Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1052/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, müqavilədən sonrakı müddət üçün ödənilməyən borc məbləğinə illik 5 faiz tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borc məbləğinə illik 5 faiz pul tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş ## ###### 2015-ci il tarixli borc (kredit) müqaviləsinin nptarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı İddiaçı 240.000 manat (ekvivalenti 305.000 ABŞ dollarına bərabər olan) məbləğində pul vəsaitini 7 ay müddətinə qaytarmaq şərti ilə cavabdeh cavabdeh1 borc vermiş, sonuncu həmin pulu ## ######## 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş və həmin borc müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq ## ###### 2015-ci il tarixli ipoteka müqaviləsi ilə iş üzrə digər cavabdeh olan (cavabdeh1 qaynanası) cavabdeh2 mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. ## ####### 2015-ci il tarixli borc (kredit) müqaviləsi ilə iddiaçı İddiaçı 204.000 ABŞ dolları məbləğində pul vəsaitini qaytarmaq şərti ilə cavabdeh cavabdeh2 borc vermiş, sonuncu həmin pulu ## #### 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüş və həmin borc müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq ##.##.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0, 287457 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. cavabdeh2 ## ####### 2015-ci il tarixli öhdəlik müqaviləsi ilə ipotekaya qoyulan torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş qaydada 4 mərtəbəli yaşayış evini inşa etmək hüququna malikdir, ipoteka saxlayan isə yaşayış evinin tikintisinə razılıq verir. Tərəflər borc müqavilələri üzrə öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmadığı halda, gələcəkdə ipoteka qoyan yalnız ipoteka saxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini, alqı-satqısını, bağışlanmasını, dəyişdirilməsini, kirayə və ya istifadəyə verilməsini həyata keçirməyə və bunlardan əldə edilmiş pul vəsaitinin ilk növbədə borc (kredit) öhdəliyinin ödənilməsinə yönəldildiləcəyi barədə razılaşmışlar.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh1 ## ###### 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 305.000 ABŞ dolları məbləğində borcun və illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44.225 ABŞ dollarının, cəmi 345.225 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh2 məxsus həmin torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin ilkin satış qiymətinin 170.000 manat məbləğində müəyyən edilməsi ilə açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, cavabdeh2 ## ####### 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204.000 ABŞ dolları məbləğində borcun və illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23.460 ABŞ dollarının, cəmi 227.460 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın həmin torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin ilkin satış qiymətinin 170.000 manat məbləğində müəyyən edilməsi ilə açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi ## ##### 2019-cu il tarixli, *(***)-***/**** saylı qətnamə ilə apellyasiya şikayətini qismən təmin edilməsi, Rayon Məhkəməsinin qətnaməsinin “torpaq sahəsinin ilkin satış qiymətinin 170.000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, həmin torpaq sahəsinin ilkin satış qiymətinin 230.000 manat müəyyən edilməsi, qətnamənin cavabdeh cavabdeh2 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş həmin qətnaməsi əsasında verilmiş icra vərəqəsindən görünür ki, cavabdeh cavabdeh1 ## ###### 2015-ci il tarixli borc müqaviləsinə əsasən 305.000 ABŞ dolları məbləğində borc və illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44.225 ABŞ dolları olmaqla, cəmi 345.225 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulmalı, tələb üzrə tutma cavabdeh cavabdeh2 məxsus sahəsinə yönəldilməli və həmin torpaq sahəsi açıq hərracdan satılmalı, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməlidir.
7. Cavabdeh cavabdeh2 ## ####### 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204.000 ABŞ dolları məbləğində borc və illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23.460 ABŞ dolları, cəmi 227.460 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulmalı, tələb üzrə tutma həmin torpaq sahəsinə yönəldilməli və həmin torpaq sahəsi açıq hərracdan satılmalı, əldə olunacaq hesab kredit borcuna ödənilməlidir. Satışdan əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi cavabdeh cavabdeh2 qaytarılmalıdır.
8. Həmin icra vərəqəsi icraya edilməsi üçün ##.##.2020-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş və İcra Şöbəsinin ##.##.2020-ci tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır.
9. Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli məktubdan görünür ki, həmin icra vərəqəsində borclular qismində qeyd edilmiş cavabdeh1 və cavabdeh2 cəmi qalıq borcu 429.273,24 ABŞ dolları təşkil edir.
10. İşdə olan ##.##.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, cavabdeh2 tərəfindən iddiaçının hesabına 222,2 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
11. İşdə olan ##.##.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, cavabdeh2 tərəfindən iddiaçının hesabına 222,2 manat məbləğində pul vəsaiti köçürülmüşdür
12. İşdə olan ##.##.2025-ci il tarixli inkasso sərəncamından görünür ki, cavabdeh2 tərəfindən iddiaçının hesabına 240,2 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 150245,6 ABŞ dolları vəsaitin (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə) və 546 manat dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, 159188,8 ABŞ dolları vəsaitin (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə) və 546 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2015-ci il tarixli borc (kredit) müqaviləsi ilə iddiaçı 240000 manat (ekvivalenti 305000 ABŞ dollarına bərabər olan) məbləğində pul vəsaitini 7 ay müddətinə qaytarmaq şərti ilə cavabdeh cavabdeh1 borc vermiş, sonuncu həmin pulu ##.##.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borc müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq ##.##.2015-ci il tarixli ipoteka müqaviləsi ilə cavabdeh cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. ##.##.2015-ci il tarixli kredit müqaviləsi ilə iddiaçı 204000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdeh cavabdeh2 borc vermiş, sonuncu isə həmin pulu ##.##.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin öhdəliyin icrasının təminatı olaraq ##.##.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə cavabdeh cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. ##.##.2015-ci il tarixli öhdəlik müqaviləsi ilə cavabdeh2 ipotekaya qoyulan torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş qaydada 4 mərtəbəli yaşayış evini inşa etmək hüququna malikdir, ipoteka saxlayan isə yaşayış evinin tikintisinə razılıq verir. Tərəflər (İddiaçı və cavabdeh2) borc müqavilələri üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı halda, gələcəkdə ipoteka qoyan yalnız ipoteka saxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini, alqı-satqısını, bağışlanmasını, dəyişdirilməsini, kirayə və ya istifadəyə verilməsini həyata keçirməyə və bunlardan əldə edilmiş pul vəsaitinin ilk növbədə borc (kredit) öhdəliyinin ödənilməsinə yönəldildiləcəyi barədə razılaşmışlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh1 ##.##.2015ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 305000 ABŞ dolları məbləğində borcun və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44225 ABŞ dollarının, cəmi 345225 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh2 məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 2 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi, cavabdeh2 ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204000 ABŞ dolları məbləğində borcun və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23460 ABŞ dollarının, cəmi 227460 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh2 məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 2 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsinin “Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 230000 manat müəyyən edilməsi, qətnamənin cavabdeh cavabdeh2 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon icra və Probasiya şöbəsinin ##.##.2020-ci il tarixli məktubu ilə hərracın keçirilməsi “xxxx” MMC-yə həvalə edilmiş və həmin MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə ##.##.2020-ci il tarixli, **/** nömrəli protokolu ilə cavabdeh2 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiyməti 230000 manat məbləğində müəyyən edilərək, satış qiyməti 243800 manat olmaqla iddiaçıya satılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin ##.##.2024-cü il tarixli məktubuna əsasən cavabdeh1 və cavabdeh2 *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli icra sənədi üzrə cəmi qalıq borcunun 429273,24 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. Beləliklə, cavabdeh1 345225 ABŞ dolları və cavabdeh2 227460 ABŞ dolları iddiaçının xeyrinə tutulmuşdur. Ümumilikdə cavabdehlərin iddiaçıya borcu 572685 ABŞ dolları təşkil etmişdir. Həmin məbləğdən də 243800 manat ipoteka ilə yüklü edilmiş əmlaka çıxıldıqda cavabdehlərin iddiaçıya borcu 429273,24 ABŞ dolları təşkil edir. Cavabdehlər keçən 7 il ərzində borcun qaytarılması istiqamətində heç bir addım atmayaraq, məhkəmələrdə iddialar qaldıraraq, məhkəmə aktlarının icrasına süni maneələr yaradırlar. Bununla da iddiaçıya 429273,24 ABŞ dolları məbləğində vəsaiti qaytarmayaraq həmin vəsaitin dövriyyədən çıxması nəticəsində maddi zərər vurmuşdular. Əgər cavabdehlər tərəfindən borc məbləği vaxtında qaytarılsaydı, iddiaçı həmin vəsaitin dövriyyəsi hesabına gəlir əldə etmiş olardı. Cavabdehlərdən əsas borc və əldən çıxmış fayda olaraq 2017-ci ilin sonuna kimi olan tarixədək hesablanmışdır. Beləliklə, cavabdehlər tərəfindən 2018-ci ildən etibarən borcun ödənilməsini təmin etmək istiqamətində heç bir addım atmamışdılar. Bu səbəbdən də 2018-ci ildən 2025-ci il tarixə qədər olan müddət ərzində iddiaçıya vurulmuş zərərin əvəzi olaraq əldən çıxmış faydanın cavabdehlərdən tutulmasına dair iddia tələbi ilə müraciət edirlər.
16. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, tələb olunan vəsait 2018-ci ildən 2024-cü il tarixə kimi olan 7 illik dövrü əhatə edirdi. Bu səbəbdən də 2025-ci ilin ilk 5 ayı üçün də iddia tələbinin irəli sürülməsi zərurəti yaranmışdır. Belə ki, verilmiş tələb üzrə məhkəmənin icraatı hazırlıq mərhələsindədir. Cavabdehlərdən əsas borc və əldən çıxmış fayda olaraq 2017-ci ilin sonuna kimi olan tarixə hesablanmışdır. Beləliklə cavabdehlər tərəfindən 2018-ci ildən etibarən borcun ödənilməsini təmin etmək istiqamətində heç bir addım atılmamışdır. Bu səbəbdən də 2018-сі ildən 2025-ci il tarixə qədər olan müddət ərzində iddiaçıya vurulmuş zərərin əvəzi olaraq əldən çıxmış faydanın cavabdehlərdən tutulmasına dair iddia tələbi ilə müraciət olunması zərurəti yaranmışdır. 429273,24 ABŞ dollarının illik 5% = 21 463,6 ABŞ dolları və həmin məbləği 7 ilə vurduqda 150245, 6 ABŞ dolları təşkil edir. 1 illik tələb 21463,6 ABŞ dolları təşkil etdiyindən 5 aylıq tələb (21463,6/12 x 5 =8943) 8943 ABŞ dolları təşkil edir.
17. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 İlyaz oğlu etiraz və vəsatət təqdim edərək qeyd etmişdir ki, iddiaçı cavabdeh2 cavabdehlər “xxxx” MMC-yə, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin açıq hərracda satılmasına dair “xxxx" MMC-nin ##.##.2020-ci il tarixli, **/** saylı hərracın nəticələri haqqında protokolunun etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə geri qaytarılması barədə qətnamə, habelə qanun pozuntusuna yol vermiş vəzifəli şəxslər barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçılar cavabdeh2 və cavabdeh1 cavabdeh İddiaçı qarşı başqa bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərin əvəzi kimi 1.000.000 manat pul vəsaitinin, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1000030 manat pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə ilkin satış qiyməti 230000 manat müəyyən edilmişdir. Qiymət yalnız torpaq sahəsinə aid olmuşdur. Belə olan halda, İddiaçı 928,5 kv.m olan yaşayış sahəsini və 261,1 kv.m zirzəmi sahəsini pulsuz əldə etmişdir. ##.##.2019-cu il tarixdə Əmlak Ekspert Mərkəzi tərəfindən qeyd olunan torpaq tikililərlə birlikdə 696000 manata qiymətləndirilsə də, hazırda təkcə tikililərin dəyəri 1.000.000 manatdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilməklə, baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.012021-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2022-ci il tarixli, *(***)****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh cavabdeh1 kassasiya şikayəti verərək ##.##.2022-ci il tarixli qətnamənin birləşdirilmiş iddia tələbinə münasibətdə ləğv edilməsini və iddiaçılar cavabdeh2 və cavabdeh1 cavabdeh İddiaçı qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddiaçılar cavabdeh2 və cavabdeh1 cavabdeh İddiaçı qarşı “zərərin ödənilməsi” tələbinə dair iddialarının təmin edilməməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh1 iddiası üzrə mübahisə həll olunarkən prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar cavabdeh2 və cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən – “İddiaçılar cavabdeh2 və cavabdeh1 cavabdeh İddiaçı qarşı zərərin ödənilməsi tələbinin rədd edilməsi” hissəsində ləğv edilməsi, iddiaçılar cavabdeh2 və cavabdeh1 xeyrinə 466000 manat məbləğində pul, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manatın cavabdeh İddiaçı alınaraq iddiaçılar cavabdeh2 və cavabdeh1 ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarı ilə iddiaçılar cavabdeh2 və cavabdeh1 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## #### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına göndərilmişdir. Hazırda qeyd olunan mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *(***)-***/**** saylı iş üzrə məhkəmə tərəfindən ##.##.2025-ci il tarixli qərardad qəbul edilərək, qiymətləndirici rəyi alınması üçün Azərbaycan qiymətləndiricilər Palatasına müraciət olunmuş və iş üzrə icraat dayandırılmışdır. Beləliklə, iş üzrə cavabdehlərin İddiaçı qarşı iddiasının uğurluluq ehtimalı yüksəkdir, 466000 manat zərərin ödənilməsi ilə bağlı qətnamə qəbul edilsə də, cavabdeh1 və cavabdeh2 bununla razılaşmamış, kassasiya şikayətləri təmin olunaraq iş yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Həmçinin, qeyd olunur ki, İddiaçı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia 2021-ci ilin əvvəllərində verilmişdir. Yəni ipoteka predmeti olan əmlak İddiaçı tərəfindən əldə olunduqdan 2 ay sonra yuxarıda qeyd olunan iddia qaldırılmışdır. Başqa sözlə, vaxtında cavabdehlərin ipoteka predmeti olan əmlak ədalətli qiymətə satılmış olsaydı, hazırki iddiaya da zərurət olmayacaqdı. cavabdeh1 və cavabdeh2 iddia tələbləri təmin olunduqdan sonra, hansı ki, uğurluluq ehtimalı yüksəkdir, həmin vəsait hesabına İddiaçı olan borc da əvəzləşdiriləcəkdir. Məhz bu səbəbdən cavabdeh1 və cavabdeh2 iddia tələbləri üzrə yekun məhkəmə aktı qəbul edilənədək iş üzrə icraat dayandırılmalıdır.
18. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 İlyaz oğlu bildirmişdir ki, cavabdehlərin borcun ödənilməməsində heç bir təqsiri yoxdur. Əmlak dəyərindən qat-qat ucuz qiymətləndirilib və borcdan çıxılıb. Bu səbəbdən həmin əmlakın ucuz qiymətləndirilməsi məsələsi mübahisələndirilib. Burada cavabdehlərin təqsiri ucbatından gecikdirməyə görə 5 faizdən söhbət gedə bilməz. Həmçinin faizdən faiz hesablana bilməz. cavabdeh1 iddia tələbi təmin olunduqdan sonra, hansı ki, uğurluluq ehtimalı yüksəkdir, həmin vəsait hesabına İddiaçı olan borc da əvəzləşdiriləcəkdir.
19. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh cavabdeh1 gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 45.633,6 (qırx beş min altı yüz otuz üç dollar, altmış sent) ABŞ dolları, cavabdeh cavabdeh2 gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 51678,58 (əlli bir min altı yüz yetmiş səkkiz dollar, əlli səkkiz sent) ABŞ dolları, cəmi 97312,18 (doxsan yeddi min üç yüz on iki dollar, on səkkiz sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Nərgiz Tağıyeva)
20. Birinci instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, hazırki iş üzrə iddia tələbinin qanuni əsası kimi cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, Mülki Məcəllənin 445.7-ci maddəsi, yəni müqavilə müddəti bitdikdən sonra pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik beş faizin ödənilməsi təşkil edir.
21. Nəzərə alınmalıdır ki, iddiaçının müqavilə müddəti bitəndən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə zərəri tələb etmək hüququ qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Belə ki, həmin qətnamə ilə əsas borcla yanaşı cavabdehlərdən illik 5 faizlə hesablanmış 44225 ABŞ dolları (cavabdeh1) və 23460 ABŞ dolları (cavabdeh2) məbləğində pul tutulmuşdur.
22. İstinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etsə də, məhkəmə hesab etmişdir ki, qətnamə icraya yönəldikdən sonra hər bir halda zərərin artmasında kreditorun rolunun olub-olmaması, məhkəmə qətnaməsinin icra olunmamasında təqsirin kimin üzərinə düşməsi məsələsi araşdırılmalıdır.
23. Hazırki iş üzrə tələb edilmiş icra işinin materiallarından görünür ki, qətnamə ilə hər iki borc üzrə tutma ipoteka predmetinə yönəldilmiş, icra sənədi ##.##.2020-ci il tarixdə verilmiş, Binəqədi Rayon İcra Şöbəsinin ##.##.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, borclulara tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, ##.##.2020-ci il tarixdə “xxxx” MMC-yə hərracın keçirilməsi ilə bağlı sifariş verilmiş, ## ###### 2020-ci il tarixli hərracın yekunlarına dair protokol ilə ipoteka predmeti olan torpaq sahəsi 243800 manata ipoteka saxlayan İddiaçı tərəfindən əldə edilmişdir. Məhkəmə borc müqaviləsinin ipoteka ilə təmin edildiyini, icra sənədi verildikdən sonra ipoteka predmetinin icra məmuruna təhvil verildiyini və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hərracın keçirildiyini, tərəflər arasında ipoteka predmetinin dəyəri ilə bağlı mübahisə olduğunu nəzərə alaraq, borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizin cavabdeh cavabdeh1 münasibətdə ipoteka predmeti hərracdan satıldıqdan sonrakı gündən başlayaraq hesablanmasını ədalətli və qanunun tələblərinə uyğun hesab etmişdir. Belə ki, həmin gündən sonra, yəni ipoteka predmeti realizə olunduqdan sonra borclu dəqiq nə qədər borcunun qaldığını, nə qədər ödəməli olduğunu bilmişdir.
24. İcra sənədindən göründüyü kimi, ## ###### 2015-ci il tarixli borc müqaviləsinə əsasən 305.000 ABŞ dolları məbləğində borc və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44.225 ABŞ dolları olmaqla, cəmi 345.225 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla cavabdeh cavabdeh1 tutulmalıdır. cavabdeh2 borcunun təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin sonrakı ipoteka müqaviləsi olduğu nəzərə alınarsa, “İpoteka haqqında” Qanunun 9.3-cü maddəsinin tələblərinə uyğun olaraq, əmlakın satışından əldə edilmiş vəsait əvvəlki kredit müqaviləsi üzrə borcdan çıxılmalıdır. Belə ki, həmin maddəyə görə, sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. İpoteka predmetinin hərracdan ## ###### 2020-ci il tarixdə 243800 manata satıldığı, həmin vaxtda dolların kursunun 1,7000 manat olduğu nəzərə alınarsa 143412 ABŞ dolları məbləğində pul cavabdeh1 borcundan çıxılmalıdır (faiz borcu da daxil olmaqla). Bu zaman cavabdeh1 201813 dollar borcu qalmış olur.
25. Cavabdeh cavabdeh1 münasibətdə məhkəmə qətnaməsi ilə müəyyən edilən borc ## ###### 2020-ci il tarixdən başlayaraq # #### 2025-ci il tarixədək (## ###### 2020-ci il – ## ###### 2024-cü il tarixədək 4 il (1460 gün), ## ###### 2024-cü il – 0# #### 2025-ci il tarixədək 191 gün) ümumilikdə 1651 gün gecikdirilmişdir. Qeyd edilən dövrdə qalıq 201813 dollar borcuna gecikdirilmiş günlər üzrə illik 5 faiz hesablanmaqla faiz borcu cəmi 45.633,6 ABŞ dolları təşkil edir (5 faiz/201813 ABŞ dolları = 10090,6 ABŞ dolları (illik faiz məbləği)/ 365 gün = 27,64 ABŞ dolları (bir günə düşən faiz məbləği)x1651 gün = 45.633,6 ABŞ dolları).
26. Digər borclu cavabdeh2 borcu isə olduğu kimi, yəni 204.000 ABŞ dolları məbləğində əsas borc və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23.460 ABŞ dolları olmaqla, cəmi 227.460 ABŞ dolları qalmaqda davam etmişdir.
27. Birinci instansiya məhkəməsi Ə.Xanaəliyeva ilə bağlanmış ipotekanın sonrakı ipoteka olduğunu, ipoteka predmetinin dəyərinin məhkəmə qətnaməsi ilə ilkin borc müqaviləsindən ən azı iki dəfə az müəyyən edildiyini və cavabdehin qeyd edilənlərdən məlumatlı olduğunu nəzərə alaraq, ona münasibətdə pulun gecikdirilməsinə görə faizlərin icra sənədinin verildiyi, ##.##.2020ci il tarixindən hesablanmasını məqsədəmüvafiq hesab edir. Bu baxımdan cavabdeh2 münasibətdə ## #### 2020-ci il tarixdən (icra sənədinin verildiyi tarixdən) başlayaraq # #### 2025-ci il tarixədək (## #### 2020-ci il – ## #### 2025-ci il tarixədək 5 il (1825 gün), ## #### 2025-ci il – 0# #### 2025-ci il tarixədək 82 gün) ümumilikdə 1907 gün gecikdirilmişdir. Gecikdirilmiş vaxt üçün gecikdirilmiş əsas borc 204.000 ABŞ dolları məbləğinə illik 5 faiz hesablanmaqla faiz borcu cəmi 53281,58 ABŞ dolları təşkil edir (5 faiz/204000 ABŞ dolları = 10200 ABŞ dolları (illik faiz məbləği)/ 365 gün = 27,94 ABŞ dolları (bir günə düşən faiz məbləği)x1907 gün = 53281,58 ABŞ dolları).
28. Birinci instansiya məhkəməsi cavabdehlərin etirazına münasibətdə qeyd etmişdir ki, hazırda cavabdehlərin digər məhkəmənin icraatında olan iddiaları bilavasitə yekun hərrac protokolunun etibarsızlığı ilə bağlıdır. Qeyd edilən mülki iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında baxılmaqdadır. Lakin bu iddianın gələcəkdə təmin olunması və ya olunmaması nəticəsində borcun ödənilməsi öhdəliyinin ötən dövr ərzində icra edilməməsi və gecikdirilmiş məbləğə faizlərin hesablanması məsələsinə təsir göstərmir. Belə ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş, buna baxmayaraq cavabdehlər borcu ödəməyərək məhkəmə qətnaməsinin məcburi icrası ilə bağlı qanunvericiliyin tələblərini pozmuşlar. Həmçinin nəzərə alınmalıdır ki, ötən 5 il ərzində icra səndi üzrə icraat dayandırılmamış, iddiaçının borcun ödənilməsini tələb etməsinə baxmayaraq, borc ödənilməmişdir. Cavabdehin sonrakı dövrdə yenidən iddia qaldırması və öhdəliyini icra etməməsi iddiaçını qanunla müəyyən olunan minimal faiz formasında zərəri tələb etmək hüququndan məhrum edə bilməz. Əks mövqe borclunun öhdəliklərini icra etməməklə, hüquqdan sui-istifadə etməsinə şərait yaratmış olur.
29. İcra işinin materiallarından göründüyü kimi icra məmuru tərəfindən cavabdeh cavabdeh2 pensiyasına inkasso sərəncamı qoyulmuşdur. Həmin sərəncamlarla pensiyadan məcburi ödənişlər tutulmuşdur. Eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçı təsdiq etmişdir ki, 2024-cü ilin iyul ayından etibarən 2025-ci ilin aprel ayına qədər 222,2 manat, 2025-ci ilin aprel ayından 2025-ci ilin iyununa qədər isə 240,2 manat pul cavabdeh cavabdeh2 tutulmuşdur. Bunlara əsasən, cavabdeh cavabdeh2 ümumilikdə 2720,4 manat (9 ay müddətində 222,2 manat, 3 ay müddətində 240,2 manat), dollar məzənnəsinə ekvivalentlə 1603 ABŞ dolları tutularaq iddiaçının xeyrinə ödənilmişdir. Həmin məbləğ cavabdeh cavabdeh2 tutulacaq məbləğdən çıxılmalıdır.
30. Beləliklə, cavabdehlər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləği üzrə öz öhdəliklərinin icrasını gecikdirdiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, cavabdeh cavabdeh1 qalıq 201813 dollar borcunun gecikdirilməsinə görə ## ###### 2020-ci il tarixindən başlayaraq # #### 2025-ci il tarixinədək illik 5 faiz hesablanmaqla 45.633,6 ABŞ dolları, digər cavabdeh cavabdeh2 isə 204000 ABŞ dolları borcunun gecikdirilməsinə görə icra sənədinin verildiyi ## #### 2020-ci il tarixindən # #### 2025-ci il tarixinədək 51678,58 ABŞ dolları məbləğində pul (53281,58 ABŞ dolları - 1603 ABŞ dolları (inkasso sərəncamı ilə tutulmuş vəsait), cəmi 97312,18 ABŞ dolları tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir
31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 21.3, 442, 443.1, 448.1, 445.2.1, 445.7, 449.1, 449.2, 449.3, 449.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair ## ###### 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” ## #### 2009-cu il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2025-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
32. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
33. Apellyasiya şikayətinin əsasları iddia tələbinə qarşı cavabdeh cavabdeh1 verdiyi etirazın əsasları ilə eynilik təşkil etmişdir, əlavə olaraq göstərilmişdir ki, iş üzrə tələb ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə yönəldilmiş və torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Hazırkı vəziyyətdə borclulardan – cavabdehlərdən gecikdirmə faizinin tutulması qanunsuzdur. Bununla yanaşı, məhkəmə qətnamə qəbul edərkən gecikdirmə faizini borclulara münasibətdə fərqli hesablamışdır. Belə ki, cavabdeh1 icra sənədi üzrə cəmi 345.225 ABŞ dolları borcundan (305.000 ABŞ dolları əsas borc və 44.225 ABŞ dolları əsas borcun illik 5% məbləği) ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin dəyərini, yəni 143.412 ABŞ dollarını çıxaraq, qalan 201.813 ABŞ dolları borca illik 5% gecikdirmə məbləği hesablamışdır. Halbuki, məhkəmə icra sənədi üzrə əsas borcdan, yəni 305.000 ABŞ dollarından 143.412 ABŞ dollarını çıxmalı və qalan 161.588 ABŞ dollarına münasibətdə gecikdirmə faizi hesablamalı idi. Hazırkı vəziyyətdə məhkəmə artıq hesablanmış faizin gecikdirilməsinə görə gecikdirmə faizi tətbiq etmişdir ki, bu da mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, “İpoteka haqqında” Qanunun 47.2 və 47.2.1ci maddələrinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra xidmətinin depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir). Qeyd olunanlar və işin faktiki halları onu deməyə tam əsas verir ki, birinci instansiya məhkəməsi borcluların təqsirli hərəkətlərinin, məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmənin nədə ifadə olumasını sübut etməmiş, nəticədə formal mülahizələrə əsaslanan qətnamə qəbul etmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdehlərin birgə verdikləri apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Kamran Əkbərov)
35. Apellyasiya instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, borc müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka, habelə girov predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
36. İş materiallarına əlavə edilmiş icra işinin materiallarından görünür ki, qətnamə ilə hər iki borc üzrə tutma ipoteka predmetinə yönəldilmiş, icra sənədi ##.##.2020-ci il tarixdə verilmiş, Binəqədi Rayon İcra Şöbəsinin ##.##.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, borclulara tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, ##.##.2020-ci il tarixdə “xxxx” MMC-yə hərracın keçirilməsi ilə bağlı sifariş verilmiş, ##.##.2020-ci il tarixli hərracın yekunlarına dair protokol ilə ipoteka predmeti olan torpaq sahəsi 243.800 manata ipoteka saxlayan olan hazırkı iş üzrə iddiaçı tərəfindən əldə edilmişdir. Məhkəmə borc müqaviləsinin ipoteka ilə təmin edildiyini, icra sənədi verildikdən sonra ipoteka predmetinin icra məmuruna təhvil verildiyini və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hərracın keçirildiyini, tərəflər arasında ipoteka predmetinin dəyəri ilə bağlı mübahisə olduğunu nəzərə alaraq, borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizin cavabdeh cavabdeh1 münasibətdə ipoteka predmeti hərracdan satıldıqdan sonrakı gündən başlayaraq hesablanmasını ədalətli və qanunun tələblərinə uyğun hesab etmişdir. Belə ki, həmin gündən sonra, yəni ipoteka predmeti realizə olunduqdan sonra borclu dəqiq nə qədər borcunun qaldığını, nə qədər ödəməli olduğunu bilmişdir.
37. Bundan başqa İcra sənədindən göründüyü kimi, ##.##.2015-ci il tarixli borc müqaviləsinə əsasən 305.000 ABŞ dolları məbləğində borc və illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44.225 ABŞ dolları olmaqla, cəmi 345.225 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla cavabdeh cavabdeh1 tutulmalıdır. cavabdeh2 borcunun təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin sonrakı ipoteka müqaviləsi olduğu nəzərə alınarsa, “İpoteka haqqında” Qanunun 9.3-cü maddəsinin tələblərinə uyğun olaraq, əmlakın satışından əldə edilmiş vəsait əvvəlki kredit müqaviləsi üzrə borcdan çıxılmalıdır. Belə ki, həmin maddəyə görə, sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. İpoteka predmetinin hərracdan ##.##.2020-ci il tarixdə 243.800 manata satıldığı, həmin vaxtda dolların kursunun 1,7000 manat olduğu nəzərə alınarsa 143.412 ABŞ dolları məbləğində pul cavabdeh1 borcundan çıxılmalıdır (faiz borcu da daxil olmaqla). Bu zaman cavabdeh1 201.813 dollar borcu qalmış olur.
38. Cavabdeh cavabdeh1 münasibətdə məhkəmə qətnaməsi ilə müəyyən edilən borc ##.##.2020-ci il tarixdən başlayaraq 01.06. 2025-ci il tarixədək (##.##.2020-ci il tarixdən ##.##.2024-cü il tarixədək 4 il (1460 gün), ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 191 gün) ümumilikdə 1.651 gün gecikdirilmişdir. Qeyd edilən dövrdə qalıq 201.813 dollar borcuna gecikdirilmiş günlər üzrə illik 5% hesablanmaqla faiz borcu cəmi 45.633,6 ABŞ dolları təşkil edir (5% : 201.813 ABŞ dolları = 10090,6 ABŞ dolları (illik faiz məbləği) : 365 gün = 27,64 ABŞ dolları (bir günə düşən faiz məbləği) x 1.651 gün = 45.633,6 ABŞ dolları).
39. Cavabdeh cavabdeh2 münasibətdə ##.##.2020-ci il tarixdən (icra sənədinin verildiyi tarixdən) başlayaraq ##.##.2025-ci il tarixədək (##.##.2020-ci il tarixdən ##.##.2025-ci il tarixədək 5 il (1.825 gün), ##.##.2025-ci il tarixdə ##.##.2025-ci il tarixədək 82 gün) ümumilikdə 1.907 gün gecikdirilmişdir. Gecikdirilmiş vaxt üçün gecikdirilmiş əsas borc 204.000 ABŞ dolları məbləğinə illik 5% hesablanmaqla faiz borcu cəmi 53.281,58 ABŞ dolları təşkil edir (5% : 2040.000 ABŞ dolları = 10.200 ABŞ dolları (illik faiz məbləği) : 365 gün = 27,94 ABŞ dolları (bir günə düşən faiz məbləği) x 1.907 gün = 53.281,58 ABŞ dolları).
40. İşdə olan sənədlərdən görünür ki, icra məmuru tərəfindən cavabdeh cavabdeh2 pensiyasına inkasso sərəncamı qoyulmuşdur. Həmin sərəncamlarla pensiyadan məcburi ödənişlər tutulmuşdur. Eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçı təsdiq etmişdir ki, 2024-cü ilin iyul ayından etibarən 2025-ci ilin aprel ayına qədər 222,2 manat, 2025-ci ilin aprel ayından 2025-ci ilin iyununa qədər isə 240,2 manat pul cavabdeh cavabdeh2 tutulmuşdur. Bunlara əsasən, cavabdeh cavabdeh2 ümumilikdə 2.720,4 manat (9 ay müddətində 222,2 manat, 3 ay müddətində 240,2 manat), dollar məzənnəsinə ekvivalentlə 1.603 ABŞ dolları tutularaq iddiaçının xeyrinə ödənilmişdir. Həmin məbləğ cavabdeh2 tutulacaq məbləğdən çıxılmalıdır.
41. Apellyasiya instansiyası məhkəməsi cavabdehin etirazına münasibətdə qeyd etmişdir ki, cavabdehlərin digər məhkəmənin icraatında olan iddiaları bilavasitə yekun hərrac protokolunun etibarsızlığı ilə bağlıdır. Qeyd edilən mülki iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında baxılmaqdadır. Lakin bu iddianın gələcəkdə təmin olunması və ya olunmaması nəticəsində borcun ödənilməsi öhdəliyinin ötən dövr ərzində icra edilməməsi və gecikdirilmiş məbləğə faizlərin hesablanması məsələsinə təsir göstərmir.
42. Belə ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş, buna baxmayaraq cavabdehlər borcu ödəməyərək məhkəmə qətnaməsinin məcburi icrası ilə bağlı qanunvericiliyin tələblərini pozmuşlar. Həmçinin nəzərə alınmalıdır ki, ötən 5 il ərzində icra sənədi üzrə icraat dayandırılmamış, iddiaçının borcun ödənilməsini tələb etməsinə baxmayaraq, borc ödənilməmişdir. Cavabdehin sonrakı dövrdə yenidən iddia qaldırması və öhdəliyini icra etməməsi iddiaçını qanunla müəyyən olunan minimal faiz formasında zərəri tələb etmək hüququndan məhrum edə bilməz. Əks mövqe borclunun öhdəliklərini icra etməməklə, hüquqdan sui-istifadə etməsinə şərait yaratmış olur.
43. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni birinci instansiya məhkəməsinin tətbiq etdiyi maddi və prossesual hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdehlər cavabdeh2 və cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
45. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəmə şikayətin dəlillərinə ümumiyyətlə qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi də rayon məhkəməsi kimi mübahisəyə Mülki Məcəllənin 448.2-ci və 448.4-cü maddələrini hazırkı mübahisəyə tətbiq etməmiş, bu hissədə apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. Həmin maddəyə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası borcluların təqsirli hərəkətlərinin nədən ibarət olduğunu əsaslandırmamışdır. Bununla yanaşı, , məhkəmə qətnamə qəbul edərkən gecikdirmə faizini borclulara münasibətdə fərqli hesablamışdır. Belə ki, cavabdeh1 icra sənədi üzrə cəmi 345225 ABŞ dolları borcundan (305000 ABŞ dolları əsas borc və 44225 ABŞ dolları əsas borcun illik 5 faiz məbləğ) ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin dəyərini, yəni 143412 ABŞ dollarını çıxaraq, qalan 201813 ABŞ dolları borca illik 5 faiz gecikdirmə məbləği hesablamışdır. Halbuki, məhkəmə icra sənədi üzrə əsas borcdan, yəni 305000 ABŞ dollarından 143412 ABŞ dollarını çıxmalı və qalan 161588 ABŞ dollarına münasibətdə gecikdirmə faizi hesablamalı idi. Hazırkı vəziyyətdə məhkəmə artıq hesablanmış faizin gecikdirilməsinə görə gecikdirmə faizi tətbiq etmişdir ki, bu da mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.6 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il ## ###### tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyası: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir); Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər; Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir; Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər; Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair ## ###### 2014-cü il tarixli Qərarı: Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli Qərarı: Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə də, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verdiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb oluna bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## ##### 2025-ci il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, II və III hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan "əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)" müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
48. Kassasiya şikayətlərində qətnamə tam mübahisənlədirildiyi üçün qətnamə tam yoxlanır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də cavabdehlərin şikayəti üzrə iddianın təmin edilən hissəsində olduğu üçün bu baxımdan, qətnamənin tam yoxlanması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Apellyasiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlib.
52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
53. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır.
54. Bu baxımdan hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətinin dəlilləridir.
55. Kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cavabdehlər kassasiya şikayətində qətnamənin gec icrasında təqsirli olmamalarına istinad edərək iddianın rədd edilməsini bildirmişlər.
56. Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
57. Qeyd edilən normanın dispozisiyasına görə borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün borclunun (hazırki işdə cavabdehlərin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur.
58. Buna görə də cavabdehlərin Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqini icranı gecikdirməsində təqsirli olub-olmaması ilə əlaqələndirməsi əsaslı dəlil deyil.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2009-cu il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cu il tarixli Qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər.
60. Məbləğin düzgün hesablanmaması barədə dəlilə gəldikdə, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qətnamədə məbləği əsaslandırmış (bax: 23-30-cu bəndlər), apellyasiya instansiyası məhkəməsi də bununla razılaşmışdır.
61. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdehlər cavabdeh2 və cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.