Məhkəmə qərarları › İş №2(1-8)-1046/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1046/2026

04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1046/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Ləğv prosesində olan Iddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, müqavilənin bəyənilməsi, hüquqdan sui-istifadə, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. ## ##### 2010-cu il tarixli, *** nömrəli kredit müqaviləsinə görə Iddiaçı ASC tərəfindən Cavabdeh 180 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 131550 manat məbləğdə kredit verilmişdir.

2. ## ##### 2010-cu il tarixdə sadə yazılı qaydada tərtib olunmuş ***/* nömrəli Ipoteka müqaviləsinə görə ## ##### 2010-cu il tarixli kredit müqaviləsinə əsasən ayrılmış 131550 manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən binanın A blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı ** saylı mənzili ipoteka qoymuşdur.

3. ## ##### 2010-cu il tarixli ***/R saylı nömrəli müqavilə ilə “xxxx” MTK tikintisini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən binanın A (əlyazma ilə B-yə düzəldilib) blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı ** saylı mənzili Cavabdeh satmasını, alıcının isə aldığı mənzilin dəyəri olan 141550 manatı ödənilməsini öhdəsinə götürmüşlər.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı Ləğv prosesində olan Iddiaçı ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ##### 2010-cu il tarixli *** saylı kredit müqaviləsi üzrə 57018,25 manat əsas, 87401,50 manat faiz, cəmi 144419,75 manat borcun, 435 manat dövlət rüsumunun və 2,18 manat dövlət rüsumu üçün çıxılmış komissiyanın Cavabdeh tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən binanın B blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahədən ibarət 3 otaqlı ** saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və əmlakın satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq alıcıya təhvil verilməsini xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən binanın B blokunun 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahədən ibarət 3 otaqlı ** saylı mənzilin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh arasında ## ##### 2010-cu il tarixli 111/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına, habelə **-*/*-T**-****/**** saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışındangöründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh ## ###### 2025-ci il tarixə ## ##### 2010-cu il tarixli *** saylı kredit müqaviləsi üzrə cəmi borcu 144419,75 manat, bundan 57018,25 manat əsas, 87401,50 manat faiz borcu təşkil edir.

6. Cavabdeh Cavabdeh nümayəndəsi, vəkil vəkil2 vasitəsi ilə iddiaya etiraz edərək göstərmişdir ki, cavabdeh ilə iddiaçı arasında heç bir kredit müqaviləsi imzalanmamış, həmin bankdan ümumiyyətlə kredit götürülməmişdir. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kredit müqaviləsindəki imzalar cavabdehə məxsus deyildir.

7. Iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 100-103-cü vərəqlərində olan ## ##### 2010-cu il tarixli *** nömrəli kredit müqaviləsinin 4-cü vərəqində “Kreditor Cavabdeh” qrafasından aşağıda yerləşən imza, 98-99-cu vərəqlərində olan ## ##### 2010-cu il tarixli ***/* nömrəli ipoteka müqaviləsinin 2-ci vərəqində “Borc alan” və “Ipoteka verən” qrafalarındakı imzalar, 90-92-ci vərəqlərində olan ## ##### 2010-cu il tarixli ***/R nömrəli müqavilənin 1-2-ci vərəqlərinin aşağı sağ hissələrdəki imzalar, 3-cü vərəqində “Alıcı” qrafasından aşağıda “Cavabdeh” yazıları qarşısındakı imza, 85-ci vərəqində olan ## ###### 2014-cü il tarixli ****/KD nömrəli Nağd ödəniş üçün elanda “Ödəyənin imzası” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

8. Astara Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ş.Meybullayeva) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında ## ##### 2010-cu il tarixli, *** nömrəli kredit müqaviləsi bağlanmış və Cavabdeh 180 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 131550 manat məbləğində kredit verilmişdir. Həmçinin, cavabdehlə ipoteka müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən və X2 ayrılmış 131550 manat məbləğində kreditin təminatı üçün ipoteka verən Cavabdeh şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən binanın A blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı ** saylı mənzili ipoteka ilə yüklü etmişdir. Mülki iş üzrə təqdim edilmiş ekspert rəyi ilə iddiaçı tərəfindən borcun tələb edilməsinə əsas olmuş ## ##### 2010-cu il tarixli, *** saylı kredit müqaviləsinin Cavabdeh tərəfindən imzalanmadığı, həmçinin, iddiaçı tərəfindən təqdim edilən, ipoteka müqaviləsi, nağd ödəniş edilməsi barədə qəbz, alqı-satqı müqaviləsindəki imzaların cavabdeh tərəfindən icra olunmadığı müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, ipoteka müqaviləsinin predmeti hissəsində 131550 manat məbləğində pulun X2 ayrıldığı, ipoteka qoyulan mənzilin Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən binanın A blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı ** saylı mənzil olduğu, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışında borcun yaranmasına əsas olan kredit müqaviləsinin nömrəsinin 08121210000240450000 olduğu qeyd edilmiş, halbuki təqdim edilən kredit müqaviləsinin nömrəsi 111, tutmanın yönəldilməsi xahiş edilən əmlak isə ünvan 1 ünvanında yerləşən binanın B blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı ** saylı mənzil olaraq qeyd edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxarışdan isə bəlli olmuşdur ki, cavabdehin krediti olmasına dair məlumat aşkar edilmir. Iddiaçı isə qeyd edilən halların əksi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir.

10. Beləliklə, cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin kredit və ipoteka müqaviləsini imzalamadığını bildirməklə sözügedən müqavilələri mübahisələndirmişdir. Iddiaçının tələb hüququnun əsasını isə mübahisələndirilən kredit və ipoteka müqaviləsi təşkil etdiyindən ilkin olaraq həmin müqavilələrin etibarlılığı müəyyən edilməlidir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, məhkəmə ekspert rəyini eləcə də, iddiaçı və cavabdeh tərəfindən təqdim edilən sübutları birlikdə qiymətləndirərək ekspert rəyini daha mötəbər sübut hesab edir və kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız olması qənaətinə gəlir. Belə ki, kredit müqaviləsinin cavabdeh tərəfindən imzalanmaması həmin müqavilə üzrə nəzərdə tutulan hüquqi nəticənin yaranmaması, yəni müqavilə üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Belə olan halda isə iddiaçının müqavilə üzrə borcu tələb etmək üçün subyektiv hüququ yaranmır. Kredit müqaviləsi üzrə borcu tələb etmək üçün subyektiv hüququ olmayan iddiaçının isə həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi üzrə əşyaya tələb hüququ yarana bilməzdir ki, ipoteka müqaviləsinin də cavabdeh tərəfindən icra olunmadığı ekspert rəyində öz əksini tapmışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385.1, 442, 443.1, 448.1, 460.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Iddiaçı Ləğv prosesində olan Iddiaçı ASC apellyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit borcunu təsdiq edən Iddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ## ##### 2010-cu il tarixli *** saylı kredit müqaviləsi, ## ##### 2010-cu il tarixli ***/* saylı ipoteka müqaviləsi və “xxxx” MTK ilə Cavabdeh arasında ## ##### 2010-cu il tarixli ***/R saylı bağlanmış müqavilə və digər kredit sənədləri iddia ərizəsinə qoşma edilərək göndərilmişdir. Eyni zamanda kredit borcunu təsdiq edən digər sənəd olan - cavabdehə aid ödənişləri əhatə edən cavabdehin bankda olan 08121 21000 02404 ***** nömrəli hesab üzrə hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayətinə qoşma edilən çıxarışa əsasən, bankın kassasında ## ##### 2010-cu il tarixdə günün əvvəlində 286389,68 manat məbləğ olmuş və məxaric-mədaxillərdən sonra günün sonuna 801555,92 manat qalmışdır və həmin çıxarışın doqquzuncu səhifəsində 08121 21000 02404 ***** nömrəli hesab üçün “XXX” adına 131550 manat kassadan məxaric edilmişdir. Məhkəməyə ## ####### 2013-cü il tarixli 155000 manat məbləğli, ## ####### 2012-ci il tarixli 10000 manat məbləğli və ## ###### 2012-ci il tarixli 10000 manat məbləğli ödəniş qəbzləri təqdim edilmişdir. Təqdim olunan ödəniş qəbzlərindən göründüyü kimi bütün ödənişlərin təyinatı: ssuda və faizin ödənilməsi kimi qeyd edilmiş və 08121 21000 02404 ***** nömrəli hesab vasitəsilə həyata keçirilmişdir. Bütün ödənişlər Cavabdeh bankdan aldığı kredit üzrə əsas və faiz borcları üzrə silinmişdir. Cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi borcun etirafıdır, cavabdeh tərəfindən kredit götürülmüşdür ki, ödənişlər də həyata keçirilmişdir. Cavabdeh bank tərəfindən ## ##### 2010-cu il tarixdə 131550 manat dəyərində mənzilin alınması üçün kredit verilmiş və hesabdan çıxarışda öz əksini tapmış məbləğlər də yuxarıda qeyd edildiyi kimi 2010-cu il tarixindən cavabdeh tərəfindən banka kredit borcu üzrə ödənilmişdir. Təqdim edilən ödəniş qəbzlərində ödənişlərin təyinatı açıq-aşkar qeyd olunmuşdur. Həmin mədaxil qəbzlərində göstərilən məlumatların hesabdan çıxarışda öz əksini tapması da hesabdan çıxarışın düzgünlüyünü və mötəbərliyini təsdiq edir. Belə ki, məhkəməyə təqdim edilən qəbzlərin ödənişin təyinatından göründüyü kimi ödəniş ssuda və faizin ödənilməsi üçün həyata keçirilmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxarışdan bəlli olmuşdur ki, cavabdehin krediti olmasına dair məlumat aşkar edilmir. Iddiaçı isə qeyd edilən halların əksi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir.” Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri əks etdirən hesabdan çıxarışdan və Azərbaycan Kredit Bürosundan çıxarışlarda da 08121 21000 02404 ***** nömrəli hesab üzrə görünmüşdür ki, ## ##### 2010-cu il tarixdə 131550 manat məbləğində kredit vəsaiti ayrılmış və cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir. Oxşar işlər üzrə bankdan ayrılmış vəsait hesabına əmlakın alınması məqsədilə müştəri ilə “xxxx” MTK arasında bağlanmış müqavilələr üzrə iddia tələblərinin təmin edildiyi məhkəmə qərarları mövcuddur. Iddia ərizəsi üzrə çıxarılan qətnamənin nəticəsindən asılı olmayaraq, ## ##### 2010-cu il tarixli *** saylı kredit və ## ##### 2010-cu il tarixli ***/* saylı ipoteka (girov) müqavilələrin cavabdehin yerinə kim tərəfindən imzalanması, kredit müqaviləsi üzrə ödənişlərin kim tərəfindən aparılması araşdırılmalı və verilmiş 131550 manat məbləğində vəsaitin kim tərəfindən mənimsənilməsini dəqiq müəyyən etməyə ehtiyac vardır.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim P.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Əsədov və T.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, ## ##### 2010-cu il tarixli *** nömrəli kredit müqaviləsi hüquqi baxımdan etibarsız əqddir və iddiaçının həmin müqavilədən irəli gələn öhdəliklərə əsaslanan iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli ekspert rəyinə əsasən məhkəmə tərkibi belə qənaətə gəlmişdir ki, mübahisəli kredit müqaviləsi Cavabdeh tərəfindən imzalanması iş materialları ilə təsdiq edilmir. Bu fakt həm də, LPO Iddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında vermiş olduğu izahatlarda da öz təsdiqini tapır. Belə olan halda, müqavilənin Cavabdeh tərəfindən imzalanmaması faktı onun müqavilə üzrə mülki hüquq və öhdəliklərin yaranmamasına da səbəb olur. Belə ki, imza Cavabdeh tərəfindən icra edilmədiyindən o, müqavilənin tərəfi kimi qiymətləndirilə bilməz. Qeyd edilən hallar onu göstərir ki, Cavabdeh mübahisəli kredit müqaviləsinin bağlanmasına yönəlmiş iradə ifadəsi mövcud olmamışdır. Bu isə müqavilənin həmin şəxs üçün hüquqi nəticələr doğurmamasına, yəni onun müqavilənin tərəfi kimi tanınmasının mümkün olmamasına səbəb olur. Belə ki, şəxs yalnız öz iradəsi ilə bağladığı əqdlər üzrə hüquq və öhdəliklər daşıya bilər və iradə ifadəsi olmadan şəxsə hər hansı mülki-hüquqi məsuliyyətin yüklənməsi yolverilməzdir.

17. Məhkəmə tərkibi hesab etmişdir ki, bank tərəfindən müqavilənin bağlanması zamanı borcalanın şəxsiyyətinin və iradəsinin düzgün müəyyən edilməməsi, eləcə də müqavilə üzrə imzanın həqiqiliyinin yoxlanılmaması bankın kommersiya riskləri sferasına aid olub, bu risklərin nəticələri üçüncü şəxsin üzərinə qoyula bilməz.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 6.3, 14.2.1, 324, 337, 359, 362.1, 425.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

19. Iddiaçı Ləğv prosesində olan Iddiaçı ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 385.1-ci, Mülki Prosessual Məcəllənin 88, 217, 265.4, 385.1-ci maddələrinin tələbləri pozulmuşdur.

21. Belə ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edərək əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin kredit vəsait əldə etmək məqsədi ilə müqavilə bağlamaq niyyətində olduğu əsasını və kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda ödəniş etdiyini nəzərə almamışdır. Iddiaçı ## ###### 2026cı il tarixdə vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək xahiş etmişdir ki, mülki işin tam və hərtərəfli araşdırılması və obyektiv qərar qəbul edilməsi məqsədilə məhkəmə tərəfindən maraqlarına toxunan cavabdehin həyat yoldaşı X1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmalıdır. Belə ki, cavabdehin həyat yoldaşı X1 2009-cu il tarixdən ## #### 2018-ci il tarixə qədər Iddiaçı ASCnin “Astara” filialında müxtəlif vəzifələrdə, sonuncu vəzifəsi filial müdiri olmaqla işləmişdir. Işin faktiki halı ondan ibarət olmuşdur ki, 10 ilə yaxın müddət ərzində Iddiaçı ASC-nin “Astara” filialında işləmiş cavabdehin həyat yoldaşı müqavilələrə imza etmişdir. Bu səbəbdən də sənədlərdə olan imzaların cavabdehin həyat yoldaşı X1 məxsus olub-olmaması məhkəmə tərəfindən araşdırmalı idi. Lakin, apellyasiya instansiyası məhkəməsi vəsatətə heç bir münasibət bildirməmişdir. Iş materiallarından göründüyü kimi, Bankın kassasından qeyd olunan məbləğ çıxmış və məhkəmə tərəfindən işin tam araşdırılması üçün kreditin kim tərəfindən əldə olunması və Bank tərəfindən ayrılmış kredit məbləğinin kim tərəfindən mənimsənilməsinin araşdırılması üçün xüsusi qərardad qəbul olunmalı idi.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. Kassasiya şikayətinə etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəxxxxt etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia tələbinə hüquqi qiymət verilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, tətbiq edilməli olan maddi hüquq normasının tətbiqi müzakirə olunmamışdır.

31. Belə ki, iddiaya görə iddiaçı ilə cavabdeh arasında ## ##### 2010-cu il tarixdə kredit müqaviləsi bağlanılaraq, sonuncuya 131550 manat məbləğində borc verilmiş, alınan həmin vəsait hesabına cavabdeh “xxxx” MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən binada 149 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı ** saylı mənzili əldə etmiş və həmin mənzili iddiaçının qarşısında ipoteka ilə yüklü etmişdir (ipoteka müqaviləsinin formaya görə etibarlılığı hazırkı halda mübahisə predmetini təşkil etmir). Iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etməməsinə istinad etməklə, iddia ərizəsində göstərilən borcun tutulmasını və tələbin həmin ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir.

32. Cavabdeh iddiaya etiraz edərək, qeyd olunan müqavilələri imzalamadığı üçün iddiaçı qarşısında öhdəliyinin olmamasını bildirmişdir.

33. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş, ekspert rəyi ilə iddiaçının tələbinin əsası kimi qeyd etdiyi müqavilələrdə olan imzanın cavabdeh tərəfindən imzalanmaması müəyyən olunmuş və məhkəmə bu hala əsaslanaraq iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu mövqe ilə razılaşmışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsinin cavabdeh tərəfindən imzalanmaması işin məhkəmələr tərəfindən müəyyən olunan halı olmaqla, faktiki olaraq iddiaçı tərəfindən də mübahisələndirilmir. Belə ki, iddiaçının apellyasiya məhkəməsində irəli sürdüyü və kassasiya şikayətində də göstərdiyi dəlil ondan ibarətdir ki, cavabdehin əri iddiaçı bankın “Astara” filialında müxtəlif məsul vəzifələrdə işləmiş və müqavilələr cavabdehin adından həmin şəxs tərəfindən imzalanmışdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin onun tərəfi (hazırkı halda cavabdeh) tərəfindən imzalanmaması iddianın rədd olunması üçün əsas ola bilər. Lakin, müqavilənin bəyənilməsi bundan istisnadır.

36. Belə ki, mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.

37. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. ... Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

38. Hazırkı halda, cavabdehin ərinə onun adından kredit və tikilməkdə olan binada mənzilin alqı-satqısı (podrat) müqavilələri imzalamağa səlahiyyətlərinin verməsini təsdiq edən sübut iş materiallarına əlavə olunmasa da, onun adından ərinin bağladığı bu əqdləri bəyənibbəyənməməsi məhkəmələr tərəfindən araşdırılmamışdır.

39. Belə ki, cavabdeh “xxxx” MTK ilə bağlanmış müqaviləni imzalamasa da, həmin mənzili mülkiyyətinə qəbul etdiyi, hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldığı, ondan istifadə və sahiblik etdiyi hallarda, müvafiq müqaviləni bəyənməsinin göstəriciləridir.

40. Həmin müqavilə bəyənildiyi təqdirdə isə, onun alınması üçün sərf olunmuş vəsaitə dair bağlanmış kredit müqaviləsinə imzalanmaması əsası ilə öhdəliklərin icrasından imtina hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. Bu səbəbdən ki, həm kredit, həm alqı-satqı (podrat) müqaviləsi eyni şəxs tərəfindən imzalanması ehtimal olunur.

41. Lakin, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmayaraq, “xxxx” MTK-nın inşa etdiyi binada yuxarıda qeyd olunan mənzilin ## ##### 2010-cu ildə kimin istifadəsinə və sahibliyinə verilməsini, cavabdehin həmin mənzildə yaşayıb-yaşamamasını, sonrakı dövrlərdə ona sərəncam verib-verməməsini, hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alıb-almamasını, mənzilə kommunal xidmətlərin kimin adına rəsmiləşdirilməsini, kredit müqaviləsi üzrə ödənişlərin kim tərəfindən aparılmasını, yəni müqavilənin bağlanmasından cavabdehin məlumatlı olmasını və onu bəyənməsini təsdiq edən s. məsələləri aydınlaşdırmadan, bununla bağlı tərəflərə sübutlarını təqdim etməyə təklif etmədən yuxarıda qeyd olunan nəticəyə gəlməklə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 14.2, 218.1, 372.2-ci maddələrinin tələblərini pozmuşdur.

42. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ####### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

43. “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.

44. Insan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey Irlandiyaya qarşı iş üzrə 1979-cu il # #######, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il ## ########, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il # #### tarixli Qərarlar).

45. Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli Qərarı).

46. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

47. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

48. Odur ki, qətnamə ləğv edilməli və yeni apellyasiya baxışına göndərilməlidir.

49. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Ləğv prosesində olan Iddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar