Əsədov) qərardadı ilə müddət bərpa edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. AR Ali Məhkəməsinin MK-nın ##.##.2016-cı il tarixli qərarı ilə (hakim Tatyana Qoldman) cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın ##.##.2017-ci il tarixli qərardadı ilə (hakim Ismayıl Xəlilov) iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin hakimi Ismayıl Xəlilovun iş üzrə icraatı dayandırmasına səbəb Nəsimi Rayon Icra Şöbəsinin icra məmuru RamizQuliyevin ##.##.2014-cü il tarixli qərarının mübahisələndirilməsi olmuşdur. Hansı ki, yuxarıda da qeyd etdiyimiz kimi bu qərarla Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, 19/1 (hal-hazırda ünvan 2) ünvanında yerləşən mübahisə predmeti olan qeyri-yaşayış sahəsi cavabdeh1 verilmişdir. Nəsimi Rayon Icra Şöbəsinin icra məmuru Ramiz Quliyevin ##.##.2014-cü il tarixli qanunsuz və əsassız qərarı Inzibati-iqtisadi Məhkəmənin qərarı ilə ləğv edilmişdir. Bu qərarın ləğv edilməsi (Vəliyevlərin şikayəti əsasında) Ali Məhkəmə mərhələsinədək davam etmiş və bu bu mübahisənin özü ümumilikdə 3 ildən çox vaxt almışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Ismayıl Xəlilov tərəfindən dayandırılmış işin icraatı davam etdirilmiş və İddiaçı əmlak üzərində ½ pay hüququ 2021-ci ildə tanınmışdır. Beləcə qeyd edilən əsassız iddialarla cavabdeh1 və cavabdeh2 İddiaçı sahədən istifadə etməsinə imkan verməmişlər. Ən son ünvan 7 ünvanında yerləşən 701,4 m2-dən ibarət əmlak kompleksinin xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus ½ hissəsinin naturada ayrılıb ona verilməsinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və 2023-cü il tarixdə Ali məhkəmənin yekun qərarı ilə əmlakın naturada ayrılıb ona verilməsi qət edilmişdir. Icra xidmətində əmlakın naturada ayrılıb verilməsi məsələsi bir neçə ay davam etmişdir. Ən son Icra xidməti (çoxsaylı müraciətlərimizdən sonra) əmlakın İddiaçı məcburi verilməsi mərhələsində cavabdeh2 (telefon vasitəsi ilə) icra məmurlarından vaxt istəmişdir. Icra məmuru icra hərəkətini gələn həftəyədək cavabdeh2 özü icra etməsi adı altında təxirə salmışdı. Bundan sonra (növbəti həftə) icra məmurları gəldikdə naturada İddiaçı verilməli olan sahə qəsdən məhv edilmiş və yararsız hala salınmışdı. Naturada İddiaçı verilməli olan sahənin qapıları, pəncərələri, tavanı, sanitar qovşağı, hətta divarda olan naqillərinə kimi məhv edilmişdi. Bununla bağlı cinayət işi qaldırılmış və cavabdeh2 Cinayət Məcəlləsinin 186-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir.
28. Bütün bunlar bir daha deməyə əsas verir ki, İddiaçı əmlakından bilərəkdən məhrum edilmişdir. Illərlə süründürməçilik olmuş, əsassız məhkəmələr tərəfindən süni uzatmalar edilmiş və nəticədə İddiaçı mülkiyyət hüququnu realizə edə bilməmişdir. 15 ildən sonra İddiaçı əmlak verilsə də həmin əmlak yarasız hala salınıb verilmişdir. Məhkəmə qanunsuz və əsassız yanaşma edərək öz qətnaməsinin əsası kimi qeyd edir ki (Qətnamənin 26 və 27 abzasları). Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və qeyd edir ki, işə baxan məhkəmə iddiaçıya dəyən zərəri müəyyən edərkən Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləği, ümumi məbləğdən çıxarkən 3.835,79 manatın məhz 2010- 2021-ci illər ərzində, qeyri-yaşayış sahəsindən istifadə edilməsi nəticəsində əldə edilən gəliri təşkil etdiyini nəzərə almamışdır. Yəni, sözügedən qeyri yaşayış sahəsindən gəlirin əldə edilməsi qüvvədə olan qətnamə ilə müəyyən edilmişdir.
29. Məhkəmə əsaslandırmasında nəzərə almamışdır ki, biz hazırda əldən çıxmış faydanı tələb edirlər, tələbimiz gəlirin bölüşdürülməsi deyil. Məhkəmə isə iddia tələbini gəlir adı altında pərdələmiş və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə gəlirlə əldən çıxmış faydanın fərqini nəzərə almamışdır. Məlumdur ki, gəlir artıq əldə olunmuş pul və ya mövcud olan qazancdır, yəni gəlir artıq faktiki mövcud olan qazanca deyilir. - Əldən çıxmış fayda isə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) başa düşülür. Qaldırdıqları iddia əldə çıxmış fayda ilə bağlıdır. Iş üzrə toplanmış qiymətləndirmə rəyləri bir daha deməyə əsas verir ki, İddiaçı yüz minlərlərlə pul vəsaiti qazana biləcəyi halda o bu hüquqdan məhrum edilmişdir. Məhkəmənin işin hallarına münasibətdə gəlirlə əldən çıxmış faydanı fərqləndirməməsi onun qərəzli və ədalətsiz yanaşmasından qaynaqlanır.
30. Məhkəmənin yanaşması iddialarının əsaslı olduğunu deməyə əsas verir. Çünki, məhkəmənin istinad etdiyi qətnamədən görünür ki, 10 il (2010-2021) üçün 3.835,79 manat gəlir İddiaçı verilmişdir. Məhkəmə hazırda iddianı qismən təmin edərək 2022-ci il üçün, yəni cəmi bir illik gəliri yenə 3.835,79 manat qiymətləndirir, yəni məhkəmənin 10 illik və 1 illik gəliri eyniləşdirməsi qətnamənin qanunsuzluğunun, eyni zamanda ədalətsizliyinin göstəricisidir. Elə bu qətnamənin təhlili bir daha əldən çıxmış fayda anlayışını aktual və əsaslı edir. Əvvəla 10 il üçün 3.835,79 manat gəlirə baxaq: 2010-2020-ci il tarixləri əhatə edən 10 illik dövr ərzində Bakı şəhərinin mərkəz yerlərindən birində 701 m2-lik ( hansı ki, həmin qeyri-yaşayış sahəsi hündür olduğundan müəyyən hissəsi iki mərtəbəli hala salınmışdır ki, bu da faktiki olaraq 1200 m2 olan) sahənin 7671,58 manat (bunun da yarısı 3.835,79) gəlir təşkil etməsi heç cür ağla batan deyil. 10 ili aylara bölsək (120 ay edir ki, 3.835,79 manat manatı 120 aya bölsək (3.835,79 :120=32) hər aya 32 (otuz iki) manat gəlir düşür. Həmin ərazidə 1 otaqlı 30-40 kv.m mənzilin kirayəsi 200-500 manat gəlir verdiyi halda, Reyestr çıxarışında 701 m2 (faktiki olaraq 1200 m2-dən çox) sahədə mebel sexi, avto servis və.s kimi istehsalat və xidmət sahələri olan və Bakı şəhərinin mərkəz yerlərindən birində yerləşən qeyri-yaşayış sahəsinin aylıq gəlirinin 64 manat (İddiaçı düşən hissəsi 32 manatdan az) olmasının ağlabatan olmaması İddiaçı əldə çıxmış fayda tələbini əsaslı edir. İddiaçı əldə çıxmış fayda tələbinə dair elə Bakı Apellyasiya Məhkəməsi zamanı iş üzrə keçirilmiş qiymətləndirmə və audit rəylərinin tədqiq edilməsi kifayət edir. Həmin rəylərə baxdıqda görünür ki, - Azərbaycan Respublikasının Auditorlar Palatasının ## #### 2024-cü il tarixli rəyinə əsasən audit zamanı müəyyən etdiyi və "xxxx" MMC-nin (VÖEN**********) ##.##.2024-cü il tarixli 01- **/**MY/** nömrəli qiymətləndirmə hesabatı ilə bağlı rəyinə əsasən İddiaçı və cavabdeh1 məxsus ##.##.2010-cu il tarixindən ##.##.2022-ci il tarixinə kimi icarə haqqı cəmi 324.047 (üç yüz iyirmi dörd min qırx yeddi) manatdır. - Azərbaycan Respublikasının Auditorlar Palatasının **/P/**-** nömrəli ## ###### 2025-ci il tarixli rəyinə əsasən audit zamanı müəyyən edilmişdir ki, əmlak kompleksinin icarəyə yararlı olan hissələri 2010-2022-ci illər üzrə icarə haqlarının cəmi 331.091,06 (üç yüz otuz bir min doxsan bir manat altı qəpik) manatdır. - Azərbaycan Respublikasının “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli, QXM/*** nömrəli qiymətləndirmə hesabatı ilə bağlırəyinə əsasən 13 illik müddət üçün orta icarə haqqının dəyəri 676.800 (altı yüz yetmiş altımin səkkiz yüz) manatdır. - Azərbaycan Respublikasının “xxxx” MMC-nin ## ####### 2025- ci il tarixli, MB-**/**** nömrəli qiymətləndirmə hesabatı ilə bağlı rəyinə əsasən 2010-2022ci illər üzrə icarə haqları(qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərməsi və ya göstərəcəyi halda 2020-ci ilin mart ayında koronavirus COVID-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması nəzərə alınaraq) (qeyri-yaşayış sahəsi kimi əmlak kompleksinin faktiki sahəsinə daxil olan hissələr də nəzərə alınmaqla) 13 illik müddət üçün orta icarə haqqının dəyəri 724.320 (yeddi yüz iyirmi dörd min üç yüz iyirmi) manatdır. Göründüyü kimi qeyd edilən qeyri-yaşayış sahəsinin icarə dəyəri pis halda 324.047 manat, yaxşı halda isə 724.320 manat təşkil edir, yəni icarə sahəsi zamanında İddiaçı təqdim edilsə idi, o, qeyri-yaşayış sahəsində qeyd edilən intervalda icarə haqqı əldə edə bilərdi ki, bu da əldən çıxmış fayda kimi qiymətləndirilməmişdir. Odur ki, məhkəmə 32 manatlıq gəliri Bakı şəhərinin mərkəzi yerlərindən birində 1200 m2 adekvat hesab etmiş və qeyd edilən 724.320 manat əldə edə biləcəyi qazanca (əldən çıxmış faydaya) münasibətdə yanlış qiymətləndirmişdir. İddiaçı 724.320 (yeddi yüz iyirmi dörd min üç yüz iyirmi min) manat qazancı (bunun yarısını) əldə edə biləcəyi halda 10 il üçün cəmi 3.835,79 manat gəlir əldə etmişdir. Qeyd edilənlərə münasibətdə İddiaçı əldən çıxmış faydası cavabdehlərdən tutulmalıdır. Odur ki, Məhkəmə qeyd edilənlərə münasibətdə maddi hüquq normasını yanlış tətbiq etmişdir.
31. Məhkəmə, sübutları, işin hallarını tərəflərin status və vəziyyətini icarə obyektinin gəlir gətirmə potensialını və reallığı düzgün qiymətləndirməmişdir. Məhkəmə sübutları qiymətləndirərkən İddiaçı əmlakından məhrum edilməsi və bunun nəticəsində ən azından sahəni icarəyə verməklə yüz minlərlə vəsait əldə etmək imkanından məhrum olması imkanına yanlış qiymət verilmişdir. Iş üzrə əldən çıxmış fayda müvafiq qiymətləndirmə rəylərindən görünmüşdür. Lakin məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Odur ki, bütün bunlar sübutların qiymətləndirməsi ilə bağlı prosessual normaların pozulması kimi qiymətləndirilməlidir. Işin təhlili bir daha deməyə əsas verir ki, bu qərar ancaq korrupsiya nəticəsi olaraq qəbul edilmişdir. Belə olmasaydı iş iki il məhkəmənin icraatında qalmaz, 4 dəfə rəy alınması üçün ekspertiza keçirilməzdi. Məhkəmənin bu işi iki il icraatında saxlaması məntiqsizdir. Əgər düşünsək ki, iş üzrə bu keçirilmiş 4 dəfə qiymətləndirmə rəylərinə görədir, onda yenə belə bir sual yaranır: Əgər qiymətləndirmə heç nəyə lazım deyildisə, məhkəmə tərəfindən sübut kimi istifadə edilməyəcəkdisə, onda nə üçün 4 dəfə qiymətləndirmə keçirilirdi? Əgər işin nəticəsi Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsindən asılı olacaqdırsa, onda məhkəmə nə üçün iki ilə yaxın bu prosesi aparırdı? Bütün bunlar bir daha deməyə əsas verir ki, məhkəmə qərarla bağlı sonradan fikrini dəyişmiş və süründürməçiliklə yanaşı qanunsuz qərar qəbul etmişdir. Qeyd edəcəyi hal bir daha deməyə əsas veririk ki, iş üzrə qərəzə və qanunsuzluğa yol verilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
37. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
38. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
39. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
40. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi iddianın 2022-ci il üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsində yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə məcmu şəkildə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur.
55. Belə ki, apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və qeyd edir ki, işə baxan məhkəmə iddiaçıya dəyən zərəri müəyyən edərkən Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləği, ümumi məbləğdən çıxarkən 3.835,79 manatın məhz 2010- 2021-ci illər ərzində, qeyri-yaşayış sahəsindən istifadə edilməsi nəticəsində əldə edilən gəliri təşkil etdiyini nəzərə almamışdır. Yəni, sözügedən qeyri yaşayış sahəsindən gəlirin əldə edilməsi qüvvədə olan qətnamə ilə müəyyən edilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı 2010-2021-ci illər üzrə pulun tutulması tələbi ilə bağlı hissəsinə qiymət verildiyindən, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sonuncu mütəxəssis rəyi ilə də əldə olunan hesabatda 2022-ci il üzrə ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən istifadə edilməsi nəticəsində əldə edilən icarə dəyərinin qüvvədə olan qətnamə ilə müəyyən edilmiş məbləğə münasibətdə nəzərə alaraq, həmin məbləğin yarısı qismində 3.835,79 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Eyni zamanda kollegiya qeyd edir ki, 10 illik müddət üçün icarə haqqının məbləği 3.835,79 manat müəyyənləşdirildiyi təqdirdə qalan 2022-ci il üzrə qeyri-yaşayış sahəsindən istifadə edilməsi nəticəsində əldə edilən icarə haqqının həmin məbləğdə qəbul edilməsi daha məqsədəmüvafiqdir.
56. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 10 illik müddət üçün icarə haqqının məbləği 3.835,79 manat müəyyənləşdirildiyi təqdirdə qalan 2022-ci il üzrə qeyri-yaşayış sahəsindən istifadə edilməsi nəticəsində əldə edilən icarə haqqının həmin məbləğdə qəbul edilməsi daha məqsədəmüvafiq olması ilə əlaqədar əsaslandırması ilə razılaşmır.
57. Belə ki, apellyasiya instansiyası məhkəməsi ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 2010-2022-ci illər ərzindəki icarə dəyərinin müəyyənləşdirilməsi məqsədilə apellyasiya icraatı zamanı bir neçə rəy əldə etmişdir. Sonuncu qiymətləndirmə rəyi-Azərbaycan Respublikasının “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli, MB-**/**** nömrəli qiymətləndirmə hesabatına əsasən ünvan 4 ünvanında yerləşən 701,4 kv.m-dən (faktiki 1500) kv.m-dən ibarət əmlak kompleksinin 2010-2022-ci illər üzrə icarə haqları (qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərməsi və ya göstərəcəyi halda 2020-ci ilin mart ayında koronavirus COVID-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması nəzərə alınaraq) (qeyri-yaşayış sahəsi kimi əmlak kompleksinin faktiki sahəsinə daxil olan hissələr də nəzərə alınmaqla) 13 illik müddət üçün orta icarə haqqının dəyəri 724320 manatdır. 2022-ci il üçün icarə dəyəri 72000 manatdır.
58. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı 2010-2021-ci illər üzrə pulun tutulması tələbi ilə bağlı hissəsinə qiymət verildiyindən, həmin hissədə iş üzrə icraata xitam verilməsini qərara alsa da ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 2010-2022-ci illər ərzindəki icarə dəyərinin müəyyənləşdirilməsi məqsədilə əldə etdiyi bir neçə rəydən hər hansı birinin iddianın mahiyyəti üzrə baxıldığı hissəsi üzrə nəzərə alınmalı olmamasını kifayət qədər əsaslandırmamışdır.
59. Apellyasiya instansiyası məhkəməsi iddianın mahiyyəti üzrə baxdığı hissəsi üzrə icarə haqqının məbləğini müəyyənləşdirməklə müəyyənləşdirilən məbləğdən qanunvericilik aktlarının tələbinə uyğun olaraq çıxılmalı olan xərcləri nəzərə almaqla icarədən xalis gəliri müəyyənləşdirərək buna uyğun hüquqi qiymətləndirmə aparmaqla yekun qərar qəbul etməli olduğu halda bu istiqamətdə araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır.
60. Apellyasiya instansiyası məhkəməsinin 10 illik müddət üçün icarə haqqının məbləği 3.835,79 manat müəyyənləşdirildiyi təqdirdə qalan 2022-ci il üzrə qeyri-yaşayış sahəsindən istifadə edilməsi nəticəsində əldə edilən icarə haqqının həmin məbləğdə qəbul edilməsi daha məqsədəmüvafiq hesab etməsi barədə əsaslandırması isə maddi və prosessual hüquq normalarının tələbinə uyğun əsaslandırma hesab edilə bilməz. Çünki hazırkı iş üzrə icarə haqqının məbləği məhkəmənin istinad etdiyi əvvəlki iş üzrə qətnamədə qeyd edilən müddətdən fərqli müddət üçün müəyyən edilməlidir və gəlinən nəticə mötəbər sübutlara əsaslanmalıdır.
61. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılması və qiymətləndirilməsi ilə əlaqədar prosessual hüquq normalarının tələbini pozmuş, bu pozuntu isə düzgün olmayan məhkəmə qətnaməsi qəbul edilməsi ilə nəticələnmişdir.
62. Prosessual hüquq normalarının qeyd edilən pozuntusu maddi hüquq normalarının da düzgün tətbiq edildiyi qənaətinə gəlməyə imkan vermir.
63. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
64. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara aidiyyəti hüquq normalarının dispozisiya şərtləri əsasında qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
65. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X7 X10 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin
66. səbəbləri aydın göstərilməlidir.Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarlar).
67. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi iddianın 2022-ci il üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi iddianın 2022-ci il üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.