Məhkəmə qərarları › İş №2(1-8)-1050/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1050/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1050/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı bir icraatda birləşdirilmiş iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia və tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış ##.##.2019-cu il tarixli “Icarə müqaviləsi” və onun əlavəsi olan ##.##.2019-cu il tarixli, 3M64 reyestr nömrə ilə qeydiyyat aparılan “Icarə müqaviləsi”nə Əlavə və Dəyişikliklər edilməsi barədə Sazişin ləğv edilməsi və icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqından qalmış 230000 manat pulun, 5 il üçün əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla 57500 manat pul vəsaitinin, ödənilmiş 577 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bundan sonra iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “Han Garden” restoranın əsaslı təmirinə sərf etdiyi zəruri məsrəflərin əvəzi olaraq 360000 manat, ona vurulmuş maddi zərər qismində 57640 manat və mənəvi zərər qismində 30000 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərardadı ilə mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(001)- ***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiasının qismən təmin edilməsi, icarə borcuna görə 128000 manat, icranın gecikdirilməsinə 3360 manat olmaqla, cəmi 131360 manatın cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın təmin edilmiş hissəsinə münasibətdə 265 manat dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iddiasının qismən təmin edilməsi, 138634 manat məbləğində vəsaitin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın təmin edilmiş hissəsinə münasibətdə 230 manat dövlət rüsumunun əvəzinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, ekspertiza tədqiqatının dəyəri qismində 50 manat vəsaitin iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

5. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, onun qismən ləğv edilməsini, birinci iş üzrə iddianın tam təmin olunması və ikinci iş üzrə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Həmçinin, qeyd edilən qətnamədən cavabdeh Cavabdeh da apellyasiya şikayəti verərək, onun qismən ləğv edilməsi, iddiasının tam təmin edilməsi, qarşı tərəfin iddiasının tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı və Həsənov Tofiq Ibrahim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinin icarə haqqı borcunun (tutulan və rədd edilən), habelə icranın gecikdirilməsinə görə pulun tutulması (cəmi 131360 manat) ilə bağlı hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddiaçı, eyni zamanda cavabdeh İddiaçı iddiasının həmin hissədə qismən təmin edilməsi, icarə borcuna görə 186130 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 476,13 manat məbləğində hissəsinin əvəzinin iddiaçı, eyni zamanda cavabdeh Cavabdeh tutularaq iddiaçı, eyni zamanda cavabdeh İddiaçı ödənilməsi, iddianın “icranın gecikdirilməsinə görə pulun tutulması (illik 5%) hissəsində rədd edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin iddiaçı, eyni zamanda cavabdeh İddiaçı iddiaçı, eyni zamanda cavabdeh Cavabdeh xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilərək, iddiaçı, eyni zamanda cavabdeh İddiaçı iddiaçı, eyni zamanda cavabdeh Cavabdeh xeyrinə 126134 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 416,13 manat məbləğində hissəsinin əvəzinin tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Qətnamədən İddiaçı kassasiya şikayəti verərək, onun qismən ləğv edilməsini, birinci iş üzrə iddianın tam təmin olunması və ikinci iş üzrə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qeyd edilən qətnamədən Cavabdeh da kassasiya şikayəti verərək, onun qismən ləğv edilməsi, iddiasının tam təmin edilməsi, qarşı tərəfin iddiasının tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı, eyni zamanda cavabdeh İddiaçı və iddiaçı, eyni zamanda cavabdeh Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılmışdır.

11. Bundan sonra iddiaçı İddiaçı və cavabdeh Cavabdeh kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə və kassasiya şikayətləri ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edib, müddətin bərpa edilməsini və kassasiya şikayətlərinin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı və birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməyərək kassasiya şikayətləri geri qaytarılmışdır.

13. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, müddətin axımı məhz məhkəmə aktının rəsmi təqdim edildiyi (alındığı) andan hesablanır və bu qaydada aparılmış hesablama üzrə şikayət vermə müddətinin ötürülməsi artıq həmin müddətin bərpa edilməsi üçün prosessual hərəkətlərin yerinə yetirilməsini şərtləndirir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur.

14. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tərəflərin nümayəndələrinin “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. Bununla belə qanunvericiliyin tələbləri baxımından hər iki tərəfə münasibətdə qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 2 aylıq prosessual müddətinin axımı ##.##.2025-ci il tarixdə başlamış və ##.##.2025-ci il tarixdə bitmişdir. Prosessual qanunvericiliyin tələbləri baxımından qətnamə məhz ##.##.2025-ci il tarixdə tərəflərin nümayəndələrinin elektron kabinetinə yerləşdirilildiyindən artıq rəsmi qaydada verilmiş hesab edilir, bu da öz növbəsində müddətin məhz ##.##.2025-ci il tarixdən hesablanmasını və ##.##.2025-ci il tarixdə bitməsini şərtləndirir. Buna baxmayaraq, həmin qətnamədən apellyasiya şikayəti Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə, İddiaçı tərəfindən isə ##.##.2025-ci il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 2 aylıq mübahisələndirmə müddəti ötürülməklə təqdim edilmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə kassasiya şikayətləri geri qaytarılmışdır.

15. Bundan başqa, Cavabdeh ərizəsində göstərdiyi hal (maddi imkanın olmaması, bir halda ki, onun aktiv VÖEN-i olmaqla rəsmi əmək haqqı olmuşdur) müddətin buraxılmasının səbəbini üzürlü hesab olunması və müddətin bərpa edilməsi üçün əsas yaratmır.

16. Həmçinin, İddiaçı nümayəndəsi və vəkili vəkil1 istinad etdiyi hal isə (qətnamənin onun kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilməsi) ümumiyyətlə həqiqəti əks etdirmir və heç bir halda müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməsi, o cümlədən müddətin axımının hər hansı başqa tarixdən hesablanması üçün əsas ola bilməz. Hüquqi nəticə etibarı ilə kassasiya şikayətlərinin ##.##.2025-ci il tarixədək verilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən, həmin şikayətlərin real olaraq yalnız müvafiq olaraq ##.##.2025-ci il və ##.##.2025-ci il tarixdə verilməsini mümkün edən hər hansı hal müəyyən edilməmişdir.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 133.5, 135.6 və 405.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdırişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. Iddiaçı qərardaddan İddiaçı da (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ciil tarixli, *(***)-****/**** nömrəli qərardadını ləğv edərək, ##.##.2025-ci il tarixli qətnamədən kassasiya şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılmasının səbəblərini üzürlü hesab edib, kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən şikayətin verilməsi müddətinin ötməsi həmin qətnamədən qəti olaraq şikayət verilməsini qadağan etmir. Üzürlü hal o ola bilər ki, tərəfin qətnamədən şikayət vermək niyyəti var, lakin müəyyən səbəbdən bu şikayəti vaxtında verə bilmir. Bu səbəblər müxtəlif ola bilər. Qətnamənin elektron kabinet vasitəsilə vəkilə göndərilməsi məktubu ##.##.2025-ci il tarixli olması səbəbindən yanlışlıq olaraq həmin tarixdən hesablanaraq kassasiya şikayəti verilmişdir ki, hazırkı iş üzrə qətnamədən qanunla nəzərdə tutulmuş şikayət vermə müddəti cəmi qeyri iş gününü nəzərə alsaq cəmi 1 gün ötdüyünə görə məhkəmə bunu nəzərə almalı, tərəfin qətnamədən kassasiya şikayəti vermək hüququnun üzürlü səbəbi sübut etmək vəzifəsindən daha üstün olmasını nəzərə alaraq buraxılmış müddəti bərpa etməli idi.

20. Həmçinin cavabdeh Cavabdeh (vəkil vəkil2) həmin qərardaddan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərardadını ləğv edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılmasının səbəblərini üzürlü hesab edib, kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, MPM-nin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş müddətin buraxılması üzürlü səbəbdən baş verdiyi halda buraxılmış müddətin bərpa edilməsi mümkün hesab edilməlidir. Yəni qətnamədən şikayətin verilməsi müddətinin ötməsi həmin qətnamədən qəti olaraq şikayət verilməsini qadağan etmir. Üzürlü hal o ola bilər ki, tərəfin qətnamədən şikayət vermək niyyəti var, lakin müəyyən səbəbdən bu şikayəti vaxtında verə bilmir. Bu səbəblər müxtəlif ola bilər. Qətnamədən şikayət verilməsi üçün vəkillə müqavilə bağlamaq və dövlət rüsumu ödəmək üçün müəyyən məbləğdə pul vəsaiti lazım olduğuna görə bu vəsaitin vaxtında əldə edilə bilməməsi də üzürlü səbəblərdən biridir. Tərəfin bu vəsaitin vaxtında əldə edə bilməməsini sübut etmək vəzifəsi olsa da, hazırkı iş üzrə qətnamədən qanunla nəzərdə tutulmuş şikayət vermə müddəti cəmi 1 gün ötdüyünə görə məhkəmə bunu nəzərə almalı, tərəfin qətnamədən kassasiya şikayəti vermək hüququnun üzürlü səbəbi sübut etmək vəzifəsindən daha üstün olmasını nəzərə alaraq buraxılmış müddəti bərpa etməli idi.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

26. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

27. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər.

Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Iddiaçının kassasiya şikayətinin qətnamədən şikayətin verilməsi müddətinin ötməsi həmin qətnamədən qəti olaraq şikayət verilməsini qadağan etməməsi, tərəfin qətnamədən şikayət vermək niyyətinin olmasının özlüyündə üzrlü hal sayılmalı olunması, qətnamənin elektron kabinet vasitəsilə vəkilə göndərilməsi məktubu ##.##.2025-ci il tarixli olması səbəbindən yanlışlıq olaraq həmin tarixdən müddəti hesablayaraq şikayət verməsi, bunun bir yanlışlıq olması barədə dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. Kassasiya şikayəti vermək niyyətində olan tərəf bunun üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin sonuncu gününü gözləməməli, həmin müddət ərzində şikayəti tərtib edib verməli idi.

32. Məhkəmə kollegiyası eyni mövqeni cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir, hesab edir ki, qətnamədən kassasiya şikayəti verilməsi üçün müddətin bərpasından imtina barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti cavabdehə münasibətdə də qanuni və əsaslı olmuşdur.

33. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı İddiaçı və cavabdeh X1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # ####### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar